• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Stressdən azad olmağın sadə və sürətli yolu
Peyvənddən imtina hansı risklər yaradır? Mütəxəssis açıqladı
ABŞ Hörmüzdə "Azadlıq Layihəsi" əməliyyatına başlayır
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Qırmızı turp bu qadınlar üçün zərərlidir
Tehran: Sülh planı nüvə məsələlərini əhatə etmir
Makronun İrəvanda verdiyi "Əliyevlə danışacam" mesajının sirri: Bakının cavabı necə olacaq?
Hansı içki və qidalar dərmanlarla uyğun gəlmir?
Qış geri qayıdır: Hava birdən-birə 10 dərəcə soyuyacaq – XƏBƏRDARLIQ
ABŞ Avropada nə qədər hərbi qüvvə saxlayır?
Xərçəng hüceyrələrinin sayını azaldan tərəvəz
Bu bürcün insanlarında İQ səviyyəsi yüksək olur - 5 BÜRC
Gecələr həddindən artıq tərləmənin səbəbi müəyyən edilib
SEPAH-dan şübhəli anons: “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Bu işdə çalışanlar diqqətli olsun – əməkhaqqı düzgün hesablanmaya bilər
İnsanı iynə-dərmana möhtac edən məhsullar
Arakçı Tayani ilə danışdı: Müharibənin nəticələri...
Çin qadağan etdi: ABŞ-ın sanksiyalarına əməl etməyin!
Qadınları narahat edən problem – Zamana buraxmayın
NATO-nun “gizli silahı” ifşa edildi – Çoxunun ağlına belə gəlməz
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

SON DƏQİQƏ: Türkiyə ilə Bakıya qarşı üçlü ittifaq qurulur

Xəbərlər

10-06-2019, 10:42

SON DƏQİQƏ: Türkiyə ilə Bakıya qarşı üçlü ittifaq qurulur

Yunanıstan, Kipr və Ermənistanın xarici işlər nazirləri Corc Katruqalos, Nikos Xristodulides və Zöhrab Mnasakanyan ölkələri arasında üçtərəfli tərəfdaşlığın qurulmasını nəzərdə tutan anlaşma imzalayıblar. Üçtərəfli görüş Kiprin paytaxtı Nikosiyada keçirilib.

Əldə olunmuş razılaşmaya görə, "ölkələr arasında ümumi dəyərlər, mədəniyyət və irsə əsaslanan, beynəlxalq hüquqla BMT Nizamnaməsində müəyyən edilmiş pripsiplərə söykənən məqsədlər uğrunda əməkdaşlıq olacaq".

"Bu üçtərəfli əməkdaşlığın yeganə məqsədi sülh, stabillik və inkişafın üç ölkə arasında geniş siyasi dialoq və tərəfdaşlıq vasitəsilə stimullaşdırılmasıdır", - sənəddə deyilir.

O da vurğulanır ki, Yunanıstan, Kipr və Ermənistan arasında iqtisadiyyat, ticarət, investisyalar, kənd təsərrüfatı, təhsil, elm, informasiya texnologiyaları, innovasiyalar, səhiyyə, böhran idarəetməsi, mədəniyyət və turizm sahələrində effektiv əməkdaşlıq nəzərdə tutulur.

Yaxın aylarda tərəflər əməkdaşlığın sahələr üzrə konkret təkliflərini hazırlamalı, həmin təkliflər ikinci üçtərəfli görüşdə müzakirə olunmalıdır.

Ən maraqlı məqam isə sənəddəki bir bənddir: "Tərəflər beynəlxalq arenada əməkdaşlığın maksimal dərəcədə genişləndirilməsi, dünya siyasət mərkəzlərində qərarların qəbuluna diasporların təsirini gücləndirməyin vacibliyini qeyd ediblər".

Yunanıstan, Kipr və Ermənistanın əsas problemləri ilə bağlı birgə, vahid mövqeyə nail olmağa dair də razılığa gəliblər.

Bu, rəsmi məlumatdır.

Nikosiyadakı görüşün əsl məzmunu isə daha genişdir. Üstəlik, görüş birbaşa Türkiyəyə və Azərbaycana qarşı yönəlib.

Belə ki, görüş əsnasında əsas müzakirə mövzuları yunan Kipri ilə türk Şimali Kipri arasındakı münasibətlər, Dağlıq Qarabağ münaqişəsi və Prespan anlaşması olub.

Afina ilə Skopye arasında 2018-ci ilin iyunun 17-də imzalanmış anlaşma Makedoniya Respublikasının adının dəyişdirilərək Şimali Makedoniya Respublikası qoyulmasını nəzərdə tutur.

Yunanıstanın şimalında Makedoniya əyalətinin olması və bu səbəbdən də Afinanın makedon separatizminin alovlanmasını istəməməsi səbəb kimi göstərilmişdi.

Ermənistan Kipr və Makedoniya məsələlərində Afina ilə Nikosiyaya tam dəstək vəd edib. Bunun müqabilində Yunanıstanla Kipr ermənilərə Avropa İttifaqı ilə münasibətlərin genişləndirilməsinə "hər formada yardımlar" edəcəklərini vurğulayıblar.

Digər razılaşma isə Yunanıstan, Kipr və Ermənistanın dövlət, yaxud hökumət başçıları səviyyəsində sammitin 2020-ci ilin yanvarında İrəvanda keçirilməsi ilə bağlıdır.

... Yunanıstanla Kiprin Türkiyəyə qarşı qarşıdurmaya Ermənistanı da cəlb etməsinin səbəblərindən biri də təbii qaz davasıdır.

Şimali Kipr sahillərinin yaxınlığında kəşf edilmiiş böyük təbii qaz yatağını Türkiyə istismar etmək niyyətindədir.

Türkiyə həmin bölgəyə "Fatih" qazma gəmisini də yollayıb.

Yunanıstan bunu "Kiprin ikinci işğal cəhdi" adlandırıb və BMT ilə Avropa İttifaqından Türkiyənin qarşısının sərt şəkildə alınmasını tələb edib.

Kiprin XİN başçısı Nikos Xristodulidessə "Fatih"in heyətinin həbs olunması üçün beynəlxalq order istəyib.

Avropa İttifaqı yunanlarla kiprlərə tam dəstək verib.

Aİ-nin xarici işlər üzrə ali komissarı Federika Moqerini bildirib: "Türkiyəni qətiyyətlə təmkinli davranmağa çağırırıq. Türkiyə Kiprin ərazi sularındakı suveren hüquqlarına hörmət etməli, Kiprlə həmrəyliyini qoruyacaq Avropa İttifaqının sərt cavab verəcəyi istənilən qanunsuz addımlardan çəkinməyi məsləhət görürük".

Kipr sahillərində aşkarlanmış qaz yatağının "ExxonMobil", ENI və "Total" korporasiyalarına həvalə etmək niyyətindədir. Belə olarsa, Kiprdə maye qaz zavodu inşa ediləcək, Kipr regional karbohidrogen qovşağına çevriləcək, Türkiyənin bu bölgədəki energetik planlarına ağır zərbə dəyəcək.

Bu baxımdan İsrail üçün də Kipr enerjidaşıyıcıları təminatı baxımından mühüm obyektdir. "Şərqi Aralıq dənizi" boru kəmərinin çəkilməsinə çalışan İsrail məhz bu səbəbdən Yunanıstan və Kiprlə danışıqları aktivləşdirib. İsrail, Yunanıstan və Kiprin XİN başçılarının son üçtərəfli görüşündə ABŞ-ın dövlət katibi Maykl Pompeonun da iştirak etməsi məhz bəhs etdiyimiz məqama dəlalət edir.

Türkiyə anlayır ki, ABŞ və Avropa İttifaqı Kiprdə mövqelərini möhkəmlədərsə, regionla bağlı geosiyasi planlarına ciddi düzəlişlər etməli olacaq.

2018-ci ilin fevralında Türkiyə HDQ-nin gəmilərinin Kipr sahillərinin yaxınlığında qazma işləri aparmaq istəyən ENİ (İtaliya) korporasiyasının gəmisini mühasirəyə almasını Qərb unutmayıb.

Yunanıstanla Kipr aqressivləşiblər. Onlar Avropa İttifaqından Türkiyəyə qarşı sanksiyalar tətbiq olunmasını, Avropa İnvestisiya Bankında Türkiyənin hesablarının dondurulmasını, Türkiyənin bank sektoruna qarşı embarqonun tətbiq edilməsini, ən nəhayət ABŞ-ın Kiprə silah satışlarına 1987-ci ildə qoyduğu yasağın aradan qaldırılmasını istəyirlər.

... Yunanıstanla Kipr son illər Türkiyəyə qarşı müxtəlif formatda regional ittifaqlar qurur, razılaşmalar əldə edir, "tərəfdaşlıq və əməkdaşlıq"la bağlı müzakirələr aparırlar.

Son illərdə Misir, İsrail, İordaniya və Livanla analoji sənədlər imzalanıb.

Bu ölkələrin hamısının Türkiyə ilə münasibətləri sərin və gərgindir.

Suriyaya gəldikdə isə, ABŞ-ın qəzəbindən çəkinən Afina və Nikosiya bu sahədə aktivliyi Ermənistanın öhdəsinə buraxıblar.

Məhz Ermənistan "sülhməramlı kontingent" qismində Rusiya hərbçilərinin nəzarəti altında Suriyaya hərbçilərini yollayıb.

Beləliklə, Suriyada İrəvan "köhnə dost"ları Rusiya və İranla sıx əməkdaşlıqdadır.

Fəaliyyət taktikası belədir: Rusiya Suriyadakı hədəflərə raket-bomba zərbələri endirir, "müttəfiq"lərini kəşfiyyat və əks-kəşfiyyat məlumatları ilə təmin edir; İran hərbçilərini və "könüllü"lərini döyüşlərə yollayır, Ermənistan hərbçilərisə Rusiya və İranın ələ keçirdiyi kəndlərdə, qəsəbələrdə və şəhərlərdə minalardan təmizlənmə əməliyyatlarında iştirak edirlər.

Yəni Yunanıstan, Kipr və Ermənistan "müxtəliff sahələrdə tərəfdaşlıq və əməkdaşlıq" adı ilə regionda Türkiyəyə qarşı aşkar geosiyasi qarşıdurma taktikasına keçiblər.

Türkiyə durumu dərk etdiyindən Rusiya ilə tərəfdaşlığı genişləndirmək, sözügedən kontekstdən regional proseslərə təsir vasitəsi qismində yararlanmaq niyyətindədir.

Ermənistan situasiyadan bəhrələnmək, Yunanıstan və Kipri "Türkiyənin müttəfiqi Azərbaycan"a qarşı triumvirat anlaşmasına cəlb etməyə can atır. Məhz bu səbəbdən son həftələr Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti süni şəkildə gərginləşdirən Ermənistan baş naziri Nikol Paşinyan vasitəsilə aqressiv və absurd bəyanatlar verir, qarabağlı ermənilərin danışıqlar prosesinə cəlb olunmasını tələb edir.

Azərbaycan Şimali Kiprin dövlət müstəqilliyini tanımayıb. Aramızda mehriban dostluq və qardaşlıq münasibətləri olsa da, Bakı rəsmi tanınmanın ölkəmiz üçün hansı ağır fəsadlara səbəb olacağını Lefkoşaya anlada bilib.

Bakının mövqeyi Yunanıstana və Kiprə də bəllidir. Amma bütün bunlara rəğmən, Afina ilə Nikosiya ermənilərlə işbirliyini fəallaşdırırlar.

Ötən həftə Dağlıq Qarabağda, Xankəndidə müxtəlif ölkələrdəki tanınmamış ərazilər və separatçı rejimlərin futbol komandaların qatıldığı CONİFA "Avropa çempionatı" keçirilib. Parodiyaya bənzəyən turnirdə "Çameriya" yığması da iştirak edirdi.

"Çameriya" Yunanıstanın şimal-qərbindəki Epir və Fesprotiya əyalətlərində albanların kompakt yaşadıqları bölgənin albanca adıdır.

Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ kimi separatçı bölgələrin komandaları ilə turnirə "Çameriya"nın da qatılması Yunanıstanı ifrat dərəcədə qıcıqlandırıb. Lakin Afina bu insidenti belə, İrəvanla "qardaşlıq" naminə böyütməməyə qərar verib.

Yaşanan olayları nəzərə alsaq, Türkiyə hazırda Bakı ilə əlaqələrinin maksimum intensivləşdirilməsinə, Bakıya bütün müstəvilərdə və arenalarda dəstək verməyə çalışmalıdır. Belə dəstək var, amma o, daha da böyüməlidir.

Bu, ilk əvvəl Türkiyənin maraqlarına cavab verir.

Oxunub: 1 695
Paylaş:
Digər xəbərlər

Xəbərlər

2-05-2019, 16:24

ISESCO-nun baş direktoru: Mehriban Əliyeva xanımlar üçün gözəl nümunədir

Xəbərlər

4-04-2019, 15:49

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüş vaxtı razılaşdırıldı

Xəbərlər

15-03-2019, 19:35

Azərbaycan İranla iki yeni zavod açacaq

Xəbərlər

15-03-2019, 12:40

Türkiyə və Rusiyann xarici işlər nazirləri görüşəcək

Manşet / Gündəm / Xəbərlər

31-03-2018, 12:22

Müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Stressdən azad olmağın sadə və sürətli yolu
Peyvənddən imtina hansı risklər yaradır? Mütəxəssis açıqladı
ABŞ Hörmüzdə "Azadlıq Layihəsi" əməliyyatına başlayır
Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
Qırmızı turp bu qadınlar üçün zərərlidir
Tehran: Sülh planı nüvə məsələlərini əhatə etmir
Son xəbərlər
  • Dünən, 22:43
    Stressdən azad olmağın sadə və sürətli yolu
  • Dünən, 18:28
    Peyvənddən imtina hansı risklər yaradır? Mütəxəssis açıqladı
  • Dünən, 17:33
    ABŞ Hörmüzdə "Azadlıq Layihəsi" əməliyyatına başlayır
  • Dünən, 16:15
    Avropa sürətlə Rusiya ilə qarşıdurmaya hazırlaşır
  • Dünən, 15:23
    Qırmızı turp bu qadınlar üçün zərərlidir
  • Dünən, 14:12
    Tehran: Sülh planı nüvə məsələlərini əhatə etmir
  • Dünən, 13:39
    Makronun İrəvanda verdiyi "Əliyevlə danışacam" mesajının sirri: Bakının cavabı necə olacaq?
  • Dünən, 12:06
    Hansı içki və qidalar dərmanlarla uyğun gəlmir?
  • Dünən, 11:46
    Qış geri qayıdır: Hava birdən-birə 10 dərəcə soyuyacaq – XƏBƏRDARLIQ
  • Dünən, 10:32
    ABŞ Avropada nə qədər hərbi qüvvə saxlayır?
  • Dünən, 09:21
    Xərçəng hüceyrələrinin sayını azaldan tərəvəz
  • 3-05-2026, 22:20
    Bu bürcün insanlarında İQ səviyyəsi yüksək olur - 5 BÜRC
  • 3-05-2026, 21:30
    Gecələr həddindən artıq tərləmənin səbəbi müəyyən edilib
  • 3-05-2026, 20:09
    SEPAH-dan şübhəli anons: “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
  • 3-05-2026, 19:33
    Bu işdə çalışanlar diqqətli olsun – əməkhaqqı düzgün hesablanmaya bilər
  • 3-05-2026, 18:34
    İnsanı iynə-dərmana möhtac edən məhsullar
  • 3-05-2026, 17:18
    Arakçı Tayani ilə danışdı: Müharibənin nəticələri...
  • 3-05-2026, 16:27
    Çin qadağan etdi: ABŞ-ın sanksiyalarına əməl etməyin!
  • 3-05-2026, 15:48
    Qadınları narahat edən problem – Zamana buraxmayın
  • 3-05-2026, 14:22
    NATO-nun “gizli silahı” ifşa edildi – Çoxunun ağlına belə gəlməz
  • 3-05-2026, 13:45
    Erməni hüquq müdafiəçisi: "Azərbaycan müharibə edəcək, bizim üçün fəlakətli olacaq"
  • 3-05-2026, 12:17
    Böyrəkdəki urat daşlarını parçalayan - Möcüzəvi bitki
  • 3-05-2026, 11:04
    Kiyevlə Afina arasındakı saziş dalana dirənib: Türkiyə amili
  • 3-05-2026, 10:21
    Rusiya sərhədində aktivlik: iki ölkədən hücum anonsu gəldi
  • 3-05-2026, 09:06
    Qoz onkoloji xəstəliklərdən qoruyur? - Həkimdən açıqlama
  • 2-05-2026, 22:02
    İnsan hansı yaşda ən xoşbəxt olur?
  • 2-05-2026, 21:59
    Tibbdə inqilab: bu yenilik insult ölümlərini 40% azaltdı
  • 2-05-2026, 20:10
    5000 hərbçi ilə bağlı əmr verildi – Avropanın gözlədiyi proses başlayır
  • 2-05-2026, 19:31
    Bu ailələrə uşaqpulu belə ödəniləcək – Yeni qayda
  • 2-05-2026, 18:14
    Sarımsaq və yod - Oynaq ağrılarına təbii məlhəm
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə