• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
Ginekoloqların qadınlara demədiyi 6 FAKT
Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
ABŞ-dan İranla bağlı növbəti qərar...
Bu 3 məhsul qandakı xolesterini aşağı salır
Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
Əncir meyvə deyilmiş - Əslində nə yeyirik?
Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
Ürəyi yoran bu vərdişlərdən uzaq durun
İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bağırsaq spazmı - Yaranma səbəbləri və müalicəsi

Xəbərlər

26-10-2019, 23:37

Bağırsaq spazmı - Yaranma səbəbləri və müalicəsi


Bağırsaq spazmı həzm traktının bir çox xəstəliklərinin əlaməti olub, yüksək intensivlikli visseral ağrı ilə xarakterizə edilir. Milli.Az medicina.az-a istinadən bildirir ki, sancışəkilli ağrı bağırsaq divarının həddindən artıq yığılması nəticəsində meydana çıxır. Onun səbəbini aydınlaşdırmaq üçün müxtəlif laborator, rentgenoloji, ultrasəs və instrumental müayinə üsulları tələb oluna bilər.

Yaranma səbəbləri

Bağırsaq spazmı üçün tutmaşəkilli ağrılar xarakterikdir. Onlar bağırsaq motorikasının müxtəlif mexanizmlərinin pozulması ilə əlaqədar yaranırlar. Bağırsaq spazmının patogenezinin əsas həlqələrini orqanın divarının gərilməsi, sinir uclarının qıcıqlanması, bağırsağın saya əzələsinin tonusunun və yığılmasının pozulması, qida kütləsinin hərəkəti üçün maneənin yaranması təşkil edir.

Bağırsaq spazmı həzm sisteminin patologiyaları - kəskin və xroniki qastrit, mədə və onikibarmaq bağırsağın xoraları, hepatit, pankreatit və s. fonunda əmələ gələ bilər. Mədədə və bağırsağın başlanğıc hissəsində qida məhsullarının mənimsənilməsi pozulduqda işlənilməmiş qida kütləsi bağırsağa keçərək, onun reseptorlarının qıcıqlanmasına və əzələ toxumasının spazmına səbəb olur.

Bağırsaq spazmının digər səbəbi qidalanmada yol verilən xətalardır. Belə vəziyyətlərdə sancının yaranma mexanizmi həzm pozğunluğunda olduğu kimidir. Lakin bağırsaq divarının qıcıqlanması həddindən artıq soyuq, quru, qızardılmış, kəskin qidaların, mayalı xəmirdən hazırlanmış məmulatların və s. təsirindən baş verir.

Spazmın əlamətləri

Bağırsaq spazmının yeganə əlaməti qarında yaranan tutmaşəkilli intensiv ağrılardır. Sancının hansı xəstəliyin fonunda formalaşmasından asılı olaraq, digər simptomlara da rast gəlinə bilər. Qastrit zamanı bağırsaq spazmı epiqastral nahiyədə ağrı, ürəkbulanma, qusma, dispeptik hallar, iştah pozğunluğu və arıqlama ilə müşayiət edilir. Mədə və onikibarmaq bağırsağın xora xəstəliyində ağrılar daha intensiv olub, aclıqla əlaqədar və gecə saatlarında əmələ gəlir.

Qaraciyər patologiyalarında bağırsaq spazmı sağ yan tərəfdə ağrılar, qaraciyər sancısı, öd qusma, dəri və selikli qişaların sarılığı, qaşınma ilə birgə rast gəlinir. Mədəaltı vəzin xəstəliklərində qarında kəmərləyici ağrılar, davamlı qusma, meteorizm və ishala bağırsaq spazmı əlavə olunur.

Bağırsaq infeksiyaları adətən qızdırma və qusma ilə başlayır. Sonra ishal fonunda simptomatikaya bağırsaq spazmı qoşulur. Nəcisdə patoloji qarışıqlar (selik, qan) izlənilir. Helmintozların klinikası əksər hallarda tədricən inkişaf edir, bağırsaq spazmı uzun müddət ərzində yeganə əlamət kimi təzahür edə bilər. Bundan əlavə pasiyentlər halsızlıq, əzginlik, əmək qabiliyyətinin azalması, dəridə səpkilər və anus nahiyəsində qaşınmadan şikayətlənirlər. Bağırsaq keçməməzliyinin ilkin mərhələlərində xəstələri güclü bağırsaq spazmı narahat edir. Onun intensivliyi tədricən azalır. Sancılar qaz və nəcis ifrazının yoxluğu, tez-tez təkrarlanan qusma fonunda baş verir. Qarın köpür, peristaltika itir. Sutka ərzində xəstəyə yardım göstərilmədikdə, bağırsaq divarında geridönməyən dəyişikliklər yaranır.

Həkim yardımına qədər özünü müalicə ilə məşğul olmaq - bağırsaq spazmını ağrıkəsici və spazmolitik vasitələr, istiqac və ya imalələrlə aradan qaldırmaq qəti qadağandır. Yalnız həkim əlamətləri düzgün qiymətləndirərək, kəskin appendisit, peritonit, bağırsaq keçməməzliyi kimi ciddi xəstəlikləri inkar edə bilir. Özbaşına müalicə əlamətlərin silinməsinə, diaqnozun yanlış qoyulmasına və müalicəvi tədbirlərin uzanmasına gətirib çıxara bilər.

Kəskin cərrahi patologiya inkar edildikdən sonra patogenetik müalicə təyin olunur. Bağırsaq spazmı emosional fonda yarandıqda və ya bu simptom pasiyentin həddən artıq qıcıqlanmasına səbəb olduqda sedativ vasitələr qəbul edilir.

Daxili orqanların digər patologiyaları ilə bağlı olmayan, vaxtaşırı təkrarlanan bağırsaq sancılarında uzun müddət sakitləşdirici preparatlar qəbul edilməli, qida rasionundan qızardılmış, kəskin, yağlı, hisə verilmiş məhsullar, qazlı içkilər, mayalı xəmirdən hazırlanmış məmulatlar və bəzi tərəvəzlər (paxlalı bitkilər, kələm, qarğıdalı, turp) çıxarılmalıdır.

Oxunub: 1 183
Paylaş:
Digər xəbərlər

Xəbərlər

24-07-2019, 10:21

Qəbizliyin ən təhlükəli fəsadı

Araşdırma

30-06-2019, 01:49

Mədə-bağırsaq problemlərində ƏN TƏSİRLİ ÇAY

Araşdırma

2-05-2019, 17:17

Ayaqlarda ağrılar bağırsaq xərşənginin simptomu çıxdı

Manşet / Gündəm / Səhiyyə

6-01-2019, 17:25

Qastroenterologiya

Manşet / Gündəm / Səhiyyə

10-11-2018, 01:01

Əzələ qıcolması, Əzələ spazmı

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
Ginekoloqların qadınlara demədiyi 6 FAKT
Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
ABŞ-dan İranla bağlı növbəti qərar...
Son xəbərlər
  • Dünən, 22:41
    Sağlamlıq, gözəllik və yaxşı əhval yuxudan asılıdır...
  • Dünən, 21:01
    Ginekoloqların qadınlara demədiyi 6 FAKT
  • Dünən, 18:12
    Qorxu nə vaxt fobiyaya çevrilir? – Psixoloq izah edir
  • Dünən, 15:25
    Ağciyərlərə sağlamlıq verən - Müalicəvi içki
  • Dünən, 14:29
    Rusiya NATO-nu sınağa çəkir: Avropadakı silah zavodlarında ard-arda partlayışlar
  • Dünən, 13:52
    ABŞ-dan İranla bağlı növbəti qərar...
  • Dünən, 12:09
    Bu 3 məhsul qandakı xolesterini aşağı salır
  • Dünən, 11:41
    Metropoliten və AYNA rəsmilərindən gözlənilməz addım – Hər gün bu saatlarda…
  • Dünən, 10:46
    Azərbaycan türk dünyasının yeni “ulduz”una çevrilir – “Şengen zonası” modeli
  • Dünən, 09:06
    Əncir meyvə deyilmiş - Əslində nə yeyirik?
  • 24-08-2026, 22:44
    Yaddaşı gücləndirmək üçün 5 sadə üsul
  • 24-08-2026, 21:45
    Ürəyi yoran bu vərdişlərdən uzaq durun
  • 24-08-2026, 20:24
    İran dronlarına qarşı 5 min dollarlıq “ovçu”: ABŞ şirkəti istehsalı sürətləndirir
  • 24-08-2026, 19:33
    İrəvan bu ölkəyə görə Bakı ilə sülh sazişindən imtina edə bilər - DETALLAR
  • 24-08-2026, 18:31
    Ağız yaraları ilə bağlı bütün çarə - 1 günə sağalması mümkün imiş
  • 24-08-2026, 17:28
    Rusiyanın 35 illik planında fiasko – Azərbaycanın rolu ilə xəritə rəsmiləşdi
  • 24-08-2026, 16:11
    Prezidentin Buxara ziyarəti: tarixi bağlar, İpək Yolu irsi və Türk birliyi
  • 24-08-2026, 15:06
    Xroniki yorğunluq sindromu artıq rəsmi xəstəlik kimi tanınır
  • 24-08-2026, 14:39
    Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?
  • 24-08-2026, 13:22
    Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı: Görün haradan keçəcək
  • 24-08-2026, 12:26
    Hər gün 2 kivi yeyin. Nəticə sizi heyran edəcək!
  • 24-08-2026, 11:17
    Bu ölkə bütün ərazisini bizə verə bilər – İrandan sensasiya
  • 24-08-2026, 10:42
    Üç ölkənin liderindən İrana gözlənilməz TƏKLİF
  • 24-08-2026, 09:05
    Bu ədviyyatı qatığa əlavə edib yesəniz...
  • 23-08-2026, 22:34
    Hər şeyi təkbaşına həll etməyə çalışan 4 bürc
  • 23-08-2026, 21:52
    İnsult riskini artıran axşam vərdişləri
  • 23-08-2026, 20:30
    İki ölkənin həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutdu
  • 23-08-2026, 19:14
    Prezident və xanımı Özbəkistana getdi: belə qarşılandılar
  • 23-08-2026, 18:49
    Arıqlamaq üçün edilən bu üsul risklidir — Professordan xəbərdarlıq
  • 23-08-2026, 17:46
    Bu hücuma görə Ukraynaya dəstəyi artıracağıq – Makron
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə