• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
Trampdan İranla bağlı kritik açıqlama: 3 saat ərzində…
Suriya Livana müdaxilə edə bilərmi?
Albalının gizli gücü: iltihab, təzyiq, immunitet, ürək...
Hakan Fidan Moskvada Lavrovla nələri müzakirə edəcək?
Bakının məşhur “düşməni” Türkiyəni hədəf aldı – İki dövlət məsələsi gündəmdə
Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - STATİSTİKA
Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
Sülh sazişi: Qətər nümayəndə heyəti İrana getdi
Qan damarlarına zərər verən və qanı qatılaşdıran qidalar
Pensiyalar haqda mühüm xəbər: üstünə faiz gəlir? – RƏSMİ
Azərbaycan və ABŞ rəsmiləri TRİPP-i müzakirə etdi
Səhər acqarına sarımsaq udmaq - nəyə xeyirdir?
Son zamanların bəlası: patoloji yorğunluq nədir?
Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?
Avropa ölkəsi Tayvanla bağlı qərar verdi
Hava limanları özəlləşdirilir: Kim qazanacaq?
Axşama doğru ayaqlar şişir və ağırlaşır?
Rusiyada “hakimiyyət” dəyişdi: KQB-nin varisindən rusları təşvişə salan QƏRAR
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

"Ərazilər Azərbaycana geri qaytarılsın..." - Ermənistandan ŞOK AÇIQLAMA

Xəbərlər

17-12-2019, 00:18

"Ərazilər Azərbaycana geri qaytarılsın..." - Ermənistandan ŞOK AÇIQLAMA


Ermənistanda yarımhərbi siyasi partiya olan "Sasna srer” gözlənilmədən Nikol Paşinyanın Dağlıq Qarabağ siyasətinə qarşı bəyanat verib.

Anews.az Publika.az-a istinadla xəbər verir ki, bəyanatda Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ siyasətindən narahatlıq dilə gətirilib.
"Qüvvədə olan hakimiyyət "Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə çıxış edir, lakin buna paralel olaraq, "Madrid prinsipləri”ndən və Respublika Partiyasının (keçmiş iqtidar) buna uyğun təşkil edilmiş konspektlərindən imtina etmir, həm də Qarabağın erməni və azərbaycanlı icmalarını bərabərləşdirən antimilli konsepsiyanın dirçəlişinə nail olur”, – bəyanatda bildirilir.
"Sasna srer” iddia edir ki, Ermənistan hakimiyyəti Qarabağda Rusiyanın geosiyasi oyunlarının toruna düşüb: "Mövcud hakimiyyət Qarabağ və digər strateji məsələlərlə bağlı kifayət qədər ciddilik göstərmir, bu, xalqımız və dövlət quruluşumuz üçün qarşısıalınmaz neqativ nəticələrə gətirib çıxara bilər. Geosiyasi mühit və milli maraqlar Qarabağın Ermənistana birləşdirilməsi üçün de-yure şans yaradıb. Bundan imtina etmək, xüsusilə keçmişə qayıtmaq cəhdi Ermənistanın və ermənilərin tarixi uğursuzluğu olacaq, hansı ki, bunun məsuliyyətini mövcud hakimiyyət daşıyır”.
"Sasna srer”in Paşinyana qarşı belə bir bəyanatla çıxış etməsi şübhəli suallara səbəb olur. Yarımhərbi qruplaşma 2016-cı ildə hərbi alayın binasını ələ keçirməklə Sarkisyan hakimiyyətinə qarşı qiyam təşkil etmişdi. Bu həmin vaxtlar idi ki, "aprel müharibəsi”ndən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni şərait yaranmışdı və informasiyalara görə, Sarkisyan hakimiyyəti Rusiyanın təklif etdiyi həll variantı ilə razılaşmışdı: rayonların qayıdışı, qaçqınların evlərinə dönməsi və sonda Qarabağın statusunun həll edilməsi.
"Sasna srer”in qiyamı bu prosesin ləngiməsinə səbəb oldu və həmin vaxt əsas ehtimal bu qiyamın Sarkisyan hakimiyyəti tərəfindən razılaşmadan imtina etmək üçün "daxili təzyiq” görüntüsü yaratmaq məqsədilə təşkil edildiyinə dair idi. Qiyamın yatırılmasından sonra qruplaşmanın rəhbəri Jirayr Sefilyan və tərəfdarları həbs olundu. Sarkisyanın devrilməsndən sonra hakimiyyətə gələn Nikol Paşinyan onları həbsdən azad etdi və siyasi qruplaşma kimi fəaliyyətlərinə yaşıl işıq yandırıldı. Paşinyan "Sasna sreri” hazırda "Qarabağ klanı”nı sonuncu qala olaraq gördüyü işğal altındakı Xankəndidən uzaqlaşdırmaq üçün istifadə edir. Qruplaşma həm Ermənistanda, həm də Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində aktiv fəaliyyət göstərir və "Qarabağın Ermənistana birləşdirilməsi” tələbi ilə çıxış edir. Onların indi Paşinyana qarşı bəyanatla çıxış etməsi bir neçə versiyanı önə çıxarır:
1. Paşinyan avqustun 5-də Xankəndidə çıxış edərkən, "Miatsum”u (Qarabağın Ermənistana birləşdirilməsi ideyası) "diriltdi”. Mümkündür ki, o, bu gedişini həyata keçirmək üçün "ictimai təlabin olduğu” mənzərəsini yaratmaq niyyətindədir. Yəni "Sasna srer”lə Paşinyan arasında "danışılmış döyüş” başlanır. Paşinyan həm "Qarabağ Ermənistandır” deyir, həm də "Madrid prinsipləri”nə uyğun aparılan danışıqlarda iştirak edir. Ermənistanın baş naziri zaman-zaman bu iki mövqe arasında ziddiyyətli bəyanatlar verir və "Sasna srer”in bəyanatının ilk abzasında bu iki mövqe arasında ziddiyyətin xüsusi vurğulanması da deməyə əsas verir ki, Paşinyan onların dili ilə "xalqın tələbini” önə sürür.
2. Hərçənd, "Sasna srer”in Sarkisyana qarşı Qərbdəki erməni diasporu tərəfindən hazırlandığı versiyası da unudulmamalıdır. Bu versiyadan çıxış etsək, o zaman, erməni diasporu vaxtilə Sarkisyana qarşı çıxardığı qruplaşmadan indi Paşinyana xəbərdarlıq mesajı göndərmək üçün istifadə edir. Qruplaşma bir növ "xalqın danışan dili” missiyasını yerinə yetirir.
Faktiki olaraq, həmişə olduğu kimi yenə də Dağlıq Qarabağ münaqişəsi Ermənistanın daxili siyasətində həlledici faktor rolunu oynamaqdadır. Görünür, Paşinyan beynəlxalq təzyiq və müharibə təhlükəsi qarşısında danışıqlardan imtina edə bilmir, danışıqların davam etməsi isə real nəticələrin əldə edilməsi zərurətini yaradacaq və bu, indiki halda ən azı Qarabağ ətrafındakı bir neçə rayonun qaytarılması deməkdir. Belə situasiya onun hakimiyyətinin təhlükə altına düşməsi deməkdir. Manevr imkanlarını genişləndirmək və oyun qaydalarına yenilik gətirmək üçün Paşinyan "Sasna srer”in əli ilə "daxili müqavimət” hərəkatını ictimaiyyətləşdirir. Məqsəd mümkün qədər danışıq prosesini uzatmaq və həll variantını arxa plana keçirməkdir.
Erməni politoloq Aleksandr Kananyan qeyd edir ki, hakimiyyət istənilən ərazinin qaytarılmasının mövcudluğunu təhlükə altına atmaq olduğunu yaxşı anlayır.
"Bu, bütün keçmiş və gələcək hakimiyyətlərə aiddir. Ermənistanın istənilən hakimiyyəti ərazilərinin qaytarılmasına cəsarət edəcəksə, saaatlar içində iqtidarı itirəcək, hətta bəziləri öz həyatlarını belə itirməli olacaqlar. Bu, mütləq qanunauyğunluqdur”, – o vurğulayıb.
A.Kananyan Ermənistan hakimiyyətinə heç bir xəbərdarlıq etmədən "Madrid prinsipləri”ndən imtina etməyi də tövsiyə edir.

Oxunub: 4 094
Paylaş:
Digər xəbərlər

Xəbərlər

24-09-2019, 18:54

"Paşinyan Azərbaycanla kompromisə gəlməyə qorxur" - ŞOK AÇIQLAMA

Xəbərlər

20-09-2019, 06:50

"Qarabağ Ermənistandır, nöqtə..." - Paşinyana CAVAB AÇIQLAMA

Xəbərlər

6-08-2019, 06:26

Paşinyan növbəti dəfə Azərbaycana MEYDAN OXUDU

Xəbərlər

7-12-2018, 11:27

SON DƏQİQƏ: "Dağlıq Qarabağ boşaldılacaq” - AÇIQLAMA

Xəbərlər

2-10-2018, 00:13

TƏCİLİ!!! Ermənistandan Naxcıvanla baglı SENSASİYALI PLAN - Paşinyanın tərəfdarları....

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
Trampdan İranla bağlı kritik açıqlama: 3 saat ərzində…
Suriya Livana müdaxilə edə bilərmi?
Albalının gizli gücü: iltihab, təzyiq, immunitet, ürək...
Hakan Fidan Moskvada Lavrovla nələri müzakirə edəcək?
Son xəbərlər
  • Bu gün, 22:26
    Zehni rahatlıq üçün bu qaydalara əməl edin
  • Bu gün, 21:00
    Dişlərin yenidən çıxmasını təmin edən dərman sınaqdan keçirildi
  • Bu gün, 20:33
    Trampdan İranla bağlı kritik açıqlama: 3 saat ərzində…
  • Bu gün, 19:11
    Suriya Livana müdaxilə edə bilərmi?
  • Bu gün, 18:17
    Albalının gizli gücü: iltihab, təzyiq, immunitet, ürək...
  • Bu gün, 17:50
    Hakan Fidan Moskvada Lavrovla nələri müzakirə edəcək?
  • Bu gün, 16:08
    Bakının məşhur “düşməni” Türkiyəni hədəf aldı – İki dövlət məsələsi gündəmdə
  • Bu gün, 15:36
    Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - STATİSTİKA
  • Bu gün, 14:25
    Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı
  • Bu gün, 13:42
    Sülh sazişi: Qətər nümayəndə heyəti İrana getdi
  • Bu gün, 12:21
    Qan damarlarına zərər verən və qanı qatılaşdıran qidalar
  • Bu gün, 11:17
    Pensiyalar haqda mühüm xəbər: üstünə faiz gəlir? – RƏSMİ
  • Bu gün, 10:25
    Azərbaycan və ABŞ rəsmiləri TRİPP-i müzakirə etdi
  • Bu gün, 09:14
    Səhər acqarına sarımsaq udmaq - nəyə xeyirdir?
  • Dünən, 22:51
    Son zamanların bəlası: patoloji yorğunluq nədir?
  • Dünən, 21:24
    Siqareti tərgitdikdən sonra ağciyərlərdə nə baş verir?
  • Dünən, 20:02
    Avropa ölkəsi Tayvanla bağlı qərar verdi
  • Dünən, 19:16
    Hava limanları özəlləşdirilir: Kim qazanacaq?
  • Dünən, 18:14
    Axşama doğru ayaqlar şişir və ağırlaşır?
  • Dünən, 17:33
    Rusiyada “hakimiyyət” dəyişdi: KQB-nin varisindən rusları təşvişə salan QƏRAR
  • Dünən, 17:05
    Paşinyanın qatı düşməni də parlamentə girə bilər – Surenyantsdan xəbərdarlıq
  • Dünən, 16:36
    ABŞ İranla sülh sazişi imzalayır - Pakistan XİN TARİX VERDİ
  • Dünən, 15:49
    Qara zirə yağının 8 əsas faydası – Radiasiyadan qoruyur?
  • Dünən, 14:39
    Şimali Kiprdə tarixi qərar: 63 ildən sonra yenidən açıldı
  • Dünən, 13:19
    Trampdan SÜLH AÇIQLAMASI - “Uyğun vaxtda müsadirə edib məhv edəcəyik”
  • Dünən, 12:02
    Bədəndə duz harada və necə yığılır? - Həqiqətlər və miflər
  • Dünən, 11:57
    Çin yüzlərlə Rusiya əsgərini Ukrayna döyüşlərinə hazırlayırmış - Aİ faktlar aşkarlayıb
  • Dünən, 10:44
    Üç Avropa ölkəsi Rusiya və Belarus sərhədində hərbi təlimlər keçirəcək
  • Dünən, 09:08
    Banan qabıqlarına duz səpməyin səbəbi məlum oldu: Faydalıdır
  • 12-06-2026, 22:14
    Niyə arıqlaya bilmirik? – 4 açar səbəb
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə