Kuryuko-İnquşlarda Tanrılarla mübarizə aparan mifoloji qəhrəmandır. Kuryuko tanrı Selanın yeddi oğlunun yardımı ilə insanlara su, ev heyvanları və yaşamaq üçün müxtəlif məhsullar oğurlayıb gətirir. Tanrı Sela öz oğullarına cəza verərək göydən asır və onlar Böyük Ayı bürcünə çevriliblər. Kuryuko isə Kazbek dağında zəncirlənir və ona cəza vermək üçün hər gün bir Qartal tanrının göstərişi ilə onun ürəyini didir. Kuryukoya nəzarəti isə xanımı Furkaya tapşırır. Furka isə heç kimin yardıma gəlməməsi üçün Kazbek dağının zirvəzində magik dairə cızır. Bu əfsanə Qafqaz dağlarının zirvəsində zəncirlənmiş Prometey əfsanəsini xatırladır. Qartal Prometey əfsanəsində qəhrəmanın ürəyini deyil ciyərini didirdi.
F.Rüstəmova-“Hor sivilizasiyası və onun günümüzdə izləri” kitabından.