• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Həftə ərzində az yatırsınızsa, bunu edin
Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
Zelenskinin xəbərdarlığı: Türkiyə bütün uçuşları ləğv etdi
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
Tramp “Hörmüz”ün adı dəyişmək istəyir
Yunan generaldan şok xəbərdarlıq: Oktyabrda Türkiyə ilə müharibəyə gedirik
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
Nümayəndə heyəti Zəngəzura gəldi – Şad xəbər açıqlandı
İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
Orqanizminizdə iltihab varsa qəhvə için
Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
Rusiya Ukraynada taktikanı dəyişdi: Sistemli zərbələrə keçdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Oynaqları sağlam saxlamaq üçün BUNLARI EDİN!

Araşdırma

1-02-2024, 11:44

Oynaqları sağlam saxlamaq üçün BUNLARI EDİN!


Oynaqlar sümüklərin hərəkətli birləşməsini təmin edən dayaq-hərəkət sistemi hissəsidir, içində sinovial maye olan oynaq kisəsi ilə əhatə olunub.

Quruluşuna görə iki sümükdən təşkil olunmuş sadə, üç və daha artıq sümüyün iştirakı ilə yaranan mürəkkəb oynaqlara bölünür. Ətrafında onu əhatə edən və oynağın normal fəaliyyətini təmin edən oynaqətrafı toxumalar - əzələlər, bağlar, vətərlər, damar və sinirlər yerləşir.

Oynaqların sağlamlığını və normal hərəkətini təmin etmək üçün bəzi qidalardan istifadə etmək daha faydalıdır.

Faydalı məhsullar

- Yağsız qırmızı ət, dil və yumurta orqanzimdən artıq fosforu xaric edən dəmirlə zəngindir.

- Yaşıl tərəvəzlər, ərik, kişmiş, xurma, qara gavalı qurusu, kəpək, qarabaşaq balı maqneziumla zəngin olduğuna görə oynaqların sinir təchizatını təmin edir.

- Balıq və dəniz məhsullarının tərkibində olan üzvi fosfor oynaqların əsas struktur elementidir.

- Süd, kəsmik və pendirin tərkibində faydalı yağlar və üzvi kalsium çoxdur. Həmin məhsullar qeyri-üzvi kalsiumdan fərqli olaraq daşlar şəklində çöküntü vermir, sümük toxumasının və orqanizmin elektrolit balansının tənzimində əsas rol oynayır.

- Dəniz kələmi, qığırdaq və jelatindən hazırlanan qatı bulyonlar və xaş mukopolisaxaridlərlə zəngindir. Mukopolisaxaridlər sinovial mayenin əsasını təşkil edir və oynaqların normal hərəkətini təmin edir.

- Balıq qaraciyəri, kərə yağı və yumurta sarısı kalsiumun sümüklərə keçməsini təmin edən D vitamini ilə zəngindir.

- Siyənək balığı və zeytun yağı oynaqlara iltihab əleyhinə təsir göstərən F vitamininin mənbəyidir.

- Sitruslar, itburnu və qarağat oynaqların qidalanmasını yaxşılaşdıran C vitamini ilə zəngindir.

Ümumi tövsiyyələr

- Oynaqların sağlamlığını qorumaq üçün marinad və duza qoyulmuş tərəvəzlərdən imtina etmək lazımdır. Qida məhsullarının vitaminlərini qorumaq üçün xörəyi emallı qazanda bişirmək, meyvə və giləmeyvələri qışa saxlamaq üçün qurutmaq və ya dondurmaq daha yaxşıdır. Həmçinin termiki işlənmə müddətini qısaltmaq da vitaminlərin parçalanmasının qarşısını alır.

Zərərli məhsullar

- Tərkibində qeyri-üzvi fosfatlar saxlayan məhsullara qazlı içkilər, ağ undan bişirilən çörək, qabartma tozu, krab çubuqları, əridilmiş pendir və dondurma daxildir. Həmin məhsulların daim yeyilməsi osteoporoz və oynaqlarda hərəkət məhdudiyyətinin daha erkən yaşda yaranmasına aparıb çıxarır.

- Marinə olunmuş və hisə verilmiş məhsulların tərkibində çox olan qeyri-üzvi duzlar oynaq kisəsini qıcıqlandırır, oynaqların iltihabına və deformasoyasına səbəb olur.

- Qara çay, şokolad, qəhvə, yağlı donuz əti, mərci, mal və qoyun qaraciyəri purinlərlə zəngindir, oynaq qığırdağının deformasıyasına və oynaq kisəsinin zədələnməsinə səbəb olur. Həmin məhsulların çox qəbul edilməsi podaqra xəstəliyinin kəskinləşməsi ilə nəticələnir.

- Turşəng, ispanaq və turpun tərkibində çox miqdarda turşəng turşusu olduğuna görə oynaqətrafı sinirləri zədələyir və oynaqların qan dövranını pozur.

Xalq təbabəti RESEPTİ

Emallı qazanda 300 ml suya 1 xörək qaşığı dəfnə yarpaqları əlavə olunur və ocağın üzərinə qoyulur. Qaynama dərəcəsinə çatandan sonra orta istilikdə 5 dəqiqə qaynadılır. Ocaqdan götürüləndən sonra qalın dəsmala bükülür və 3 saat dəmlənəndən sonra süzülür. Alınan dəmləmə gün ərzində kiçik qurtumlarla içilir.

Üç gün müalicə aparılandan sonra bir həftə fasilə verilir, sonra üç günlük müalicə kursu təkrar olunur.

Müalicə müddətində sidik ifrazı artır və xaric olan duzlar sidik yollarını qıcıqlandıra bilər. Müalicə prosedurunu ildə bir dəfə aparmaq məsləhətdir.

Mənbə: "Herba Flora" jurnalı

Saglamolun.Az

Oxunub: 788
Paylaş:
Digər xəbərlər

Səhiyyə

10-09-2021, 10:26

Oynaqların quruluşu

Maraqlı

13-08-2020, 22:54

Oynaqların sağlamlığını necə qorumaq lazımdır

Səhiyyə

19-03-2020, 13:39

Oynaqların quruluşu

Maraqlı

4-03-2020, 19:19

Qanazlığı, qəbizlik, yüksək təzyiqi müalicə edən meyvə qurusu. Hər gün 5-6 dənə yeyin!

Maraqlı

26-10-2019, 10:19

Qanazlığı, qəbizlik, yüksək təzyiqi müalicə edən meyvə qurusu — Hər gün 5-6 dənə yeyin

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Həftə ərzində az yatırsınızsa, bunu edin
Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
Son xəbərlər
  • Dünən, 22:06
    Həftə ərzində az yatırsınızsa, bunu edin
  • Dünən, 21:13
    Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
  • Dünən, 20:22
    Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
  • Dünən, 19:41
    Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
  • Dünən, 18:10
    Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
  • Dünən, 17:03
    Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
  • Dünən, 16:29
    Zelenskinin xəbərdarlığı: Türkiyə bütün uçuşları ləğv etdi
  • Dünən, 15:58
    İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
  • Dünən, 14:37
    Tramp “Hörmüz”ün adı dəyişmək istəyir
  • Dünən, 13:18
    Yunan generaldan şok xəbərdarlıq: Oktyabrda Türkiyə ilə müharibəyə gedirik
  • Dünən, 12:29
    Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
  • Dünən, 11:50
    Nümayəndə heyəti Zəngəzura gəldi – Şad xəbər açıqlandı
  • Dünən, 10:09
    İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
  • Dünən, 09:04
    Orqanizminizdə iltihab varsa qəhvə için
  • 1-09-2026, 21:30
    Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
  • 1-09-2026, 20:46
    İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
  • 1-09-2026, 18:00
    C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
  • 1-09-2026, 16:08
    Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
  • 1-09-2026, 15:44
    Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
  • 1-09-2026, 14:37
    Rusiya Ukraynada taktikanı dəyişdi: Sistemli zərbələrə keçdi
  • 1-09-2026, 13:15
    BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident
  • 1-09-2026, 12:46
    Ürəyin şişməsinin, böyüməsinin 3 əlaməti
  • 1-09-2026, 11:32
    Putindən inanılmaz: Sona yaxınlaşırıq!
  • 1-09-2026, 10:24
    Prezidentin iştirak etdiyi sammit – 3 istiqamətdə vacib yenilik olacaq
  • 1-09-2026, 09:00
    Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər
  • 31-08-2026, 21:06
    Orqanizmi toksinlərdən təmizləmək üçün ən effektli üsul
  • 31-08-2026, 20:26
    Əliyev-Paşinyan görüşündən sonra yeni mərhələ: region belə dəyişəcək
  • 31-08-2026, 18:31
    Ən təhlükəli qida allergenləri - SİYAHI
  • 31-08-2026, 17:49
    Süni intellektdən dünya maliyyəsinə böyük təhlükə: G20-yə XƏBƏRDARLIQ
  • 31-08-2026, 16:34
    Azərbaycanda əmanətlər niyə sürətlə artır? - İqtisadçı 3 səbəbi AÇIQLADI
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə