Banan alarkən onun rənginə fikir verin. Banan yetişdikcə onun tərkibi dəyişilir və bu da onun faydalı xüsusiyyətlərinə təsir edir.
Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, həzm olunmayan qidalı liflərlə zəngin olan yaşıl banan xüsusilə bağırsaqlar üçün faydalıdır - bağırsaqların mikroflorasını yaxşılaşdırır, qəbizliklə mübarizə edir.
Sarı banan immun və ürək-damar sistemlərinə müsbət təsir edir.
Qabığı qəhvəyi rəngdə olan banan asan mənimsənilir, depressiya və yuxusuzluq zamanı kömək edir. Həmçinin belə bananın tərkibində xərçəng əleyhinə təsirə malik olan güclü antioksidant var.