• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Həmin növ qulaqlıqlar ciddi risk yaradır - Xəbərdarlıq
Donor ürəyi köçürülən insan nə qədər yaşayır?
Tramp NATO müttəfiqlərinə və Asiyadakı tərəfdaşlarına MESAJ GÖNDƏRDİ
Müctəba Rusiyadadır? - Səfir açıqladı
Novruzun ən faydalı neməti - Səməni halvasının bədənə təsiri
Azərbaycan və İran Naxçıvana hücumu araşdıran birgə qrup yaratdı
Zəngəzur dəhlizinə yeni təhlükə: Paşinyan xəbərdarlıq etdi, təxirə düşməyəcək lakin…
Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski
Regionu qarışdıran şantaj iddiası: Trampın videoları İsraildədir?
İranın ən kritik siması öldürüldü: Laricani əslində kim idi? – DOSYE
Miqren tutmasında - 5 təcili yardım
Şoyqu etiraf etdi: Rusiyanın heç bir regionu təhlükəsiz deyil
Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...
Professor: xalq təbabətində istifadə olunan bu otlar təhlükəli ola bilər
Pentaqonun arxivində iki mindən çox UNO hadisəsi var: Alimlər niyə bu mövzudan çəkinirlər?
Yatmazdan əvvəl yeyilən bu qida möcüzələr yaradır
İran ABŞ-dan atəşkəs istəyib? - Açıqlama
ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir - Quru əməliyyatı baş tuta bilər
Bu sadə addımlarla xəstəliklərdən qoruna bilərsiniz
İranla münaqişə bir neçə həftəyə başa çatacaq - Rayt
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Kişi ilə qadın niyə bir-birindən tez bezir? - ARAŞDIRMA

Araşdırma

19-07-2022, 09:11

Kişi ilə qadın niyə bir-birindən tez bezir? - ARAŞDIRMA


“Artıq bizim gənclərimiz qaloş dövründə deyil, “keta” əsrində yaşayırlar. Ona görə də hadisələrə yanaşmaları tamamilə fərqlidir.

Nə qədər “Biz Avropaya inteqrasiya edəcəyik” desək də, bizim mental düşüncələrimizin dəyişkənliyində problemlər ortaya çıxır, valideyn-övlad arasında bu mövzuda münaqişələr yaşanır”.

Bunu boşanmalarla bağlı statistikanı Oxu.Az-a şərh edərkən psixoloq Aytən Ələkbərova deyib.

Dövlət Statistika Komitəsinin ötən həftələrdə yaydığı məlumata görə, bu ilin ilk dörd ayında boşanmaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Belə ki, əhalinin 1000 nəfərinə nikahların sayı 4,5-dən 5,6-ya qədər artdığı halda, boşanmaların sayı 1,6-dan 1,5-ə düşüb. Ümumilikdə isə dörd ayda 5 043 boşanma baş verib.

2020-ci ilə qədərki rəsmi rəqəmlərə baxdıqda da ölkədə müəyyən dövrlərdə boşanma sayında artma-azalma halları müşahidə edilir. Məsələn, 2018-ci ildə 14 857 boşanma qeydə alındığı halda, 2019-cu ildə bu say 17 148-ə qalxıb, 2020-ci ildə isə 14 628 təşkil edib.

Müxtəlif dövrlərdə boşanmaların əsas səbəbi olaraq gənclər yeni qurulan ailələrə kənar müdaxilələrin olduğunu göstəriblər. Valideynlər isə, adətən, ayrılıqların oğlanın narkoman, qızın isə əxlaqsız olması səbəbilə yaşandığını iddia ediblər. Məlumdur ki, Avropada tərəflər əvvəl bir evdə yaşayır, mənəvi və cismən bir-birlərinə uyğun olub-olmadıqlarını öyrənirlər, istəklərinin nə olduğunu daha dəqiq müəyyənləşdirdikdən sonra ailə qururlar. Azərbaycan mentalitetində isə bu mümkün deyil, xüsusilə bölgələrdə cütlüklər elçilikdən sonrakı üç-dörd aylıq qısa müddətdə tanış olurlar. Bu isə uğurlu ailə modelinə sahib olmağı bir qədər çətinləşdirir.

Aytən Ələkbərova bu səbəbdən valideynlərin gənclərlə davranışda müəyyən korrektələr etməli olduğunu vurğulayır:

“Övladının məcburən, hətta qarşısına şərt qoyaraq ailə qurmasını tələb edən valideyn sabah nələrin baş verə biləcəyini gözünün qabağına gətirmir. Bəli, biz hər şeyin yaxşısını düşünməliyik, heç bir valideyn övladının uğursuz ailə qurmasını istəməz, amma övladın istəyinin nədən ibarət olduğu və bu istəklər qarşısında evləndirildiyi şəxsin uyğunluq təşkil edib-etmədiyi diqqətə alınmalıdır.

Tərəflər qarşılıqlı olaraq istər mənəvi, istər cinsi istəklərinin fəallığını ortaya çıxara bilmədikdə ailədə xəyanət başlayır. Təbii, burada Azərbaycan ailəsindən söhbət getdiyi üçün xanımlar tərəfindən belə bir addımın atılması, istəyinin qarşılanmayacağı təqdirdə boşanmaq cəhdi son məqamda atılır. Xanımlar belə situasiyanı yaşadıqda onu dilə gətirə bilmirlər, çünki cəmiyyətin münasibəti fərqli olur. Bunu öz araşdırmalarıma, gündəlik praktikaya əsasən, dəqiqliyi ilə deyə bilirəm. Çünki biz Azərbaycan xanımından danışırıq, pərakəndə həyat tərzi yaşayan qız və oğlanlardan danışmırıq.

Bəzən hətta qucağına körpə almış xanım belə, qayğısızlıqla qarşılaşır, həyat yoldaşı ona xəyanət edir. Onun uşağı dünyaya gətirməsi belə, qəribə görünür, çünki ruhunda və beynindəki cinsi istəklərinə cavab verəcək bir tip qarşısında deyil. Sevən cütlüklərin dünyaya gətirdikləri övlada münasibətləri daha doğmadır, bir-birlərini daha çox əzizləyirlər”.

Mütəxəssis ailələrdəki uyuşmazlığın bölgələrdə daha çox olduğunu bildirib:

“Valideyn övladına şərt qoyur, “əks halda, sən mənim övladım deyilsən, mən deyənlə evlənməsən, səni işindən-gücündən belə edərəm” deyir. Bu valideyn övladının nə istədiyinin fərqində olmur. Ona övladınla dost ol deyəndə də “övladla valideynin dostluğu tutmaz” cavabını verir. Bu mental düşüncələr, “mən kişiyəm, oğlum-qızım mən nə desəm, onu etməlidir” yanaşması səhvdir”.

“XX əsrin əvvəlində mental düşüncələr ortaya çıxmağa başladı, mental sözünün mənası isə psixi pozuntu deməkdir. Deməli, bu qənaətə gəlirik ki, bizim beynimizdə yaratdığımız mental düşüncələr bizi inkişafdan saxlayır. Biz demirik ki, gənclərimiz pərakəndə həyat yaşasınlar, sadəcə, nə istədiyini anlayan gəncə valideynlərinin hörmət və rəğbət göstərməsini istəyirik.

Ailə quran şəxslər qarşılıqlı olaraq bir-birlərini düşünməlidirlər. Ailədə ruhlar bir-birini tamamlamırsa, psixoloji uyuşma yoxdursa, təbiidir ki, sonda boşanma olacaq. Bizdə qadının ikinci dəfə ailə qurmasında qəribə yanaşmalar ortaya çıxır. “Məndən boşanıbsa, ərə gedə bilməz, getsə, başını kəsərəm, mənim adımadır” kimi fikirlər səslənir. Sənin adındırsa, yanında saxlayardın, boşanmadan sonra xanım ailə qura bilər, bu, hətta dində də var. Deməli, biz nə dinin, nə də Avropanın yolunu tuta bilirik. İçimizdə yaranacaq mental düşüncənin sualları ilə özümüzü məhvə doğru aparırıq”, - psixoloq Aytən Ələkbərova qeyd edir.

Mövzu barədə Oxu.Az-a danışan psixoloq Gülər Məmmədova ailə quran insanların bir çoxunun gedişatda qarşılaşacaqları situasiyadan bixəbər olduqları qənaətindədir:

“Ailə elə bir quruluşdur ki, onu qurmadan əvvəl insanlar qarşılarına məqsəd qoyurlar. Tək yaşamamaq, özlərini doğrultmaq üçün ailəni özlərinə prioritet götürürlər. İnsanlar ailəni bir-birini sevmək, sevişmək, bal ayına getmək, qonaqlıqlar, tədbirlərdən ibarət düşünməməlidirlər. Hər şey bundan ibarət deyil. Ailə ciddi bir konsepsiyadır. Ailəni təşkil edən üzvlər mütəmadi bu qurumun ciddiliyinin fərqinə varmalıdırlar. Düşünməlidirlər ki, ailə qurublarsa, müəyyən “yox”lara hə, “hə”lərə yox deməli və baryerləri aşmalıdırlar. Çünki bunun həm qaranlıq, həm işıqlı tərəfi var.

Ailədə kiçik konfliktlər, çözülməz situasiyalar, qarışıqlıqlar ola bilir. Bütün bunlardan keçmək üçün insanlar dərindən başa düşməlidirlər ki, bu ailəni qurublarsa, o artıq uzunömürlüdür, ailə bir dəfə qurulur, əgər hər konflikt olan zaman ayrılmaq istəyəcəklərsə, bu, qeyri-ciddi bir yanaşmadır. Deməli, insanlar bir yerdə birgə həyat sürməyi ciddiyə almırlar, konflikt olanda gözləri qorxur. “Biz bir yerdə yaşasaq, çox problemlər olacaq, gəl elə başdan ayrılaq” deyə düşünürlər. Bu cür narahat olan şəxslər münasibətlərini sürdürə bilmirlər”.

Psixoloq ailənin - tərəflərin bir-birinin davranışlarını tənzimləməsi, gedişat zamanı bir-birini öyrənməsi olduğunu deyib:

“Əvvəllər ailə quranda belə bir ənənə vardı, deyirdilər ki, qız ailə qurdusa, ata evinə meyiti gəlməlidir. Yəni hər şeyə dözməlidir. İndiki gənclərdə belə deyil, özlərinə güvənləri artıb. Savadlı, ali təhsilli, özünə yatırım edən hər hansı bir qızı döyüb çətinliyə dözdürmək mümkün deyil, artıq o ənənə aradan götürülüb.

Qeyd etmək istəyirəm ki, bu gün konfliktlərin artmasına və boşanmaya da gətirib çıxaran səbəb dözümsüzlük, bir-birlərini qavraya bilməməkdir, tez qərar çıxarıb, tez bezirlər. Müəyyən yaş dönəmində yaşanmalı olan hadisələrə bir çoxu tab gətirə bilmir.

İnsanları tərbiyə etmək olur, əvvəl də olub, indi də var, insanın ailədəki problematik davranışı onun genetik faktorları ilə də əlaqəli ola bilir. Belə insanlar evdə hər şeydən bir söz çıxarır, idarə etmək, qarşı tərəfi çərçivədə saxlamaq istəyirlər. Ənənəylə, genetik kodlarla gələn bu cür yanaşmalar çox bezdirici olur, ona görə də insanlar bir-birindən yorulurlar, tərk etmək istəyirlər. Amma nə qədər alınmaya bilər? Çətinliklər müvəqqəti olur, həmişə olmur”.

Oxunub: 616
Paylaş:
Digər xəbərlər

Xəbərlər

18-02-2021, 10:39

2020-ci ildə qeydə alınan nikah və boşanmaların sayı açıqlandı

Xəbərlər

19-12-2020, 22:26

Azərbaycanda evlilik və boşanma ilə bağlı 20 illik İLGİNC STATİSTİKA

Xəbərlər

16-12-2020, 23:44

Azərbaycanda nikah və boşanma sayı açıqlandı

Xəbərlər

21-08-2020, 23:49

Azərbaycanda boşanmaların sayı artıb

Maraqlı

10-06-2019, 12:39

Azərbaycanda boşananların sayı artıb - SON 5 İLİN ƏN YÜKSƏK HƏDDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Həmin növ qulaqlıqlar ciddi risk yaradır - Xəbərdarlıq
Donor ürəyi köçürülən insan nə qədər yaşayır?
Tramp NATO müttəfiqlərinə və Asiyadakı tərəfdaşlarına MESAJ GÖNDƏRDİ
Müctəba Rusiyadadır? - Səfir açıqladı
Novruzun ən faydalı neməti - Səməni halvasının bədənə təsiri
Azərbaycan və İran Naxçıvana hücumu araşdıran birgə qrup yaratdı
Son xəbərlər
  • Dünən, 22:24
    Həmin növ qulaqlıqlar ciddi risk yaradır - Xəbərdarlıq
  • Dünən, 21:21
    Donor ürəyi köçürülən insan nə qədər yaşayır?
  • Dünən, 20:48
    Tramp NATO müttəfiqlərinə və Asiyadakı tərəfdaşlarına MESAJ GÖNDƏRDİ
  • Dünən, 19:20
    Müctəba Rusiyadadır? - Səfir açıqladı
  • Dünən, 18:18
    Novruzun ən faydalı neməti - Səməni halvasının bədənə təsiri
  • Dünən, 17:53
    Azərbaycan və İran Naxçıvana hücumu araşdıran birgə qrup yaratdı
  • Dünən, 16:28
    Zəngəzur dəhlizinə yeni təhlükə: Paşinyan xəbərdarlıq etdi, təxirə düşməyəcək lakin…
  • Dünən, 15:27
    Keçməyən öskürək təhlükəlidir - Xərçəng riski
  • Dünən, 14:16
    Regionu qarışdıran şantaj iddiası: Trampın videoları İsraildədir?
  • Dünən, 13:05
    İranın ən kritik siması öldürüldü: Laricani əslində kim idi? – DOSYE
  • Dünən, 12:52
    Miqren tutmasında - 5 təcili yardım
  • Dünən, 11:21
    Şoyqu etiraf etdi: Rusiyanın heç bir regionu təhlükəsiz deyil
  • Dünən, 10:24
    Ermənistan üzərindən Bakıya uçan hərbi təyyarə...
  • Dünən, 09:04
    Professor: xalq təbabətində istifadə olunan bu otlar təhlükəli ola bilər
  • 16-03-2026, 22:38
    Pentaqonun arxivində iki mindən çox UNO hadisəsi var: Alimlər niyə bu mövzudan çəkinirlər?
  • 16-03-2026, 21:34
    Yatmazdan əvvəl yeyilən bu qida möcüzələr yaradır
  • 16-03-2026, 20:30
    İran ABŞ-dan atəşkəs istəyib? - Açıqlama
  • 16-03-2026, 19:04
    ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir - Quru əməliyyatı baş tuta bilər
  • 16-03-2026, 18:25
    Bu sadə addımlarla xəstəliklərdən qoruna bilərsiniz
  • 16-03-2026, 17:11
    İranla münaqişə bir neçə həftəyə başa çatacaq - Rayt
  • 16-03-2026, 16:39
    Pakistan hücuma keçdi: hədəflərə zərbələr endirildi
  • 16-03-2026, 15:32
    Saçların tez yağlanmasının qarşısını necə almaq olar?
  • 16-03-2026, 14:55
    Müharibəyə görə Tramp və Netanyahu günahkar deyil – Əraqçi
  • 16-03-2026, 13:24
    Bakıda müşahidə olunan dronlar - Nə baş verir?
  • 16-03-2026, 12:50
    Gözlərdə bulanıqlaşma nədən xəbər verir?
  • 16-03-2026, 11:43
    İran savaşı: Bu, Avropa və Ukrayna üçün fəlakətdir
  • 16-03-2026, 10:22
    Rusiyanın yaz hücumu iflasa uğradı - Zelenski
  • 16-03-2026, 09:07
    Təşviş pozuntusunun açıq simptomu necə görünür?
  • 15-03-2026, 22:33
    Gecə yemək yeyənlərin nəzərinə - Bu xəstəliyə səbəb olur
  • 15-03-2026, 21:44
    Canan Karatayın tövsiyəsi: Qan dövranını tənzimləyir, yaddaşı gücləndirir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə