• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
Meksikada güclü partlayış: 9 nəfər öldü
İran uzun illər sonra bu qadağanı ləğv etdi
Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
Pay torpaqları vətəndaşlardan alınacaq?
Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

ALO, HƏKİM..? (3-cü hissə) - Firəngiz Rüstəmova

Gündəm / Maraqlı

19-03-2025, 09:17

ALO, HƏKİM..? (3-cü hissə) - Firəngiz Rüstəmova



Həkim qeydiyyata gəlmiş pasiyentdən soruşur:
- Ailədə, nəsildə hansısa bir xəstəlik varmı?
- Bəli doktor bizdə nəsillikcən eratizma var...
- Həkim:zəhmət olmasa deyərdiniz necə şikayətlər olur “eratizmada”?
- Bilirsizmi həkim oynaqlarımız ağrıyır da hamımızın…
- Həkim dərindən nəfəs aldı...

- Həkim: Xanım familiyanız necədir?
- Pasient: Əvvəllər çox pis idi, indi sistem asdırandan, təmiz havada gəzəndən sonra yaxşıdı:))))

- Pasiyent: Həkim məndə “Qrobik” var.
- Həkim: həyəcanlanmayın xaiş edirəm, rahat başa salın şikayətlərinizi. Necə hallara düşürsüz, “Qrobik” nə cür təsir sizə ?
Pasiyent əlamətləri söylədikdəndən sonra həkim dərindən nəfəs aldı.
- Həə rusca “qribok” demək istəyirmisiz, yəqin köbələk xəstəliyi. Köbələk xəstəliyinə çox oxşayır əlamətləri. İndi müayinə zamanı dəqiqləşdirərik.

- Həkim: qızım keçən dəfə anemiyaya qarşı yazdıqlarımdan evdə nə var hal- hazırda?
- Pasiyent: 2 oģlum, bir qızım var …

- Pasiyent: mən bir dəfə qadın həkiminə getmişdim. O vaxt demişdi ki, səndə “rozadır, beryozadır” nədir, onnan var. İndi gəldimki, bilim həqiqətənmi var.
- Həkim: bəlkə eroziya deyiblərmiş? İndi baxarıq…

- Pasiyent: Həkim mən hamiləlikdən qorunmaq istəyirəm. Bir üsul deyərdiniz.
- Bəlkə UDV istifadə edəsiz “spiral” yəni. Həb formada olan vasitələrdən fərqli olaraq bədəndə maye saxlamır, illərlə hər gün qəbul edilmir və s. kimi müsbət cəhətləri var.
- O nədir ki?
- Həkim: onu qadınlar “spiral” kimi tanıyırlar…
- Pasiyent: Yooox ay həkim. Onnan istəmirəm ərimi tok vurar axı…

- Pasiyent: Həkim hamiləliyimi başa çatdırmaq üçün mənə yaxşı dərman yazın.
- Həkim: keçən ay fol turşusu yazdım sizə. İndi müayinələr olunsun lazım gələrsə bir şey təyin edərik. Hər bir göstərici normal olsa söhbət və məsləhətlə kifayətlənərik.
- Pasiyent: Xalam deyir ki, bizim vaxtımızda “tribunal” var idi. Bizə onnan yazardılar, hər şey də normal öz yolunda olardı.
- Əvvəllər “Turinal” adlı preparat olub, yəqin onu nəzərdə tutur. İndi istehsal edilmir amma…

- Pasiyent: Həkim keçən dəfə mənə tablet yazmışdınız. Daha tablet yazmayın içə bilmirəm.
- Oldu bu dəfə təyinata ehtiyac olarsa maye formada bir vasitə yazaram.
- Yox onu da istəmirəm. O biri hamiləlikdə mənə “patron” kimisini yazmışdınız. Eləsi yaxşıdır.
- Həkim: kapsulamı deyirsiz? Anladım…

- Pasiyent: Həkim keçən dəfə demişdiniz ki, növbəti gəlişdə “telvizerə görünməyə” gələrsən.
- Həkim: aha indi USM-nə göndəriş verərəm.
- Pasiyent: görəsən uşağımın gözləri göydürmü? Kaş o biri həkim deyə göy gözdür. Elə sevinərəm ki, doğru deyirəm…
- Həkim: indi anladım ki, elm və texnika hələ kifayət qədər inkişaf etməyib, bu suallar qarşısında çox acizdir...

- Həkim: qızım əslində keçən həftə gəlməli idiniz. Nə əcəb gec gəldiniz?
- Pasiyent: həkim qaynanamın şəkəri çox qalxmışdı. Onu xəstəxanaya, şəkərinin üstündən aldırmağa apardılar, ona görə bir az baş qarışıq oldu…
- Həkim((…


- Həkim pasiyentə: buyurun xanım. Nədir şikayətiniz?
- Pasiyent: 5 ildir ərdəyəm uşağım olmur.
- Həkim: yəqin ki, 5 ildə çox müayinələrdə olmusunuz. Əsas səbəb kimi nəyi göstəriblər sonsuzluğa?
- Pasiyent: bəli çox yoxlanmışam. Elə hər dəfə deyirlər ki, molekulların yetişmir…
- Həkim: hmmm ola bilər follikullar yetişməsin, belə şeylər olur…

- Pasiyent şikayətlərini söylədikdən və müayinələrdən sonra deyir: diyasnokum nədir həkim?
- Həkim: disbakterioz olmusuz. Maraqlıdır sizdə nədən sonra başlayıb, belə vəziyyət əsasən antibiotik qəbulundan sonra ağırlaşma kimi yarana bilir. Antibiotik almamısız?
- Pasiyent: soyuqdəyməm var idi. Bizim qonşu dedi ki, eyni mən də sənin kimi olmuşdum. “pilisirin, kalçikanat, biçelen, bir də alov” iynəsi vurdurdum sağaldım. Mən də onlardan vurdurmuşam...
- Həkim(

Həkim hamiləlik qeydiyyatına gələn pasiyentə müayinələrdən sonra “fol turşusu” təyin etdi və ona hər ay müayinəyə gəlmək lazım olduğunu söylədi.
Söhbətə qadının həyat yoldaşı müdaxilə edərək dedi: biz istəmirik ki, uşağımız dərmanla böyüsün, dərmanla dünyaya gəlsin. Eləcə qeydiyyata gəlmişdik. Dərman içməyəcək onsuz da.
- Həkim: “fol turşusu” əslində dərman sayılmaz ki, onu bütün sağlam hamilələr, hamiləliyi planlaşdıranlar belə qəbul edir …
- Pasiyentin əri: dərman deyilsə bəs onda niyə resept yazırsız, bəs niyə aptekdə satılır…
- Həkim nə deyəcəyini bilmədi (

Həkim hamiləlik qeydiyyatına gəlmiş hamilədən anamnez toplayır:
- Uşaqlıqda hansı xəstəlikləriniz olub, əsasən də qızılca keçirmisinizmi?
- Pasiyent: onun nə dəxli var ki, keçirmişəm ya yox?
- Hamilənin əri də söhbətə qarışdı: Olubsa da ən azı 20 il əvvəl olub, bu boyda hamiləlik qalıb, siz qızılca soruşursuz. Onu hamı keçirir da...
- Həkim(((

Hamiləlik qeydiyatından sonra həkim pasiyentə deyir:
- İlkin qeydiyyatda protokol üzrə 10 analiz götürülür. Növbəti dəfələrdə ən çox 2 analiz götürüləcək və heç bir şikayətiniz olmasa, hər göstərici normal olsa 7 dəfə müayinyə gələcəksiniz.
- Söhbətə qarışan pasiyentin əri: elə nənələrimiz o boyda analizmi verirdi?
- Həkim: verilməsi vacibdir …
- Pasiyentin əri: biz analiz verməyəcəyik. Hələ üstəlik azı 7 dəfə də yoxlanmağa gəlmək lazımdır. Nənələrimiz konsultasiyamı görmüşdü? Hamısı da sağlam uşaqlar doğurdular.
- Həkim: oğlum niyə etiraz edirsiz. Adını kartaya yazmaqla iş bitmir axı, bəs nədən bilək hamilənin bədənində hansı proseslər gedir? Məncə nənələrimizin vaxtında bu cür analizlər, USM kimi vasitələr olsa idi onlar heç imtina etməzdilər, əksinə bütün müayinələrdən yararlanardılar...
- Pasiyentin əri nə isə demək istəyirdi ki, əlindəki ən müasir model mobil telefonuna zəng gəldi. O danışıb qurtardıqdan sonra həkim dedi: indi siz mənə cavab verin görüm nənə-babanız mobil telefonlamı danışırdı, siz niyə danışmalısız ki?


Ardı var...

Oxunub: 438
Paylaş:
Digər xəbərlər

Gündəm / Maraqlı

18-03-2025, 08:13

ALO, HƏKİM..? (2-ci hissə) - Firəngiz Rüstəmova

Gündəm / Maraqlı

17-03-2025, 08:05

ALOO HƏKİM (1-ci hissə) - Firəngiz Rüstəmova

Gündəm / Maraqlı

4-03-2025, 08:37

Qohum evliliyinin fəsadları (1-ci hissə) - FİRƏNGİZ RÜSTƏMOVA

Səhiyyə

2-01-2020, 10:32

Xanım həkim xəstəsinin bakirəliyini pozdu – İnanılmaz olay

Mədəniyyət

11-09-2018, 07:54

Ey Həkim

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
Son xəbərlər
  • Dünən, 21:26
    Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
  • Dünən, 20:01
    Avropa ölkəsi ikili vətəndaşlığı qadağan edə bilər - Sərt qaydalar gəlir
  • Dünən, 19:05
    Çin əhalisinin yarısını itirəcək - Bu, böyük fəlakətdir
  • Dünən, 18:45
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
  • Dünən, 17:28
    Çörçillin Türkiyə planı gerçəkləşir? – İstanbul hücumunun pərdəarxası
  • Dünən, 15:47
    Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • Dünən, 13:11
    Meksikada güclü partlayış: 9 nəfər öldü
  • Dünən, 11:43
    İran uzun illər sonra bu qadağanı ləğv etdi
  • Dünən, 10:19
    Şiddətli döyüşlər başladı: Bu ərazi ələ keçirildi
  • 5-09-2026, 19:20
    Türkiyə iki ölkə ilə yeni dəhliz qurur - Böyük plan açıqlandı
  • 5-09-2026, 17:50
    Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?
  • 5-09-2026, 16:08
    SEPAH zabitləri mühasirədədir: İsrail belə məhv edir
  • 5-09-2026, 14:52
    3-4 gündə pambıq kimi edir - Çatlamış dabanlara təbii həll
  • 5-09-2026, 13:28
    Bu tarixdən leysan başlayır - Xəbərdarlıq
  • 5-09-2026, 12:31
    Düyü, kartof və makaronu soyuq yeyin - İZAH
  • 5-09-2026, 11:51
    Pay torpaqları vətəndaşlardan alınacaq?
  • 5-09-2026, 10:55
    Biləcəridən Ermənistana 977 ton dizel göndərildi - YENİLƏNDİ
  • 5-09-2026, 09:06
    Dişləri sərt fırçalamaq olar? - Mütəxəssislər xəbərdarlıq edir
  • 4-09-2026, 22:46
    Xroniki stresslə mübarizə aparmaq üçün təsirli üsul
  • 4-09-2026, 21:07
    Keçməyən burun axıntısı: səbəb onurğa beyni mayesinin sızması ola bilər
  • 4-09-2026, 20:42
    Ermənistanı ruslara viza tətbiq etməyə kim məcbur edir? - Detallar açıqlandı
  • 4-09-2026, 19:24
    Yunanıstan-İsrail ittifaqının pərdəarxası: Türkiyəyə qarşı plan üzə çıxdı
  • 4-09-2026, 18:07
    Qeyri-adi qoxu ciddi xəstəliyin erkən əlaməti ola bilər
  • 4-09-2026, 17:08
    Yeni müharibə başladı: Daha bir ölkədə hakimiyyəti dəyişirlər – DETALLAR
  • 4-09-2026, 16:22
    Tramp Kanadanı belə parçalayır: Separatizm meyilləri...
  • 4-09-2026, 15:07
    Alimlər ürəyi, beyni və bağırsaqları gücləndirən bir giləmeyvə açıqlayıb
  • 4-09-2026, 14:53
    Çin liderinin Pezeşkiana qarşı “laqeydliyi”nin səbəbi...
  • 4-09-2026, 13:27
    Payız fəsli Azərbaycana nə vaxt daxil olacaq?
  • 4-09-2026, 12:50
    Susuzluğunuzu çay və qəhvə ilə yatırmayın - Səbəb
  • 4-09-2026, 11:32
    Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə