Yadımdadır çocuqluqda Əziz bayram gecələri... Anam, atam, üç qardaşım, Qoca nənəm, bir də əri. Toplaşırdıq bir süfrənin Gülə-gülə dövrəsinə. Nənəm derdi: -Qurban olum Yaradanın süfrəsinə. Bir sininin kənarında Yaxılırdı iki-üç şam, Qarşımızda şəkərbura, Noğul-nabat, püstə-badam.
Sabah Novruz bayramıdır Deyə-deyə yatıyorduq, Çəkdiyimiz acıları Sevinclərə qatıyorduq. Bu axşamsa mən yalnızam, Ətrafımda yox bir kimsə. Qapdırmıyor bu yalnızlıq Fəqət məni qeyri-hissə.