• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
Yorğunluq və unutqanlığın səbəbi...
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
“İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Cənubi Qafqazda ölüm təhlükəsi: “Metsamor” nə vaxt bağlanacaq?

Araşdırma

15-01-2022, 18:30

Cənubi Qafqazda ölüm təhlükəsi: “Metsamor” nə vaxt bağlanacaq?


“Metsamor” Atom Elektrik Stansiyası ilə bağlı məsələ yenidən gündəmə gəlib. Türkiyə mətbuatı yazır ki, qəzalı vəziyyətdə olan bu stansiya bölgə üçün nüvə bombasıdır.

Mövzuyla bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik.

Dünyanın atom elektrik stansiyaları arasında ən təhlükəlisi olan “Metsamor”la bağlı Türkiyənin “Star” qəzeti yazır ki, texniki cəhətdən istismar müddətini başa vurmuş stansiya təkcə Türkiyə üçün deyil, bütün region və təbii ki, Ermənistanın özü üçün böyük təhlükə olaraq qalır. Elektrik stansiyasını nüvə bombasına bənzədən qəzet xatırladır ki, Ermənistan “Metsamor”la bağlı dəfələrlə öz üzərinə öhdəlik götürüb və beynəlxalq standartlara uyğun tədbirlər görəcəyini bildirərək zavodun lisenziyasını uzadıb. 2016-cı ildə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) “Metsamor”un uzunmüddətli istismarı üçün müntəzəm olaraq yenilənməyə ehtiyacı olduğunu bildirib. 1977-ci ildə Sovet İttifaqı tərəfindən tikilən stansiya Türkiyə-Ermənistan sərhədinin yaxınlığında yerləşir.

“Sərhəd şəhərimiz İğdırdan cəmi 16 km məsafədə olan “Metsamor” eyni ildə açılmış Çernobıl AES kimi birinci nəsil AES-dir. Bir faktı da qeyd edək ki, birinci nəsil stansiyalarının riskləri ABŞ və Avropada aktual mövzu kimi qalır. Çernobıl kimi, onun da reaktorunun soyumasını təmin etmək üçün kifayət qədər suyun olmadığı bildirilir. Nüvə yanacağını qorumaq üçün hövzəsi olmayan “Metsamor”un arxitektura baxımından nasaz olduğu hətta tikildiyi zaman mütəxəssislər tərəfindən diqqətə çatdırılıb. “Metsamor” da Ağrı dağının qırılma xəttində yerləşir. Gümrü zəlzələsindən sonra 1989-cu ildə təhlükəsizlik məqsədilə bağlansa da, 1993-cü ildə yenidən açılıb”, - deyə qəzet yazır.

1999-cu ilin sentyabrında Brüsseldə Ermənistanla Avropa İttifaqı arasında “Metsamor” AES-in 2004-cü ilə qədər bağlanması haqqında saziş imzalanıb. Ermənistan 2001-ci ildə Avropa Şurasına üzv olarkən, 2004-cü ilə qədər “Metsamor” AES-i bağlayacağına söz vermişdi. 2005-ci ildə elektrik stansiyası texniki istismar müddətini başa vursa da, Ermənistan parlamenti qərar qəbul edərək stansiyanın istismar müddətini 2016-cı ilə qədər uzadıb. 2016-cı ildə yalnız iqtisadi səbəblərdən əlavə qərar qəbul edərək, stansiyanı 2026-cı ilə qədər işlətməyə qərar verib. Bundan başqa, Ermənistanda radioaktiv tullantıların saxlanması ilə bağlı şəffaflıq yoxdur. Mütəxəssislərin şərhinə görə, zəlzələ zonası olduğundan, tullantıların saxlanılması üçün təhlükəsiz ərazi yoxdur. İnsan sağlamlığını ciddi şəkildə təhdid edən bir çox radioaktiv maddələrin elektrik stansiyasından sızması indi elmi cəhətdən məlumdur. Arpaçay və Araz çaylarından götürülən su, elektrik stansiyasının soyudulmasına sərf edilir, daha sonra çaylara axıdılmaqla suyu çirkləndirir. Bundan əlavə, tullantı suları və reaktordan çıxan radioaktiv yanacaq Qarabağda basdırılıb ki, bu da regionda ekoloji problemlər yaratmaqdadır. Elektrik stansiyası dərhal bağlansa belə, onun yaratdığı ekoloji problemləri həll etmək üçün illər lazım olacaq.

Məqalədə xatırladılır ki, Azərbaycan XİN də dəfələrlə “Metsamor” AES-in dünyanın ən təhlükəli atom elektrik stansiyalarından biri olmasına diqqət çəkib və dünya ictimaiyyətini stansiyanın fəaliyyətini dayandırmağa çağırıb.

“Gördüyümüz kimi, bütün risklərə və region ölkələrinin, aidiyyəti qurumların və ekspertlərin xəbərdarlıqlarına baxmayaraq, Ermənistan tikildiyi vaxtdan bəri çoxlu qəzalarla üzləşən elektrik stansiyasının istismarında israrlıdır. Ən mühüm səbəb kimi də Ermənistanın enerji ehtiyacı göstərilir. Belə ki, stansiya Ermənistanın enerji ehtiyacının 40 faizini ödəyir. Ermənistan bir tərəfdən Rusiyadan asılı olmayaraq enerji mənbəyinə sahib olmaq istəyir, digər tərəfdən də bu enerji mənbəyinin xammalını əldə etməklə Rusiyadan asılı ölkə kimi qalır. Ermənistanın bu siyasətində mühüm ziddiyyət var. Bununla belə, ABŞ və Avropa İttifaqı Ermənistanın alternativ enerji layihələrinə dəstək verməyə hazır olduqlarını bəyan edirlər. Ermənistan “Metsamor” AES-dən əvvəlki illərdə də Türkiyə və Azərbaycana qarşı təhdid kimi istifadə edib. Xüsusən də işğalçı və aqressiv siyasətinə görə regionda həyata keçirilən layihələrdən kənarda qalan Ermənistan, stansiyanı bağlamaq üçün bu layihələrdə yer almaq istədiyini bildirib. Türkiyə də dəfələrlə MAQATE-yə müraciət edərək, elektrik stansiyasının bağlanmasını tələb edib. Türkiyə kimi İran, Gürcüstan və Azərbaycan da risk altında olan ölkələrdir”, - deyə məqalədə bildirilir.

Ermənistanın da tərəfdarı olduğu Nüvə Təhlükəsizliyi Konvensiyasının təftiş iclasları zamanı Türkiyə köhnə texnologiya ilə işləyən elektrik stansiyasının bütün bölgə üçün real risk faktoru olduğunu vurğulayıb. Bundan əlavə, Türkiyə Atom Enerjisi Agentliyinin mümkün nüvə qəzası nəticəsində meydana gələ biləcək təbii radiasiya səviyyəsinin artımından xəbərdar olması və müdaxilə edə bilməsi üçün bölgədə 14 “Radiasiya Erkən Xəbərdarlıq Sistemi Şəbəkəsi” qurub. RESA stansiyaları baş verə biləcək hər cür nüvə qəzalarında erkən xəbərdarlıq edərək, radiasiyaya məruz qalan ərazidən uzaqlaşmaq üçün lazımi vaxtı qazanmağı hədəfləyir.

Məqalənin sonunda bir daha qeyd olunur ki, AES təkcə Türkiyə üçün deyil, bütün region və təbii ki, Ermənistanın özü üçün böyük təhlükə olaraq qalmaqda davam edir. Elektrik stansiyası nüvə bombasına bənzədilir və bu elektrik stansiyasını bağlayıb, aktiv seysmik zonada yeni atom elektrik stansiyası inşa etmək əvəzinə, Ermənistanın geoloji cəhətdən daha təhlükəsiz bölgəsində yeni elektrik stansiyasının tikintisi, ya da alternativ enerji mənbələrinin inkişafı təklif edilir. Bununla da, Türkiyənin şərq bölgələrinə təsir edə biləcək böyük fəlakət riskinin xeyli azalacağı vurğulanır.

Oxunub: 790
Paylaş:
Digər xəbərlər

Maraqlı

11-07-2021, 12:06

Rusiyadan Marsla bağlı cəsarətli addım

Xəbərlər

4-10-2019, 01:20

SON DƏQİQƏ: Rusiya Azərbaycanda Atom Elektrik Stansiyası (AES) tikməyi TƏKLİF ETDİ

Xəbərlər

29-07-2019, 01:21

Dünya ŞOKDA: Türkiyə Rusiya ilə birgə nüvə silahı hazırlayacaq

Xəbərlər

21-06-2019, 16:10

Paşinyan müharibə istəyir, istədiyini alacaq...

Xəbərlər

18-05-2019, 12:09

İran ABŞ-a nüvə zərbəsi endirəcək - SENSASİON İDDİA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Uzunömürlülük üçün yemək saatı
Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
Son xəbərlər
  • Bu gün, 09:03
    Güclü İMMUNİTET üçün 3 SUPER-MƏHSUL
  • Dünən, 21:29
    Bu simptomlar xərçəngin xəbərçisi ola bilər – həftələrlə davam edərsə, mütləq həkimə gedin
  • Dünən, 20:56
    Türk ölkəsindən Rusiyaya pis xəbər – Azərbaycana təsiri necə olacaq?
  • Dünən, 19:15
    Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
  • Dünən, 18:03
    Uzunömürlülük üçün yemək saatı
  • Dünən, 17:48
    Yeni ittifaq: Bu saziş regionun xəritəsini dəyişəcək
  • Dünən, 16:30
    Bakıya 2 gün leysan yağacaq – Xəbərdarlıq
  • Dünən, 15:14
    Qadın sağlamlığı üçün 35 yaşdan sonra vacib olan bir məhsul
  • Dünən, 14:53
    Liderlər Bişkekdə toplanır: İlham Əliyev də iştirak edəcək
  • Dünən, 13:28
    Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...
  • Dünən, 12:22
    Gizli yağ ürək xəstəlikləri riskini artıra bilər
  • Dünən, 11:45
    Sosial yardım alanların sayı niyə azalıb? – Səbəblər açıqlandı
  • Dünən, 10:33
    Dünya tarixində ən böyük neft sazişini imzaladıq - Tramp
  • Dünən, 09:09
    Yorğunluq və unutqanlığın səbəbi...
  • 28-08-2026, 21:58
    Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
  • 28-08-2026, 20:01
    Rusiya Avropanı hədəfə aldı - “İsgəndər-1000” raketləri Kalininqradda yerləşdirilir
  • 28-08-2026, 19:43
    “İkinci Türkiyə” yaranır? – Azərbaycan üçün mühüm GƏLİŞMƏ
  • 28-08-2026, 18:36
    Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
  • 28-08-2026, 17:12
    Altı AB ölkəsi yeni maliyyə çərçivəsi üzrə anlaşdı
  • 28-08-2026, 16:25
    Bu, yəhudilərin sonu deməkdir – Netanyahu
  • 28-08-2026, 15:33
    Ağ və ya qara üzüm? Biri daha faydalıdır
  • 28-08-2026, 14:22
    Putin NATO ərazisinə hücum etməyəcək - Tramp
  • 28-08-2026, 13:54
    Kirayə mənzillərin qiyməti nə qədər artacaq?
  • 28-08-2026, 12:07
    Gənclər üçün ürək xəstəliyi təhlükəsi: 10 nəfərdən 8-də...
  • 28-08-2026, 11:18
    Azərbaycanın bu şəhəri paytaxt olacaq – ANONS VERİLDİ
  • 28-08-2026, 10:49
    Müəmma açıqlandı: Con Retkliff Moskvada Putinə sərt mesaj verdi
  • 28-08-2026, 09:00
    Arıqlamaq istəyənlər kaloridən çox buna diqqət etməlidir
  • 27-08-2026, 22:05
    Yuxusuz gecədən sonra beyin fəaliyyətini artırmaq üçün...
  • 27-08-2026, 21:12
    Beyin şişi süni intellektin köməyi ilə çıxarıldı - Dünyada ilk
  • 27-08-2026, 20:21
    İsrail britaniyalıları da qovacaq? - Gərginlik artır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə