• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
Yaşı 50-dən yuxarı olanların nəzərinə
İki liderin Putinə çağırışı maraq doğurdu: Moskva qərarını dəyişəcək?
İki gün ərzində xolesterolu aşağı salmağın yolu müəyyən edilib
Həftə ərzində az yatırsınızsa, bunu edin
Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
Zelenskinin xəbərdarlığı: Türkiyə bütün uçuşları ləğv etdi
İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
Tramp “Hörmüz”ün adı dəyişmək istəyir
Yunan generaldan şok xəbərdarlıq: Oktyabrda Türkiyə ilə müharibəyə gedirik
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Qida qatqılarının faydaları və ziyanları: Yeyinti məhsuallarını alanda nələrə diqqət edək?

Araşdırma

13-12-2020, 13:28

Qida qatqılarının faydaları və ziyanları: Yeyinti məhsuallarını alanda nələrə diqqət edək?


Aldığımız yeyinti məhsullarının tərkibi, onların hazırlanmasında nələrdən istifadə olunmasına çox zaman diqqət etmirik. Halbuki hər bir alıcı aldığı məhsulun tərkibi haqqında məlumatlı olmalı, onun üzərində yazılanları oxumalıdır. Yeyinti məhsullarının hazırlanmasında qida qatqılarından da istifadə olunur. Onların rolu nədən ibarətdir? Hansı faydaları, ziyanları var?

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan məqalədə qida qatqıları barədə bir sıra suallara cavab verilib. Həmin məqaləni təqdim edirik:

Əksər yeyinti məhsullarının istehsalında qida qatqılarından istifadə edilir. Qida qatqıları qidaların saxlanma müddətinin artırılması, dadının yaxşılaşdırılması, qidaya istənilən rəngin verilməsi, təbii rənginin uzun müddət qorunub saxlanılması və bir çox başqa məqsədlər üçün geniş istifadə edilir.

Onlar funksiyasına görə antioksidantlar, emulqatorlar, dadlandırıcılar, ətirləndiricilər, rəngləyicilər, stabilizatorlar və s. kimi qruplaşdırılır. Qida qatqılarının heç bir halda ayrılıqda istehlakı nəzərdə tutulmur. Onlar yalnız ilkin istehsal və ya emal proseslərində müəyyən normalarda qida məhsullarına qatılır.

Un məmulatlarının istehsalında da qida qatqılarından geniş istifadə edilir. Un məmulatları gündəlik qida rasionumuzun əsas hissəsini təşkil edir. Belə ki, onların qidalılıq dəyəri baxımından orqanizm üçün faydası böyükdür. Un məmulatlarının istehsalında istifadə edilən qida qatqılarından qida boyaları, lesitin, mono- və diqliseridlər, sistein, natrium benzoat, azodikarbonamid (ADA), askorbin turşusu və digərlərini misal göstərə bilərik ki, onlar istehsal prosesindən məhsulun istehlak olunmasına qədər qida zəncirinin müxtəlif mərhələlərində xüsusi funksiyalar daşıyan və müxtəlif məqsədlər üçün tətbiq edilən qida qatqılarıdır.

Qablaşdırılmış şəkildə qida məhsulları alarkən onların etiket məlumatlarına diqqət yetirsək görərik ki, məhsulun tərkib elementləri kimi xüsusi "E" kodu ilə işarələnmiş bəzi maddələr göstərilib. Bu kodlarla göstərilən maddələr qida qatqılarıdır. Qida qatqılarının bu kodlarla göstərilməsi Avropa Qida Təhlükəsizliyi Təşkilatı tərəfindən təklif edilmiş və istehlakçıların rahat məlumatlandırılması baxımından əhəmiyyətli hesab olunur.

Un məmulatlarının hazırlanmasında geniş istifadə edilən təbii qida qatqılarından biri kimi sistein zülalların yaranmasında iştirak edən 20 amin turşudan biri olub, fermentasiya prosesini sürətləndirir və az müddətdə xəmirin acımasını təmin edir. Həmçinin xəmirin qaz tutma qabiliyyətini və elastikliyini artırır.

Azodikarbonamid oksidləşdirici, ağardıcı və konservant kimi istifadə olunur. Onların istifadə norması hər kiloqram un üçün 40 milliqram müəyyən edilmişdir.

Lesitin xəmirin tərkibindəki komponentlərin bir-birilə yaxşı qarışaraq homogen hala gəlməsi üçün istifadə edilən emulqatordur.

Natrium benzoat isə zərərli bakteriyaların və mikrobların inkişafının qarşısını alır, eyni zamanda un məmulatlarının kiflənmə müddətini əhəmiyyətli dərəcədə artırır.

Askorbin turşusu oksidləşdirici kimi istifadə olunan geniş yayılmış qida qatqılarından biridir. Hazırda E300 kodu altında satılan qida qatqısı kimi askorbin turşusunun hər ton buğda unu üçün 200 qrama qədər istifadəsi yolveriləndir.

Mono və diqliseridlər E471 və E472 kodları altında satışa buraxılan və hazırda ölkəmizdə də istifadəsinə icazə verilən emulqatorlardır. Bu sinif birləşmələrin bəzi homoloqları xəmirə qatıldıqda çox effektiv şəkildə yapışdırıcı, yumşaldıcı və qarışmayan hissələrin həll olunması kimi funksiyalar daşıyır.

Sadalanan maddələr un məmulatlarının istehsalında istifadə edilən xeyli sayda qida qatqılarının sadəcə bir hissəsidir. Hər bir istehlakçı qida məhsullarının təhlükəsizliyinə tam əmin olmaq üçün onların hazırlanmasında istifadə edilən bu cür maddələrin funksiyasını, mənşəyini, orqanizm üçün fayda və zərərini bilməlidir.

Məhsulun bir sıra keyfiyyət xüsusiyyətlərini artırmaq üçün təbii qida qatqıları geniş istifadə edilir. Təbii mənşəli qida qatqıları insan orqanizmi üçün daha təhlükəsiz hesab olunur. Bütün qida qatqılarının istifadə miqdarına dəqiq və düzgün əməl edilməsi qida təhlükəsizliyi baxımından çox vacibdir. Qida qatqılarından normadan artıq istifadə edilməsi orqanizm üçün ciddi fəsadlara səbəb olur. Qida qatqısının orqanizmə ziyanı müxtəlif amillərdən - həmin maddənin miqdarından, onu qəbul edən insanın sağlamlığından, orqanizminin fərdi xüsusiyyətlərindən və digər faktorlardan asılı ola bilər.

Məhsulun keyfiyyəti və təhlükəsizliyi barədə məlumatları tam əldə edə bilmədikdə yararsız qida süfrəmizə kimi yol tapa bilir ki, bu da sonda müxtəlif fəsadlarla nəticələnir. Odur ki, hər bir istehlakçı aldığı məhsulun tərkibi haqqında informasiya verən qablaşdırma üzərindəki etiket məlumatları ilə mütləq tanış olmalıdır.

Oxunub: 736
Paylaş:
Digər xəbərlər

Maraqlı

12-09-2020, 23:36

Pendirin faydaları

Maraqlı

11-07-2020, 19:06

Pendirin orqanizmə faydaları və zərərləri

Araşdırma

21-02-2020, 11:31

Uşaqların mədə tutumu qida rasionunda nəzərə alınmalıdır

Maraqlı

25-12-2018, 00:24

Yeni il hədiyyələri ilə bağlı - XƏBƏRDARLIQ

---

25-10-2018, 20:42

SON ANDA!!! AGENTLİK və ULAQ FERMASI - Bizi eşşək yerinə qoyanlar... - DƏHŞƏTLİ OLAY

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
Son xəbərlər
  • Bu gün, 21:53
    Anemiya bir dəqiqədə aşkar edilə bilər: həkim sadə bir ev testi adlandırdı
  • Bu gün, 18:40
    Bu qidaları yedikdən əvvəl və sonra çay içmək olmaz
  • Bu gün, 15:57
    Zülalın çoxluğu yox, balansı vacibdir: Nələri və necə yeməliyik?
  • Bu gün, 14:43
    Fransadan erməni separatçılarına ağır zərbə: Paris geri addım atdı
  • Bu gün, 13:51
    Azərbaycan üçün həssas durum: İki istiqamətdə gərginlik artdı, Xəzərdə…
  • Bu gün, 12:06
    Qurd Xəstəliyinin Əlamətləri və Müalicəsi
  • Bu gün, 11:40
    Yaşı 50-dən yuxarı olanların nəzərinə
  • Bu gün, 10:11
    İki liderin Putinə çağırışı maraq doğurdu: Moskva qərarını dəyişəcək?
  • Bu gün, 09:09
    İki gün ərzində xolesterolu aşağı salmağın yolu müəyyən edilib
  • Dünən, 22:06
    Həftə ərzində az yatırsınızsa, bunu edin
  • Dünən, 21:13
    Qazlı İçkilərin 5 Əsas Zərəri Hansılardır?
  • Dünən, 20:22
    Ermənistanda dəhşətli qəza - Ölənlər və yaralananlar var
  • Dünən, 19:41
    Avropa İttifaqından Ermənistanla bağlı mühüm qərar – Nə baş verir?
  • Dünən, 18:10
    Parkinson xəstəliyi riskini 50% azaldan tərəvəz
  • Dünən, 17:03
    Baş Qərargah təsdiqlədi: MiQ-29 və Ka-27 məhv edildi
  • Dünən, 16:29
    Zelenskinin xəbərdarlığı: Türkiyə bütün uçuşları ləğv etdi
  • Dünən, 15:58
    İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
  • Dünən, 14:37
    Tramp “Hörmüz”ün adı dəyişmək istəyir
  • Dünən, 13:18
    Yunan generaldan şok xəbərdarlıq: Oktyabrda Türkiyə ilə müharibəyə gedirik
  • Dünən, 12:29
    Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
  • Dünən, 11:50
    Nümayəndə heyəti Zəngəzura gəldi – Şad xəbər açıqlandı
  • Dünən, 10:09
    İsrail İrandan hücum gözləyir: Təyyarələr hazır vəziyyətdədir
  • Dünən, 09:04
    Orqanizminizdə iltihab varsa qəhvə için
  • 1-09-2026, 21:30
    Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
  • 1-09-2026, 20:46
    İrəvan niyə Bakı və Ankara ilə münasibətlər qurur? - Paşinyanın Bişkekdən verdiyi mesaj
  • 1-09-2026, 18:00
    C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə...
  • 1-09-2026, 16:08
    Prezident “İstisu”nu özü ilə niyə aparıb? – Detallar
  • 1-09-2026, 15:44
    Ürək döyüntüsü 100 olanlar 2 analiz versin
  • 1-09-2026, 14:37
    Rusiya Ukraynada taktikanı dəyişdi: Sistemli zərbələrə keçdi
  • 1-09-2026, 13:15
    BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə