• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
Nevrit - sinirlərin iltihabı
Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
Ürək tutmasının qarşısını alan şirə elan olundu
Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
Asiyada yeni müharibə başlayır
ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Hacıbəyov Soltan İsmayıl oğlu

Manşet / Bioqrafiya

23-08-2018, 11:07

Hacıbəyov Soltan İsmayıl oğlu






















Hacıbəyov Soltan İsmayıl oğlu
S.Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, pedaqoq, musiqi ictimai xadimi kimi daxil olmuşdur. Yaradıcılıq siması aydınlığı, dünyagörüşü, saflığı, şairanəliyi ilə fərqlənən S.Hacıbəyov musiqidə peyzaj rəsmlərinin gözəl ustası kimi tanınır, musiqisində parlaq milli koloritli janr obrazları üstünlük təşkil edir. Öz yaradıcılığında Ü.Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirən S.Hacıbəyovun yaradıcılıq yolu 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. S.Hacıbəyov 1919-cu ildə Azərbaycanın ulu mədəniyyət mərkəzi sayılan Şuşada anadan olmuşdur. Bəstəkarın yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olmuşdur. 1930-cu ildə S.Hacıbəyov Bakıya köçmüş, 1936-cı ildən öz əmisi Ü.Hacıbəylinin ailəsində yaşamış və tərbiyə almışdır. Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış "Pioner kantata"sı və "Qızıl gül" (1940) musiqili komediyasıdır. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin əsaslarını bilavasitə Ü.Hacıbəyli özü tədris edirdi. Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, İki prelüd və fortepiano üçün sonata, İ.Zamanlının sözlərinə yazılmış "Çiçəklərin söhbəti", "Neft haqqında nəğmə" mahnılarını, "Quşcuğaz", "Tənha yelkən ağarır" romanslarını, simli kvartet, simfonik variasiyalar (1943) yazır. Böyük Vətən müharibəsi illərində S.Hacıbəyov qəlbi vətən məhəbbətilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş "Döyüşçülər nəğməsi", 416 – cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərlərini yazır.
40 – cı illərdə milli simfoniya janrı inkişaf etməyə başlayır. S.Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur. 1945-ci ildə Türkmənistan Opera və Balet teatrı S.Hacıbəyova "Kəminə və Qazı" operasını yazmağı sifariş etdi. Həmin əsərin simfonik parçası "Karvan" adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuara daxil olur. 1946-cı ildə II simfoniya meydana çıxır. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunur. Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. Burada həm pioner həyatı (4 pioner nəğməsi), həm də təbiət təsvirləri ("Yeni il", "Bahar" və s.) vardır. 1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: "Oynaq topum", "Lay – lay", "Bənövşə", "Bahar gəldi", "Yolka", "Pioner marşı". Bəstəkarın Nizami Gəncəvinin "İsgəndərnamə" əsərinin bir parçası əsasında qələmə aldığı "İsgəndər və Çoban" uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılmışdır. (Librettosu M.Seyidzadənindir).1950-ci ildə S.Hacıbəyovun "Gülşən" baleti (libetto Q.Almaszadənindir) meydana gəlir. Vokal musiqisi sahəsində də çalışan bəstəkar bir sıra xalq mahnı və muğamlarını ("Sarı bülbül", "Leyla", "Qarabağ şikəstəsi") xalq çalğı alətləri orkestri üçün işləyir. 1950-ci illərdə bəstəkar Bolqarıstan və Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra "Bolqar süitası" və "Çex rəqsi" əsərlərini bəstələyir. 1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün "Konsert"ini yazır. "Konsert" milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.
S.Hacıbəyov bir çox tamaşalara - M.İbrahimovun "Məhəbbət", S.Vurğunun "İnsan", S.S.Axundovun "Eşq və İntiqam", M.İbrahimovun "Kəndçi qızı", S.Rəhmanın "Əliqulu evlənir" və bir çox başqa əsərlərə musiqi bəstələmişdir.1947-ci ildən S.Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edir, 1947 – 62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra isə direktoru vəzifəsində, 1969 – 1974-cü illərə qədər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır. S.Hacıbəyov 1974-cü ildə vəfat etmişdir. Onun adı Sumqayıt musiqi məktəbi ilə əbədiləşdirilmlşdir.





Oxunub: 1 774
Paylaş:
Digər xəbərlər

Manşet / Bioqrafiya

22-08-2018, 11:50

Axundova Şəfiqə Qulam qızı

Manşet / Maraqlı

21-08-2018, 11:04

Niyazi niyə ana soyadını daşıyırdı

Manşet / Bioqrafiya

20-08-2018, 10:51

Ədilə Hüseyn-zadə (28.04.1916-2005 Bakı)

Manşet / Bioqrafiya

7-07-2018, 19:23

Müslüm Maqomayevin mədəniyyət tariximizdə bəstəkar

Manşet / Bioqrafiya

4-07-2018, 09:38

Fikrət Məşədi Cəmil oğlu Əmirov

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsanlar niyə başqalarının sözünü kəsir?
Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
Son xəbərlər
  • Dünən, 22:34
    İnsanlar niyə başqalarının sözünü kəsir?
  • Dünən, 21:49
    Yemiş hansı xəstəlikləri sağaldır? – SİYAHI
  • Dünən, 20:21
    İsrail Qəzzaya hücumları dayandırmaqdan imtina etdi
  • Dünən, 19:52
    Gedişhaqqı artırılır? – Yeni vacib qərar qəbul edildi
  • Dünən, 18:23
    Sümükləri və oynaqları bərpa edən - Təbii RESEPT
  • Dünən, 17:18
    Şok iddialar: Ukrayna Polşanı raketlə vurub?
  • Dünən, 16:09
    Bank kartları ilə bağlı vacib dəyişiklik: bu gündən etibarən…
  • Dünən, 15:05
    Nevrit - sinirlərin iltihabı
  • Dünən, 14:46
    Türkiyədən Azərbaycanla bağlı sensasion addım – DETALLAR
  • Dünən, 13:28
    Ermənistan milyonlarla dollar itirəcək – Rusiyadan hesabat
  • Dünən, 12:16
    Ayaqlarda mavi ləkələr qan qatılaşmasını göstərir
  • Dünən, 09:02
    Ürək tutmasının qarşısını alan şirə elan olundu
  • 1-08-2026, 22:23
    Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
  • 1-08-2026, 21:29
    Çox yorğunluq yaşayanlar nələri yoxlatmalıdır?
  • 1-08-2026, 20:08
    Türkiyə İraqdakı kürdlərin müdafiəsinə qalxdı – Ankaradan Tehrana sərt xəbərdarlıq
  • 1-08-2026, 19:56
    ABŞ onlara xəbərdarlıq etdi: “Bu ölkələrə səfərdən çəkinin və təxliyəyə hazır olun”
  • 1-08-2026, 18:20
    Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
  • 1-08-2026, 17:04
    Asiyada yeni müharibə başlayır
  • 1-08-2026, 16:35
    ABŞ-dan sərt viza qərarı - 20 min dollar tələb ediləcək
  • 1-08-2026, 15:11
    Qaraciyər xəstəliyinin beyinə təsir edən ağırlaşması
  • 1-08-2026, 14:43
    Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi
  • 1-08-2026, 13:31
    Bakı təhlükələrə qarşı hazırlığı artırır - “Forbes”dən diqqətçəkən analiz
  • 1-08-2026, 12:19
    Sağlam onurğa üçün mütəxəssisdən tövsiyələr
  • 1-08-2026, 11:32
    “Ərəb nüvə bombası”na doğru: ABŞ–Səudiyyə sazişinin pərdəarxası
  • 1-08-2026, 10:23
    Seuta böhranı: Almaniya da hərəkətə keçdi...
  • 1-08-2026, 09:00
    Hər yemək arasında nə qədər fasilə olmalıdır?
  • 31-07-2026, 22:53
    Ən böyük sirr açıldı: 5 min illik məzardan görün nələr çıxdı
  • 31-07-2026, 22:19
    Ən romantik və ən qısqanc bürclər
  • 31-07-2026, 20:50
    Ölkəyə axın edənlər, geri qayıdanlar və ölənlər... - İspaniyada son durum
  • 31-07-2026, 19:37
    Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə