• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
Dəhşətli bir qış gəlir - Havalar...
Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

"Zaqar"dan sonra dəriniz soyulursa, bunları edin – DERMATOLOQDAN VACİB TÖVSİYƏLƏR

Gözəllik və təbabət

19-06-2019, 11:37

"Zaqar"dan sonra dəriniz soyulursa, bunları edin – DERMATOLOQDAN VACİB TÖVSİYƏLƏR

İnsanların çoxu, xüsusən də qadınlar bürünc dəri rəngini sevirlər. Çoxları havanın isinməsiylə hovuza, dənizə qaçıb, günəş vannası qəbul edərək, dərisinin bürünc olmasına çalışır. Kimisi isə mövsümə baxmayaraq, solyariyə gedib arzuladığı dəri rənginə qovuşur.

Solyari təhlükəlidirmi? Bürüncləşdikdən sonra dərinin soyulması sağlam bir vəziyyətdir? Bunun qarşısını almaq mümkündürmü? Günəş vannası qəbul edərkən çoxumuzun seçdiyi kakao yağı, kök yağı istifadə etmək təhlükəlidirmi? Yanıqlardan qorunmaq üçün nələr edilməlidir? Bütün bu suallara türkiyəli dermatoloq Bülent Bağcı cavab verib.

Xərçəng riskini artırır

Solyari cihazlarına bağlı olan süni ultrabənövşəyi şüanın təsirləri elmi baxımdan araşdırılıb və məlum olub ki, dəri xərçəngi riskinə əhəmiyyətli dərəcədə təsir edir. 2009-cu ildə Beynəlxalq Xərçəng Araşdırma Agentliyi tərəfindən solyari cihazları birinci qrup kanserogen sinfinə daxil edilib. Dünya Sağlamlıq Təşkilatı, Beynəlxalq Xərçəng Araşdırma Agentliyi kimi bir çox sağlamlıq mərkəzləri və təşkilatları aralarında Almaniya, İngiltərə, Fransa, İtaliya və Kanadanın olduğu 19 ölkədə solyari cihazları 18 yaşdan aşağı insanlara qadağan edib. Braziliyada isə 2009-cu ildən etibarən bütün yaş qrupları üçün solyari cihazlarının istifadəsi qadağan edilib. Ailehekimiklinikasi.az saglamolun.az-a istinadən xəbər verir ki, Avstraliyanın bir çox əyalətində 2015-ci ildən sonra eyni qadağa qərarı qüvvədədir.

Həkim bildirir ki, günəş təbii, solyari cihazları isə süni ultrabənövşəyi şüa qaynağıdır: "Dəri sağlamlığı üçün əhəmiyyətli olan ultrabənövşəyi şüaların müəyyən miqdarı var. Bu miqdar artdıqca ultrabənövşəyi şüaların meydana gətirəcəyi zərər də artır. Günəşdən qorunaraq və solyari cihazlarından uzaq dayanaraq dərimizə təmas edən ultrabənövşəyi şüaların ümumi miqdarını azaltmaq lazımdır".

Dəri soyulmasını sağlamlıq üçün ziyanı

Bürünc dəriyə qovuşduqdan sonra dərinin soyulmasına necə mane olmaq mümkündür? Dərinin soyulması əslində ölü dərilərdən təmizlənməkdir, yoxsa yox? Həkimin sözlərinə görə, günəş yanığı səbəbindən dəri soyulması dərinin fərqli laylarına təsir edən, nizamsız yara və qalıcı ləkələnmələrə səbəb ola bilən təhlükəli bir vəziyyətdir: "Dərinin bu cür soyulması cavanlaşmaq məqsədilə istifadə edilən kimyəvi pilinq və ya "Ablatif lazer" üsulu ilə reallaşdırılan dəri soyulmasından çox fərqlidir. Bu səbəbdən günəş yanığına bağlı olan dəri soyulmasının ölü dərilərdən təmizlənmək baxımından heç bir üstünlüyü yoxdur".

Dərinin soyulmaması üçün nə etmək olar?

Dəri soyulması günəş yanığının əlamətlərindən biridir. Bu səbəbdən günəş yanığından qorunmaq üçün görülən tədbirlər dəri soyulmasına da mane olacaq. Buna əlavə olaraq, hər duşdan sonra və gün ərzində tez-tez nəmləndirici kremlər istifadə etmək, bol su içmək də dəri soyulmasının qarşısını alacaq. Bütün tədbirlərə baxmayaraq, dəri soyulmağa başladısa, soyuq duş qəbul edərək, dəri soyulmasını yavaşlada bilərsiniz. Duş aldıqdan sonra dərini yumşaq bir dəsmalla, yavaş və ovmadan qurulamaq lazımdır: "Soyulmuş dəri üzərindəki qabıqlar əllə soyulmamalıdır. Əks təqdirdə, dəri infeksiyası və qalıcı dəri ləkələri ortaya çıxa bilər.

Qaralmış dərinin sağlam və estetik görünüş verdiyini düşünən insanlar daha sürətlə bürüncləşmək üçün kakao, kök, zeytun yağı kimi məhsullar sürtərək, günəşlənməkdə hər hansı bir qorxu görmürlər. Ancaq bu məhsullar günəş işığının zərərli təsirlərini artıraraq günəş yanıqlarına, dərinin erkən yaşlanmasına və qalıcı dəri ləkələrinin meydana gəlməsinə səbəb ola bilər. Nə olduğu tam bilinməyən, hər hansı laboratoriya testindən keçməmiş məhsulları çəkərək günəş vannası qəbul etmək dəri sağlamlığına mənfi təsir edər. Bundan başqa günəşdən yanan dəriyə diş pastası, qatıq, zeytun yağı sürtmək olmaz. Bunlar ehtiva etdikləri turşu səbəbindən həm dəri yanığını pisləşdirər, həm də yanığın yaxşılaşmasını gecikdirən qalıcı dəri ləkələri yaradar".

B. Bağcı günəş yanığından qorunmaq üçün bəzi qaydalara riayət etməyi məsləhət görür. Məsələn, gündüz 10:00-14:00 arasında günəş vannası qəti qəbul etmək olmaz. Günəşdən qoruyucu kremlər günəş vannası qəbul etməzdən 20 dəqiqə əvvəl sürtülməlidir. Ən azı 30 faktorlu, mümkünsə, suya davamlı günəşdən qoruyucular seçilməli və hər 3 saatdan bir yenidən çəkilməlidir: "Xüsusilə günəş altında üzən və idman edən insanların qoruyucu kremlərdən daha tez-tez istifadə etməsi lazımdır. Geyimlər də günəşdən qorunmada əhəmiyyətli yer tutur. Gözlər və göz ətrafları günəş eynəyi ilə qorunmalıdır. Geniş kənarlı papaqlar istifadə edilməli, az məsaməli, möhkəm toxunmuş, ağardılmamış pambıqdan olan, açıq rəngli paltarlar geyinilməlidir".

Oxunub: 2 149
Paylaş:
Digər xəbərlər

Maraqlı

23-04-2019, 17:24

Telefon və kompüterdən istifadə edənlərə VACİB XƏBƏRDARLIQ: saat 11-də...

Səhiyyə / Maraqlı

15-02-2019, 00:57

Bədəndəki xalları kəsdirmək təhlükəlidirmi? - Dermatoloq açıqladı

Maraqlı

16-01-2019, 01:02

Pekan qozu yağının faydaları

Maraqlı

1-11-2018, 00:35

Pekan qozu yağının faydaları

Manşet / Araşdırma

3-08-2018, 09:52

Solyari sevənlərə xoş xəbər

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
Son xəbərlər
  • Dünən, 22:24
    Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
  • Dünən, 21:43
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • Dünən, 18:30
    Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
  • Dünən, 17:55
    Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
  • Dünən, 16:37
    Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
  • Dünən, 15:18
    Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
  • Dünən, 14:53
    Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
  • Dünən, 13:12
    Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
  • Dünən, 12:26
    Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
  • Dünən, 11:48
    Dəhşətli bir qış gəlir - Havalar...
  • Dünən, 10:42
    Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
  • Dünən, 09:08
    Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
  • 8-09-2026, 21:54
    İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
  • 8-09-2026, 20:19
    ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
  • 8-09-2026, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • 8-09-2026, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
  • 8-09-2026, 17:05
    Paytaxtı geri almaq üçün hərbi əməliyyatlar başlayır – Qərar verildi
  • 8-09-2026, 16:19
    Məleykə Abbaszadə 2027-ci il imtahanlarındakı dəyişiklikləri açıqladı
  • 8-09-2026, 15:00
    Kompüter arxasında uzun müddət işləmək ciddi xəstəliklərə səbəb ola bilər – XƏBƏRDARLIQ
  • 8-09-2026, 14:39
    ABŞ və İsraili buna məcbur edəcəyik - Pezeşkian
  • 8-09-2026, 13:43
    Yağış nə vaxt kəsəcək? - Açıqlama
  • 8-09-2026, 12:49
    Zəifliyə səbəb olan qidalanma vərdişləri
  • 8-09-2026, 11:35
    Putin onları yola salan kimi bu ölkəyə getdi
  • 8-09-2026, 10:14
    Türkiyə-İsrail müharibəsi bu ölkədə başlayacaq - Yunanıstan ssenarini açıqladı
  • 8-09-2026, 09:08
    Xərçəng əlaməti ola biləcək 3 simptom - Tez-tez nəzərdən qaçırılır
  • 7-09-2026, 21:41
    Gecələr oyanırsınız? – Dərin yatmaq üçün içki
  • 7-09-2026, 20:31
    ABŞ-da bir ştatın adı dəyişdirilə bilər – Tramp da razılaşdı
  • 7-09-2026, 19:05
    Laçın istiqamətində irəliləmə iddiası – Sərhəddə əslində nələr baş verir?
  • 7-09-2026, 18:32
    Gizli təhlükə: Beynin bir hissəsi yatanda nə baş verir?
  • 7-09-2026, 17:24
    Çin xahiş etdi, Ukrayna bu şəhəri vurmadı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə