Ürək. Ürək odur daim yana, Od püskürə alovlana. Od vermirsə qəlbə, cana Demək o heç ürək deyil. O heç mənə gərək deyil. Əgər ki, sevinib gülmür, Döyüntüsün heç kim bilmir, Çırpıntısı eşidilmir Demək o, heç ürək deyil. O heç mənə gərək deyil. Vətəniyçün lazım gəlsə Polad kimi gərilməsə, Torpağına sərilməsə Demək o heç ürək deyil. O heç mənə gərək deyil. Neyləyirəm o ürəyi- Yox arzusu bir diləyi!? Bacarmırsa o sevməyi Demək o heç ürək deyil. O heç mənə gərək deyil! B.Vahabzadə.