• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
Gözdə narahatlıq yaradan giləmeyvələr
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

MÜALİCƏ VASİTƏLƏRİNİN ƏFSANƏ-MİF BAĞLILIQLARI - FİRƏNGİZ RÜSTƏMOVA

Klinika / Əfsanələr və miflər

17-11-2020, 13:55

MÜALİCƏ VASİTƏLƏRİNİN ƏFSANƏ-MİF BAĞLILIQLARI - FİRƏNGİZ RÜSTƏMOVA


MÜALİCƏ VASİTƏLƏRİNİN ƏFSANƏ-MİF BAĞLILIQLARI
Tibb doğanın iyiləşdirici etkilərini təqlid etmə sənətidir
Hippokrat

Qədimdə insanlar torpağı, ağacı, suyu, təbiəti ümumiyyət-lə, kainatı canlı və müqəddəs bilmişlər. Bu düşüncələr öz əksi-ni yaradılış dastanlarında, dini dünyagörüşlərində, adət-ənənələrdə, mədəniyyətlərdə tapmışdır. Demək olar ki, bütün yaradılış dastanlarında təbiətin tanrı tərəfindən yaradılması əfsanəsinə rast gəlinir.
Osetin kosmoqoniyasında dünyanın yaranması - Tanrı əvvəlcə özünün yaşaması üçün səmanı yaratdı, Zedləri və Duaqları (insanların əksinə olan Ali ruhları) yaratdı və onlara cəza olaraq tapşırdı - “Göylərdə yaşayın, mənim evimdə və mənim ətrafımda dayanın”. Tanrı sonra təmiz və saf dünyanın, Göylə-rin sahibi daha sonra bütün zənginliklərilə birgə Yeri yaratdı: sularla, bitkilərlə, heyvanlarla zəngin olan Yerə isə insanı sa-hib etdi.
Qədim poetik dildə otlar, çiçəklər, ağaclar, kollar yerin saçları adlandırılır. Yeri/Torpağı canlı varlıq bilərək onun ana bətnindən doğa bilməsini, yağış sularını içməsini, zəlzələdən qorxub-titrəməsini, qışda səpiləni yazda geri qaytarmasını, tor-paqları onun bədəni, qayalıqların isə onun sümükləri olmasını düşünürdülər.
Ağac dünya xalqlarının mədəniyyətində hər zaman xüsusi bir önəm kəsb etmişdir. Belə ki, ağac yeraltı, yerüzü və səmanı birləşdirən bir vasitə kimi qəbul edildiyindən, o zaman-zaman ölümsüzlüyün, həyatın, yaranışın, sağlığın, bərəkətin rəmzi hesab edilmişdir. Ağac o qədər müqəddəs hesab edilirdi ki, həyat ağacı, nəsil ağacı, dünya ağacı kimi terminlərin yaranma-sına səbəb olmuşdur. İnsan doğulandan dünyasını dəyişənə qədər ağac onu müşayiət edir, hətta şəhidlərin adına ağaclar əkilir. Ağacın ruhu olmasını qəbul edən insanoğlu ondan dilək diləyib, niyyət edib, nəzir verib, qurban kəsib. Belə Pir ağaclar bu gün də Azərbaycanda var və insanlar həmin ağaclara olan etiqadlarını itirməyiblər.
Dünya ağacı ənənələrdə həm insana, həm də dünyaya (makrokosmos və mikrokosmos) bənzədilib və bir izomorfizmi olaraq qəbul edilib. Ağacın zirvəsi insanın başı, budaqları qolları, gövdəsi bədən və kökləri isə ayaqları hesab edilib. Çox sayda mifologizmlər var ki, tanrının və ya insanın ağacda yerləşməsi və ya asılması mövzusu ilə bağlıdır. Məsələn, qə-dim skandinav tanrısı Odinin İqqdrasil ağacından, kelt tanrısının ağacda olması, İsanın xaçşəkilli ağacdan asılması, Osir tanrının bitki kimi yenidən böyüməsi, Adonisin Mirra ağacından yaranması, Attisin şam ağacı şəklində yaranışı, Dionisin üzüm tənəyindən, driada nimfalarının ağacdan yaranması, Dafnanın isə Lavr/Dəfnə ağacına çevrilməsi, Narsisin nərgiz çiçəyinə çevrilməsi və s. Bitkidən hamilə qalmaq mövzusu isə Nimfa Nananın Attisə hamilə qalması badam və ya nar ağacı ilə əlaqələndirilir. Bəzən də qadağan olunmuş meyvəni iyləməklə, yeməklə əlaqəli yaranış, bəzən isə qandan yaranma motivi kimi (qızıl güllərin Adonisin qanından yaranması) əfsa-nələrlə rastlaşırıq. Həm də yalnız həmişəyaşıl ağacların Həyat ağacı olmasından əlavə, Palıd, Ağcaqayın/Yavor, Söyüd, Tut və digər uzunömürlü ağacların da nəsil, həyat vermək motivləri rast gəlinir.Dünya ağacı latın d. Arbor mundi - mifoloji arxetipdir, yaranışın bütün sferalarını özündə birləşdirir. Skandinav miflərində həyat ağacı Göyrüş ağacıdır və İqqdrasil adlanır. Əzə-mətli İqqdrasil həmişəyaşıldır, onun tərkibində canlandırıcı müqəddəs bal var və doqquz aləmi birləşdirən bu ağacın zirvə-sində qartal oturur. İqqdrasil sözü “İqqanın atı” və ya Odinin atı deməkdir. Bu ağacın vasitəsilə tanrısal şaman olan Odin müxtəlif aləmlərə səyahət edərmiş. Türk mifologiyasında, eyni zamanda qazax nağıllarında Bayterek obrazı vardır. Bayterek öz yerləşməsinə, quruluşuna görə kosmoqonik bir təəssürat yaradır və qədimdə köçərilərin dünyagörüşünə görə bu ağac aləmlərin qovuşduğu yerdə Dünya çayı axır və həmin çayın sahilində Həyat ağacı/ Bayterek ucalır. Hər il əfsanəvi müqəd-dəs Samruq quşu onun zirvəsində Yumurta/Günəş qoyur və həmin Günəş yumurtanı ağacın dibində yaşayan əjdaha Ayda-har udur. Bu mif simvolik olaraq yayın qışa, gündüzün gecəyə çevrilməsini, xeyirlə şərin mübarizəsini ifadə edir.
Göyrüş ağacı-mifologiyada “Dünya ağacı”nın, “Həyat ağacı”nın simvoludur. Norveç mifologiyasında Göyrüş “İqqdrasil” adlandırılmış və baş tanrı Odinə həsr edilmişdir. “Vоluspa” (Böyük Edda) - dünya ağacının təsviri: mən İqqd-rasil adlanan Göyrüş ağacı tanıyıram ... ilk insan cütlüyü iki ağacdan yaranmışdır...Göyrüş və Söyüd/Embl ağacından.
Meliy Nimfaları - bu Nimfalar göyrüşdən hazırlanmış nizələrlə silahlanırlar (melia - göyrüş). Meliadalar/göyrüş Nimfalarının Uranın qanından yaranmasına inanılırdı. Qə-dim Yunan mifologiyasına görə, ən ilkin Nimfalar Göyrüş Nimfalarıdır ki, bulud tanrıçaları hesab edilirdi və onlar ilk insanları yaratmışdılar.
Homerin qəhrəmanlarının nizələri göyrüş ağacından düzəldilmişdi, ona görə də əsərdə nizə əvəzinə çox zaman “göyrüş” sözü işlədilir.
"Kitabi Dədə Qorqud"un qəhrəmanlarından olan Basatın "Anam adın sorar olsan Qaba Ağac" deməsi təsadüfdürmü? Ağac sözü burada nəslin, əcdadın başlanğıcı, soyağacı məna-sında işlədilmişdir.
Ağac kultu mövzusu Oğuz əfsanələrində daha çox rast gəlinir. Oğuz Kağan dastanında Oğuzun bir ağac oyuğundan çıxan qızla evlənməsi, Ağacdan doğulduqlarına inanan, Anadoluda Ağaceri adlanan Oğuz boyunun olması və daha sonralar həmin Oğuz boyuna taxtaçılar deyilməsi də məlumdur.Ağacdan doğulmasına inanış qıpçaq və uygur əfsanələrin-də də qeyd olunur. Əfsanəyə görə, göydən Qayın ağacının üzərinə enən işıqdan Qayın ağacı beş uşaq doğmuşdur, onlardan biri isə Uyğur dövlətinin başına keçir. Qədim türklərin inancına görə, əsasən də Qayın ağacı ona görə qutsaldır ki, kökündə Ana tanrı vardır. Başqırdlar Ardıc və Qayın ağacına etiqad edirlər, qazaxlarda, qırğızlarda da ağac kultu yaşamaq-dadır, türklərdə orman və ağac iyələrinin olması da məlumdur. Göktürk dövlətinin hökmdarı Bilgə Kağan Kültigin yazıların-da Türk millətinə Ötüken ormanında oturmağı tövsiyə edir. Ağaca inanış faktına “Divanü-lügatit-Türk”də, “Kutadgu Bi-lig”də, "Manas" dastanında tez-tez rastlanır, “Dədə Qorqud” kitabında, bu dastanın mifoloji özəllikləri içində ağaç motivi birinci sıradadır. Hətta Çingiz Xanın ünlü yardımçılarından birinin ismi Kara Yığaç Buyruk olmuşdur.
Sümerlərdə də ağaca inanış önəmli yer tutur. Belə ki, “Bilgamıs” dastanında ormanın qutsal olduğu bildirilir. Bu ormanda bitən Sidr ağacını kəsmək isə suç sayılır. Bu gün Azərbaycanda və azır türkləri yaşayan ərazilərdə ağac kultunun izləri qalır. Məsələn: Naxçıvan Muxtar Respublikasının Şərur r. Ocaq dağının zirvəsində, çevrəsinə daş yığılmış tək ardıç ağacı, Babək rayonun Eshabül-kəhf abidəsi olan dağın başında Cənnət Bağı ismini daşıyan, susuz alanda bir neçə ağac və qutsal sayılan dağdağan ağacı, Culfa rayonunun ağaç kultu ilə ilgili adaq yerləri, Alməmməd yatırı Camaldın köyü yaxınında qutsallığına inanıldığı üç tut ağacı vardır. Milax kəndi yaxınlı-ğında Mermerik ağacı, Ordubadda Nüsnüs k. yaxınlığındakı ardıc ağacından ibarət, “Yalğız ağac” deyilən yatırdır, yəni er-mişin yatdığı məzar vardır. Ardıç ağacına inanış əski gələnəklərə dayanır.Təbabətə Zait R.Aratın yayınladığı əski Uyğur yazılarında Ardıc toxumunun şəfaverici olması yazılır. Bu ağacın qutsallığı Anadoluda Sivas, Elazığ, Siirt, Tunceli Adıyaman, Ərzurum və s. kimi yerlərdə daha çox önəmə sahibdir. Ardıc ağacı ilə ilgili “Divanı lugat-it-türk”də yer adı verilməyib. Ardıç ağacının Türk dünyasının çeşidli coğrafyalarında yayğın olmasının və qutsal sayılmasının nədənini Dr.Y.Kalafat belə yorumluyur: "Sibir türkləri arasında arzın tam ortasında göyə doğru uzanan ulu bir ağaç vardı. Bu ulu şam ağacı Tanrı Ülge-nin bulunduğu yerə qədər uzanarmış. Türk inancında dünyanın mərkəzi Ötüken yış olduğuna görə atalarımızın təsəvvüründə də bu ağac məhz orada idi. Ulu ağacların insanlar tərəfindən sayılıb xidmət görməsi eyni zamanda, Tenqriyə göstərilən hörmətin də bir işarəti sayılır. Aşağı Aza k. Aras nehri ilə üz-üzə təpə üstündə “Cındalı pir” deyilən, tək bir dağdağan ağacından ibarət pir vardır. Kələki kəndi yaxınlığındakı Mermerik ağacı qutsal sayılır. Çinar ağacı və ona bağlı inanclar Ordubad rayonu, Vənənd, Yuxarı Əylis kəndlərində daha çox yaygındır. Qutsal Çinar ağaclarına inanış Doğu Anadoluda daha yayğındır. Şahbuz rayonunda Ağaç kultu ilə ilgili yerlər:
1-Dədə Maksud piri.
2-Söyüdlü piri.
3-Qərib piri.
4-Qaraağaç piri.49 Dünya ağacı anlayışı Qurani-Kərimdə Nəcm surəsi, 14-cü ayədə də var və belə yazılır: “Sidre-i Müntehanın yanın-da”. Ümit Şimşek Meali.Sözlükdə “Ərəbistan kirazı deyilən xoş kölgəli nebk ağacı anlamındakı sidre ilə (Kāmus Tercümesi, II, 385) münteha kəlməsindən ibarət olan sidretül-münteha tərkibi “son nöqtədə bulunan sidrə” deməkdir. Hz. Peyğəmbə-rin Merac gecəsi yanında ilahî sirlərə məzhər olduğu ağac və ya məqam” deyə açıqlana bilər.
Kiraz/Vişnə/Gilanar/Albalı–Baharın müjdəçisi sayılır. Bo-taniki adı Kerasus olan bu cənnət meyvəsi Kerak/ Kerasun-da/Kerasunt adlanan Qara Dəniz sahili ərazisindən dünyaya yayılması ehtimal edilən şəhərlə bağlıdır. Bu meyvənin Yaponi-yada bar verməyən növü var ki, ona Sakura deyirlər. Yaponiya-da yenidən doğumun simvolu hesab edilir.
Dünyanın mərkəzi dedikdə Dünya ağacı nəzərdə tutulur-du. Müxtəlif tarixi variantlarda Dünya ağacının da Palıd, Tut, Şam, Kiparis/Sərv və s. kimi müxtəlif olması görünür.
Sərv ağacı isə gözəl, gənc oğlan Kiparisin şərəfinə adlandı-rılmış, əbədi yaşıl olan “Kiparis” ağacıdır. Apollon onu kiparisə çevirdiyinə görə bu ağac hüzn ağacı hesab edilir.
Sərv ağacı xristianlıqda əbədi həyatın simvoludur. Bibliyada Kiparis cənnətdə olan, əbədi yaşıl ağacların içərisində təsvir edilmişdir.
Borçalı mahalı, Borçalı çökəyinin quzey sınırında, Alget çayının sol sahilində Candar kəndi (Candar türk tayfasının adı ilə bağlıdır) ərazisində Çinar ağac piri vardır. Həmin əraziyəÇinarlı piri də deyilir.
Gök Tenqrinin oğlu, Kayrahan Türk və Altay mifologi-yasında yaradıcı tanrıdır. Göyün on yeddinci qatında oturur. Simvolu şam və ya qayın ağacıdır. Yaratdığı həyat ağacı Uluğ Kayındır.
Müdrik kentavr Xiron Kronosla nimfa Filiranın (yunan d. Filira Cökə deməkdir) oğludur.
Xironun anasının adı Filira, yəni “Cökə” idi. Amma onu anasına görə Filirid adlandırırdılar, atası Kron ilə tanınmırdı.
Anası ilə tanınan tanrılardan biri də Apollon idi ki, o da Apollon Letoid kimi tanımlanır. Həm də “Kronid” olan Xiron Zeusdan böyük idi. Xiron-Kentavr yarı at-yarı insan doğulmuşdu və digər kentavrlardan müdrikliyi, xoşniyyətli olması ilə fərqlənirdi. Asklepiyadan isə təbibliyi öyrənən Xiron Te-sey, Yason, Dioskura kimi qəhrəmanları tərbiyə etmişdi. Ar-qonavtların səfərə çıxdığı vaxt körpə Axilles Xiron və xanımının əlində olur. Öz görkəmini dəyişə bilən Fetidanı necə ram etməyi də Peleyə Xiron öyrətmişdi və ona göyrüş ağacından hazırlanan məhşur nizəni hədiyyə etmişdi. Lapiflər tərəfindən Peliondan qovulan və Heraklın lerney hidrası zəhəri ilə zəhər-lənmiş oxu ilə təsadüfən yaralanan Xiron Malei burnuna yer-ləşir. Sağalmaz yaradan əziyyət çəkən, ölümsüz Xiron öz ölümsüzlüyündən Zeusun Prometeyi azad etməsi qarşılığındaimtina edir.
Türk xalqlarının mifologiyasına görə, insanlar “Ağ Şam/Ağca Şam/Akçaçam” ağacından törəmişlər. Dekabr ayı-nın 22-də günəş sıfır dərəcə bucaq altına düşdükdən sonra ye-nidən yüksəlməyə başladıqda, və ya dekabrın 22-dən sonra olan dolun ayda; qədim türklər həmin günü bayram etmişlər. Həmin günü ağ şam ağacını bəzəyib, ağac ətrafında qopuz ça-laraq yeni ilin gəlməsi bayram edilirdi. Bu gün həmin bayram “Nardoğan” bayramı adı altında qutlanır.
Şam ağacının Türklərdə ölümsüzlük simvolu olması və inanışa görə bütün insan irqinin törədiyi ağac olması səbəbiylə qutsal qəbul edilirdi.
Murad Adjinin “Türklərin və Böyük Bozkırın qədim tari-xi” adlı qaynağında mövzuyla ilgili: ”Altayda Şam ağacının hər zaman əsrar dolu bir gözəlliyə sahib olduğu qəbul edilmişdir” deyir.
Türk mifolojisində Günəş və Ay, Tanrı Ülgenin əmrin-dəydi. Ay ili əsasına görə 25 Aralıkda/Dekabrda gündüz gecə-ni yenirdi və insanlar bu tarixdə geri (dünyaya, insanlara) ve-rilən günəş üçün Ülgenə təşəkkür edərlərdi.
Yeni ildə dualarının qəbul edilməsi üçün Ülgenin çox sev-diyi bir şam ağacının budaqlarına rəngli ipək iplər (enli ipək iplərdən bant bağlamaq) asılar, çapıtlar bağlayaraq süsləyər və yanına hədiyələr qoyulardı. İnsanlar aydınlığın qaranlığı yenməsini qutlayardı.
Arqo gəmisi Pelionda bitən, troyalıların gəmisi İdanın şam ağacından hazırlanmışdı, Attis isə şam ağacına çevrilmişdi.Gerion kurqanında xüsusi şam ağacı növü olan “piniy şa-mı” bitmişdi.
Apollon Marsiyanı şam ağacından asmışdır. Kentavrlar; Keneyi şam ağacının budaqlarının köməyi ilə yeraltına basdırmışdılar.
Keney haqqında əfsanədə bir hadisə diqqəti cəlb edir-bəlkə də ilk dəfə olaraq cinsiyyətin dəyişdirilməsi hadisəsi burada öz əksini tapmışdır. Keney yunanlarda Lipif çarı Elatın həm oğlu həm də da-vamçısıdır. O qız doğulmuşdu və adı Kenida idi, amma dünyasını dəyişdikdə oğlan olaraq öldu. Kenida tanrı Poseydona dua edərək onu oğlana çevirməsini istəmişdi. Səbəbi isə kentavrlarla mübarizə aparmaq idi, hansı ki, həmin səbəbdən də Keney dünyasını dəyişdi. Poseydon onu oğlana çevirərkən Keneyə elə bir xüsusiyyət bəxş etmişdi ki, onu heç bir silahla öldürmək mümkün olmurdu. O zaman düşmən tərəf onu diri-diri nəhəng ağacların və qayaların altına gömdülər. Əfsanəyə görə, səbəb onun yeraltı çarlığında yenidən qıza çevrilməsi ar-zusu idi. Amma Keney quşa çevrilərək azad olmuşdu.
Xar tut–İnsan həyatının üç stadiyasının simvoludur. Be-lə ki, əvvəlcə ağ rəngdə olan tut günahsız körpəliyin, qırmızı rəng olan dövrü enerjili, qaynar gəncliyi, qara olan vaxtı isə qocalığı və ölümü simvolizə edir. Qədim Misirdə Xar tut həyat ağacının simvolu idi, Sikomora adlanırdı. Müqəddəs ağac hesab edilən bu ağac həm də Hathorun, Gök/Göy tanrıçasıNutun təcəssümü hesab edilirdi. Sikomora günəş kultu ilə bağ-lıdır. “Ölülər kitabı”na görə Günəş şərqdən iki Sikomora ağacının arasından keçərək yüksəlir. Ölənlərin ruhu quş gör-kəmində həyat meyvələri ilə dolu olan Sikomora ağacının üzə-rinə enir və kimə bu qismət olursa o, tanrılaşır. Ölən adama böyük bir sirr agah olur. O, Ra–dan yaranmışdır. Xar Tut/ Si-komora ağacı altında “kürən pişik” görkəmində olan Ra tanrısı-nın, ilanın başını kəsməsi təsviri vardır.
Sikomora Misirdə Həyat Ağacı hesab edilir. Göy/Səma tanrıçası Nutu simvolizə edən bu ağacın meyvələri müxtəlif rənglərdə olur. Onun meyvələri südəbənzər maye ifraz etdiyi-nə görə Ana tanrıça Hathor ilə də müqayisə edilir.
Xurma/Finik palması - günəş başlanğıclı, qələbənin, ölməzliyin, uzun ömürlülüyün simvolu sayılan həyat ağacıdır. Əgər təsvir edilən palma meyvəsizdirsə kişi, üstündə meyvəsi olarsa qadın başlanğıcı simvoludur.
Səma tanrıçası, Horun xanımı/xatunu, Ranın qızı inək buynuzlu Hathorun simvollarından biri də Xurma ağacıdır.
Ağac: (Ağ/Ak). Dəyişik növləri bulunan oduncaqlı bitki. Ağmaq (yuxarı çıxmaq) feiliylə bağlantılıdır. Uzamaq anlamı daşıyır. Bu bağlamda göyə doğru yüksəlməyi bildirir. Ağacın qutluluğu bəlkə də göyə doğru yüksəlməsindən qaynaqlanır.66 Azərbaycanda ağac, əsasən də bar verən ağac müqəddəs sayılmışdır. Bu inanc günümüzə qədər gəlib çıxan atalar sözlərində yaşayır. Məsələn, “Bar verən ağacı kəsməzlər”, “Barlı ağacın başına dolanarlar” və s.Hər bir torpaq altına əkilmiş toxum Osirin/Azərin simvolu olaraq dəfn edilir və dirilmənin, məhsuldarlığın Tanrısı olan Osir/Azər kimi də yenidən dirilir. Türk kültüründə bitkilərin, heyvanların, hətta cansız varlıqların da ruhları vardır. Amma bu ruhlar insandakı kimi onunla qaynaşmış halda olmayıb, ona bağlı və onu qoruyan bir əlamət olaraq anlaşılmalıdır. Qədim Misirdə Osir/Osiris ağacın ruhu hesab edilirdi.
IV əsr Roma yazıçısı F.Mattern maraqlı bir mərasim haq-qında yazırdı: mərasimin iştirakçıları şam ağacını kəsərək, onun gövdəsinin özəyini ovardılar, Osirin təsvirini yaradardılar.
Sonra yaranan oyuğa cəsədi endirirdilər. Osirisin bu təsvi-ri bir il ərzində saxlanılırdı, daha sonra isə yandırılırdı.
Osirin ağacın ruhu olması düşüncəsi bar verən ağacın kə-silməsinin qadağan olunması ənənəsində də yaşayır. Qədim Misir mifologiyasından məlumdur ki, Osir insanlara üzüm əkib-becərməyi, yarpağını yığmağı, onu əzib şirəsini çıxarma-ğı öyrədib.
Eramızdan 1550 il əvvəl Nebseni papirusunda Osirisin təsviri verilib. Bu təsvirdə Osir öz məqbərəsində, məzarda oturmuş halda təsvir edilib və damdan üzüm salxımlarının sal-lanması görünür.
Hedera Helix adlanan, həmişəyaşıl sarmaşıq bitkisi Osirə həsr edilmişdi.
Digər bir mifə görə isə - Şumerlərin Pers (yəni əvvəlki Kenger) körfəzindəki ilkin vətənin Dilmun adası, saf, təmiz, işıqlı, xəstəlik və ölümün nə olmasını bilməyən canlıların/diri-lərin vətəni. Amma orada heyvanlar və bitkilər üçün lazım olan su çatışmırdı.
Ona görə də tanrı Enki günəş tanrısı Utuya əmr edir ki,Dilmunu içməli, şirin su ilə doldursun. Вeləliklə, Dilmun cən-nət kimi ilahi bir bağa-bağcaya çevrilir.
Bu cənnət bağında tanrıça Ninxursaq 8 növ bitki yetişdi-rir. Bu prosesdə üç tanrı nəsli iştirak edir.
Enki isə həmin bitkilərin nə olmasını bilmək istəyir və ikiüzlü İzimudu bağçaya göndərir. Bağçaya daxil olan İzimud həmin bitkiləri qoparıb yemək üçün Enkiyə gətirir. Bu hadisə-dən sonra Ninxursaq onu ölümlə lənətləyir və tanrıların top-lantısından çəkilib gedir.
Mifologiya ilə əlaqədar olan farmasevtik terminologiya-nın analizinin aktuallığı ondadır ki, mifologiya antik insanın həyatında vacib yerlərdən birini tutması və onların dillərinə yansıdıqdan sonra, geniş ərazilərə yayılaraq mifoloji metafo-ralara çevrilməsini sübut etmişdir.Farmasevtik vasitələrin, bitkilərin, dərman vasitələrinin adında belə metaforaların görünməsini qədim insanların şüurunda iz buraxmış hadisələ-ri və bu hadisələrin tanrılarla əlaqələndirilməsini xatırlatmaq-dır. Farmasevtik terminologiyada mifoloji metaforaları aşkar-lamaqda məqsəd isə hər şeydən əvvəl dünyanın təsvirinin an-tik insanların dilinə və dünyagörüşünə sadəlövhcəsinə yansı-ması faktına diqqəti yönəltməkdir.
Adlarının mifoloji mənşəyi olan bəzi dərman vasitələrin-dən aşağıdakıları göstərmək olar:
1.Ammonium- ammiak. Qədim Misir və Liviya tanrısı Ammonun adı ilə bağlıdır.
Mənbələrə görə, Ammonium Amon məbədinin həyətində təbii şəkildə xaric olarmış və rituallar zamanı insanlar naşatıriyləyərlərmiş ki, o da istidən ammiaka çevrilərmiş.
2. Aether – efir. Yunan mifologiyasında Əbədi zülmət tanrısı və gecə tanrıçası Niktanın oğludur.
3. Morphium – morfi. Yunan mifologiyasında yuxu və yuxu görmələr tanrısı Morfeyin adından gəlir. Bu tanrının di-gər bir adı da Hipnosdur. “Hipnovalum” və “Hipnoferum” kimi yuxugətirci və hipnotik dərmanların adında öz əksini tap-mışdır.
4. Afrodorum – afrоdor. Potensiyanı stimulə edən bu pre-parat gözəllik və sevgi Tanrıçası Afroditanın şərəfinə belə ad-landırılmışdır.
5. Antares – sedativ vasitədir. Müharibə tanrısı olan Are-sin, daha doğrusu “müharibələrin əleyhinə” adı ilə bağlıdır.
6. Artemida – qadın xəstəliklərini müalicə edən, qız və qadınların himayədarı hesab edilən tanrıça Artemidanın adı ilə bağılı olan bioloji aktiv əlavədir.
7. Aurorix – antidepressantdır, sübh şəfəqi tanrıçası Av-roranın adı ilə bağlıdır.
8. Calypsolum – Odisseyi yeddi il əsir saxlayan, nimfa Kalipsonun adı ilə bağlı olan, narkoz üçün vasitədir.
9. Cyclobarbitalum – Yunan dilində dairə mənasında iş-lədilən cyclos sözü ilə bağlıdır. Bu sözün əsasında Homerin “Odisseya” əsərindəki təpəgöz, dəyirmigöz “Cyclops”un adı dayanır.
10. Diane – antiandrogen vasitə olub, bakirə tanrıça Dia-nanın şərəfinə adlandırılmışdır.
11. Daedalonum –hava və dəniz xəstəliyində işlədilən qusma əleyhinə vasitədir. Krit adasında uçmaq üçün Dedala, yəni İkarın öz oğluna hazırladığı qanadların şərəfinə belə adlandırılıb.
12. İkaronum – kəskin olaraq vertikal vəziyyətə keçdikdə yaranan hipotoniyada işlədilir. Burada da həddən artıq yuxarıya yüksələrək, günəşdən qanadları yanan, qanadlarındakı mumlar əriyərək dənizə düşən İkarın əfsanəsi xatırlanır.
13. Lethe və Lethidronum – yuxugətirici və analgetik vasitədir. Əfsanəvi yeraltı çarlığında axan çay Letonun şərəfinə adlandırılmışdır.
14. Neptusanum – dənizlərin tanrısı Neptunun adından götürülmüşdür və dəniz xəstəliyində işlədilən vasitədir.
Dərmanlardan əlavə mifoloji qəhrəmanların adı ilə bağlı olan bitkilər də çoxdur. Məsələn:
-Artemisia absinthium /Acı yovşan– yovşan bitkisinin adı Artemida ilə bağlıdır;
-Adonis vernalis/Xoruzgülü – bitkisinin adı gözəl və gənc oğlan olan Adonis ilə bağlıdır.
-Infusum florum Centaureae/Mavi Göyçiçək cövhəri-nin adı – məhşur mifoloji təbib kentavr Xironun adı ilə əlaqə-lidir. Gətirilən nümunələrdən bəlli olur ki, qədim insanların düşüncəsi intuitiv olub və onlar dünyanın sirlərinə emosional şəkildə yol tapa biliblər. Ətraf mühitlə insanın erkən qarşılıqlı münasibəti zamanı təbiət və təbiət hadisələri öz möhtəşəmliyi, öz gücü ilə insanlarda dərin emosional izlər buraxmış-dır.Bütün bunlara aydınlıq gətirmək üçün insanlar təbiətə tan-rılar, ruhlar, varlıqlar “gətirmişdilər” ki, həmin hadisələr də bu gün farmasevtik terminologiyaya öz təsirini göstərmişdir.

Müəllif: Firəngiz Rüstəmova
"TƏBABƏT VƏ MİFOLOGİYA: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ƏLAQƏLƏR" kitabından

Oxunub: 1 500
Paylaş:
Digər xəbərlər

Manşet / Araşdırma

28-06-2018, 10:28

Neft ilə zəngin Odlar yurdu Azərbaycan!

Manşet / Gündəm / Əfsanələr və miflər

17-06-2018, 10:24

Neft ilə zəngin Odlar yurdu Azərbaycan!

Manşet / Araşdırma

14-06-2018, 07:54

İstirahət

Manşet / Gündəm / Xəbərlər

18-04-2018, 09:00

SOCAR yeni MMC yaratdı

Gündəm / Araşdırma / Maraqlı

2-03-2018, 09:11

Patamdar

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Son xəbərlər
  • Bu gün, 18:08
    Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ
  • Bu gün, 15:56
    Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
  • Bu gün, 14:34
    Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
  • Bu gün, 13:53
    Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
  • Bu gün, 12:10
    Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
  • Bu gün, 11:28
    Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
  • Bu gün, 09:16
    Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
  • Dünən, 22:45
    Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
  • Dünən, 21:22
    Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
  • Dünən, 20:52
    Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
  • Dünən, 19:29
    ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
  • Dünən, 18:06
    SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
  • Dünən, 17:34
    DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
  • Dünən, 16:10
    Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
  • Dünən, 15:21
    Gözdə narahatlıq yaradan giləmeyvələr
  • Dünən, 14:24
    Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
  • Dünən, 13:41
    Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
  • Dünən, 12:28
    Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
  • Dünən, 11:14
    Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
  • Dünən, 10:27
    Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
  • Dünən, 09:03
    Gün ərzində nə qədər duz qəbul etmək olar?
  • 7-05-2025, 21:46
    Maskasız 4 bürc - Onların içi də çölü də birdir
  • 7-05-2025, 21:04
    Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
  • 7-05-2025, 20:12
    ABŞ və İsrail İranla döyüş qaydalarını dəyişdirdi – Bölgədəki qalası yerlə-yeksan edilir
  • 7-05-2025, 19:39
    Pakistan Baş naziri: Qorxaqcasına hücum edən Hindistan layiqli cavab aldı
  • 7-05-2025, 18:17
    İnfarktdan sonra ürək niyə iltihablaşır?
  • 7-05-2025, 17:50
    Alimlər insanın ən xoşbəxt olduğu yaşı açıqladı
  • 7-05-2025, 16:34
    Almaniyada ŞOK ÇAĞIRIŞ: Kansler 9 May Qələbə Günündə Moskvada olmalıdır
  • 7-05-2025, 15:48
    Qlobal isinmə ölümcül göbələk xəstəliyini yaya bilər - Araşdırma
  • 7-05-2025, 14:31
    Quterreşdən HƏYƏCAN TƏBİLİ: "Dünya bu hərbi qarşıdurmaya dözə bilməz"
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə