• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu iki meyvəni birlikdə yemək olmaz
Qalxanabənzər vəzinin düyünlü zobu təhlükəlidir
Sabah hava necə olacaq?
Qəzzadakı beynəlxalq hərbi kontingentə bu ölkə rəhbərlik edəcək
ABŞ-də Tramp əleyhinə mitinqlər başladı
Qəzza ilə Misir arasındakı Rəfah keçidinin taleyi necə olacaq? - Netanyahu açıqladı
Bəlalı Durand xətti: İki əsrdir həllini tapmayan münaqişə
Özbaşına vitamin qəbulu qaraciyəti məhv edir
İran hərbi gəmiləri Bakı limanını tərk edib
Bankların faiz xərcləri üzrə renkinqi
İsti suya 1 çay qaşığı əlavə edin – bağırsaqları yumşaldır
Pakistan-Əfqanıstan sərhədində atəşkəs pozuldu - 7 pakistanlı əsgər həyatını itirib
2026-cı il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim edilib
Zəfəran haqqında bilmədiklərimiz – xeyri və zərəri
Hancı BÜRCLƏRİ oktyabrda çətinlik gözləyir?
Əsnəməyi boğub saxlamaq olmaz –XƏBƏRDARLIQ
Türkiyə Suriyaya hərbi texnika göndərir
Makron Əliyevlə danışdı, İrəvana yanaşma dəyişdi – Yeni mesaj
Payızda immuniteti gücləndirən qidalar
ABŞ-dan Çinə xəbərdarlıq: Tabe olmayacağıq...
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Uşaqda qarın ağrısı, qusma varsa... - VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

Xəbərlər

4-05-2019, 17:19

Uşaqda qarın ağrısı, qusma varsa... - VALİDEYNLƏRƏ ÇAĞIRIŞ

Qasıq yırtığı nədir?

Qasıq yırtığı valideynlər arasında daha çox "qrıja" termini ilə tanınır.

Qasıq yırtığı uşaq ağladıqda, qışqırdıqda, öskürdükdə və ya oynayarkən qarındaxili təzyiqin artması ilə əlaqədar olaraq qızlarda qasıq, oğlanlarda isə qasıq-xayalıq bölgəsində findıq, qoz, yumurta və ya daha böyük ölçüdə şişkinliyin qeyd edilməsi ilə özünü büruzə verir. Adətən bu şişkinlik uşaq sakitləşdikdə və ya şişkinliyin üzərinə əllə yüngül təzyiq etdikdə qarın boşluğuna qayıdaraq aradan qalxır.

Uşaqlarda qasıq yırtığının əmələ gəlmə səbəbi

Uşaqlarda qasıq yırtığının əmələ gəlmə səbəbini başa düşmək üçün mütləq bətndaxili dövrdə xayanın xayalığa enmə prosesini nəzərdən keçirmək lazımdır.

Belə ki, bətndaxili dövrdə qarın boşluğundan ayrılan peritonun yataq çıxıntısı (processus vaginalis) adlandırdığımız struktur qızlarda qasıq kanalının formalaşmasına kömək edir, oğlanlarda həm də xayanın xayalığa enməsi üçün yol açır. Xaya açılan bu yolla xayalığa endikdən sonra isə peritonun yataq çıxıntısı obliterasiyaya uğrayır, yəni bağlanır. Daha sadə dillə desək, bətndaxili dövrdə qarın boşluğu ilə qasıq bölgəsi arasında bir yol olur və xaya xayalığa endikdən sonra bu yol bağlanır. Hamiləlik dövründə dölə təsir edən hər hansı daxili və ya xarici amillərin təsirindən normalda bağlanmalı olan bu yol bağlanmır və uşaq anadan olduqdan sonra qarındaxili orqanlardan nazik və yoğun bağırsaq ilgəkləri, böyük piylik, qız uşaqlarında həm də yumurtalıqlar bu yoldan keçərək qızlarda qasıq, oğlanlarda isə qasıq və xayalıq nahiyəsində sişkinliyin əmələ gəlməsi şəklində özünü büruzə verir ki, buna da qasıq yırtığı deyilir.

Rast gəlmə tezliyi

Vaxtında doğulmuş uşaqlarda bu patologiya 3-5% hallarda, vaxtından əvvəl (yarımçıq) doğulan uşaqlarda isə 10-30% hallarda rast gəlinir. Uşaqlarda rast gəlinən qasıq yırtıqlarının demək olar ki, hamısı anadangəlmədir. Oğlanlarda qız uşaqlarına nisbətən daha çox rast gəlinir. Uşaqlarda 60% hallarda sağ tərəfli, 30% hallarda sol tərəfli, 10-20% hallarda isə ikitərəfli qasıq yırtığına rast gəlinir. Sağ tərəfdə daha çox rast gəlmə səbəbi qarın boşluğu-xayalıq arasındakı yolun (processus vaginalis) sağ tərəfdə daha gec bağlanmasıdır. Klinik əlamətlər 30% hallarda 6 aydan öncə, 90% hallarda isə 2 yaşdan əvvəl özünü büruzə verir.

Kliniki əlamətləri

Bu xəstəlik qızlarda qasıq, oğlanlarda isə qasıq və ya xayalıqda şişkinliyin olması ilə özünü büruzə verir. Mütəmadi olaraq bu nahiyələrdə şişkinlik əmələ gəlir, öz-özünə və ya üzərinə əllə yüngül təzyiq etdikdə aradan qalxır.

Qasıq yırtığının diaqnozu

Uşaqlarda qasıq yırtığının diaqnozu ilk olaraq diqqətli valideyn tərəfindən qoyulur. Belə ki, həkimə müraciət edən valideyn uşağın qasıq bölgəsində ara-sıra şişkinliyin olmasını və bu şikayətlə həkimə müraciət etdiyini deyir. Həkim müayinəsi zamanı diaqnoz körpə uşaqlarda qasıq nahiyəsini işarət barmağı ilə yoxladıqda yırtıq kisəsinə məxsus qalınlaşmanı hiss etməklə və ya böyük yaşlı uşaqlarda ayaqüstü müayinə zamanı uşaq gücəndikdə və ya öskürdükdə qasıq nahiyəsində şişkinliyin əmələ gəlməsi ilə təsdiqlənir. Yırtıq diaqnozunun qoyulması adətən çətinlik törətmir, ehtiyac olarsa, şübhəli hallarda ultrasonoqrofiya (UZİ) müayinəsindən istifadə edilir.

Fəsadları

Qasıq yırtığının ən təhlükəli vəziyyəti onun "boğulmasıdır".

Qasıq yırtığının boğulması nədir?

Qasıq yırtığının boğulması yırtıq möhtəviyyatını təşkil edən qarındaxili orqanların qasıq kanalında sıxılmasıdır. Bu zaman qasıq nahiyəsində əmələ gələn şişkinlik bərk və gərgin olur, əllə təzyiq etdikdə öz yerinə qayıtmır. Buna səbəb qasıq kanalının xarici dəliyindən çıxan yırtıq möhtəviyyatının (yoğun və nazik bağırsaq ilgəyi, böyük piylik, qız uşaqlarında yumurtalıq) burda (qasıq kanalının daxili və xarici həlqəsində) sıxılması nəticəsində ödəmləşməsi və geriyə qayıda bilməməsidir. Bu zaman uşaqda qarında ağrı, ağlama, qusma və ümumi narahatçılıq halları qeyd edilir. Sıxılma nəticəsində yırtıq möhtəviyyatını təşkil edən orqanlarda qan dövranı pozğunluğu əmələ gəlir, bu hal təcili olaraq aradan qaldırılmarsa bu, orqanların zədələnməsinə (qanqrenasına) gətirib çıxardır. Qız uşaqlarında yırtıq möhtəviyyatını həm də yumurtalıq təşkil edə bildiyindən daha çox ehtiyatlı olmaq lazımdır. Uşaqlarda boğulmuş qasıq yırtığının 2/3 hissəsi 1 yaşa kimi rast gəlinir. Uşağın yaşı nə qədər azdırsa, boğulma riski də bir o qədər çoxdur. Belə ki, yaşamın 6 ayına kimi yırtığın boğulma riski 30% təşkil edir. Körpə uşaqların 50%-də qasıq yırtığının ilk simptomu onun boğulması ilə özünü büruzə verir. Qız və oğlan uşaqlarında yırtığın boğulma riski bir-birinə yaxın olub oğlanlarda 13%, qızlarda isə 17% təşkil edir. Sağ və ya sol tərəfdə boğulma riski isə demək olar ki, eynidir.

Uşaqlarda qasıq yırtığı boğulmasının simptomları

Boğulmanın simptomları qarında ağrı, qusma, ağlamadır. Bu zaman qasıq nahiyəsində sərt və gərgin törəmə (şişkinlik) qeyd edilir. Şişkinliyin üzərindəki dəri hiperemik (qızartılı) və ödemlidir. Uşaqda qusma, törəmənin üzərinə əllə təzyiq etdikdə kəskin ağrı, ümumi narahatçılıq qeyd edilir və yırtıq möhtəviyyatını qarın boşluğuna salmaq mümkün olmur.

Qasıq yırtığının boğulması zamanı nə etməli?

Boğulma zamanı mütləq, təcili olaraq həkimə-uşaq cərrahına müraciət etmək lazımdır. 80-90% hallarda boğulma zamanı həkimə vaxtında müraciət olarsa, bu fəsadı aradan qaldırmaq olur və qarındaxili orqanlarda heç bir zədələnmə qeyd edilmir. Uşaq cərrahı tərəfindən yırtıq möhtəviyyatı qarına salına bilinmirsə, yəni boğulma aradan qalxmırsa və ya boğulmadan uzun müddət keçmişsə, xəstəyə təcili olaraq əməliyyat təyin olunur. Nəzərə almaq lazımdır ki, boğulmadan 6 saatdan çox vaxt keçərsə, qarındaxili orqanların sıxılma dərəcəsindən asılı olaraq, bu orqanlarda qan dövranı pozğunluğu, qanqrena və ya nekroz əmələ gələ bilər. Ona görə də vaxtında həkimə müraciət etmək lazımdır.

Qasıq yırtığının müalicəsi

Qasıq yırtığının müalicəsi yalnız və yalnız cərrahi üsulladır. Uşağın böyüməsini gözləmək, bandajlardan istifadə etmək və ya öz-özlüyündə qasıq yırtığının bağlanması mümkün deyil.

Əməliyyat - herniotomiya

Yüksək anasteoloji xidmətlər sayəsində yırtığın ləğvi əməliyyatı - herniotomiya uşağın 6 aylığından sonra planlı şəraitdə icra edilir. Əməliyyat açıq və ya laparoskopik icra edilə bilər. İkitərəfli yırtıqlar zamanı laparoskopik əməliyyata daha çox üstünlük verilir. Həm açıq, həm də laparoskopik əməliyyatın mahiyyəti qarın boşluğu və xayalıq arasındakı yolu (processus vaginalis) bağlamaqla yırtığın ləğvindən ibarətdir. Əməliyyat kosmetik şəraitdə 0.5-1.5 sm-lik kəsiklə aparılır. Əməliyyatdan 5-6 saat sonra xəstə evə yazılır.

Yırtığın boğulma halı olduqda və boğulmanı aradan qaldıra bilmədikdə uşağın ayından və yaşından asılı olmayaraq təcili cərrahi əməliyyat icra olunmalıdır. Əməliyyat zamanı ilk olaraq sıxılmış orqanın həyat qabiliyyəti yoxlanır (oğlan uşaqlarında boğulma zamanı xaya damarları da sıxıldığından xaya da yoxlanılır), əgər bir problem aşkarlanmazsa, orqan qarın boşluğuna salınaraq yırtığın ləğvi - herniotomiya əməliyyatı icra edilir. Yırtıq möhtəviyyatını təşkil edən orqanda qanqrena qeyd edilərsə, bu, həmin orqanın çıxarılması ilə nəticələnir.

Valideynlər nəyə diqqət yetirməlidirlər?

Uşağa qasıq yırtığı diaqnozu qoyulubsa və ya valideyn uşaqda qasıq yırtığı qeyd edibsə, xüsusən, körpə uşaqlarda bu, nəzərə alınmalı və əgər uşaqda narahatçılıq, ağlama, qusma halları qeyd edilərsə, mütləq ilk olaraq uşaq soyundurulmalı və qasıq bölgəsi yoxlanmalıdır. Əgər qasıq nahiyəsində şişkinlik qeyd edilərsə, əllə üzərinə yüngül təzyiq etməklə şişkinliyin keçməsinə çalışmaq lazımdır. Bu, mümkün olmadıqda təcili olaraq uşaq cərrahına müraciət etmək lazımdır. Qeyd olunan əlamət yırtığın boğulma əlaməti olub, mütləq aradan qaldırılmalıdır. Əks halda bu, yırtıq kisəsində sıxılan orqanın zədələnməsinə səbəb ola bilər.

Əgər uşaqda qasıq yırtıq qeyd olunubsa, valideyn əməliyyat vasitəsilə yırtığın aradan qaldırılmasına qərarlaşmalıdır. Əgər uşaqda əlavə problem qeyd edilmirsə, 6 aylıqdan sonra bu əməliyyat planlı şəraitdə icra edilə bilər. Və ya valideyn ola bilər körpə vaxtı uşaqda qasıq yırtığının olmasını bilməyib, bunu ancaq böyük yaşlarda (1-5 və ya daha böyük yaşlarda) qeyd etsin bu zaman da əməliyyatın gecikdirilməsi məsləhət görülmür. Ümumiyyətlə, 6 aylıqdan sonra uşaqda nə vaxt qasıq yırtığı qeyd edilərsə, o zaman da planlı şəraitdə əməliyyat vasitəsilə aradan qaldırılması məsləhət görülür.

Murad Əlibəyov, uşaq cərrahı
hekimtap.az

Oxunub: 1 222
Paylaş:
Digər xəbərlər

Səhiyyə

25-03-2019, 11:44

Xayanın xərçəng xəstəliyi

Səhiyyə

27-02-2019, 21:21

Uşaqlarda qasıq yırtığı - Sualları uşaq cərrahı cavablandırır

Araşdırma / Maraqlı

3-02-2019, 03:17

Yatmazdan qabaq 1 qaşıq bal yeməyin 4 FAYDASI

Araşdırma / Maraqlı

1-02-2019, 02:57

2 qaşıq alma sirkəsi ilə MÖCÜZƏ

Manşet / Gündəm / Səhiyyə

24-10-2018, 02:19

Uşaqlarda göbək yırtıqları...

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu iki meyvəni birlikdə yemək olmaz
Qalxanabənzər vəzinin düyünlü zobu təhlükəlidir
Sabah hava necə olacaq?
Qəzzadakı beynəlxalq hərbi kontingentə bu ölkə rəhbərlik edəcək
ABŞ-də Tramp əleyhinə mitinqlər başladı
Qəzza ilə Misir arasındakı Rəfah keçidinin taleyi necə olacaq? - Netanyahu açıqladı
Son xəbərlər
  • Bu gün, 09:08
    Bu iki meyvəni birlikdə yemək olmaz
  • Dünən, 21:43
    Qalxanabənzər vəzinin düyünlü zobu təhlükəlidir
  • Dünən, 20:02
    Sabah hava necə olacaq?
  • Dünən, 19:07
    Qəzzadakı beynəlxalq hərbi kontingentə bu ölkə rəhbərlik edəcək
  • Dünən, 18:26
    ABŞ-də Tramp əleyhinə mitinqlər başladı
  • Dünən, 17:47
    Qəzza ilə Misir arasındakı Rəfah keçidinin taleyi necə olacaq? - Netanyahu açıqladı
  • Dünən, 16:35
    Bəlalı Durand xətti: İki əsrdir həllini tapmayan münaqişə
  • Dünən, 15:53
    Özbaşına vitamin qəbulu qaraciyəti məhv edir
  • Dünən, 14:59
    İran hərbi gəmiləri Bakı limanını tərk edib
  • Dünən, 13:09
    Bankların faiz xərcləri üzrə renkinqi
  • Dünən, 12:15
    İsti suya 1 çay qaşığı əlavə edin – bağırsaqları yumşaldır
  • Dünən, 11:40
    Pakistan-Əfqanıstan sərhədində atəşkəs pozuldu - 7 pakistanlı əsgər həyatını itirib
  • Dünən, 10:30
    2026-cı il dövlət büdcəsinin layihəsi Milli Məclisə təqdim edilib
  • Dünən, 09:03
    Zəfəran haqqında bilmədiklərimiz – xeyri və zərəri
  • 17-10-2025, 22:34
    Hancı BÜRCLƏRİ oktyabrda çətinlik gözləyir?
  • 17-10-2025, 21:48
    Əsnəməyi boğub saxlamaq olmaz –XƏBƏRDARLIQ
  • 17-10-2025, 20:31
    Türkiyə Suriyaya hərbi texnika göndərir
  • 17-10-2025, 19:05
    Makron Əliyevlə danışdı, İrəvana yanaşma dəyişdi – Yeni mesaj
  • 17-10-2025, 18:26
    Payızda immuniteti gücləndirən qidalar
  • 17-10-2025, 17:52
    ABŞ-dan Çinə xəbərdarlıq: Tabe olmayacağıq...
  • 17-10-2025, 16:03
    Türkiyə ordusu Qəzzada hansı vəzifəni icra edəcək?
  • 17-10-2025, 15:39
    Ürəktutmaların artmasının səbəbi bilindi - Hamı hər gün istifadə edir
  • 17-10-2025, 14:47
    Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?
  • 17-10-2025, 13:42
    Kremldən Bəşər Əsədin taleyi ilə bağlı açıqlama: Qurban verilir?
  • 17-10-2025, 12:10
    Qaraciyərin xəstə olduğunu göstərən 4 ƏLAMƏT
  • 17-10-2025, 11:14
    Trampdan şok: Bir sözümlə yenidən müharibə başlaya bilər!
  • 17-10-2025, 10:33
    Gözlənilən müharibənin vaxtı açıqlandı: Rusiyaya qarşı plan hazırdır
  • 17-10-2025, 09:07
    Səhər oyananda bu əlamətlərdən biri varsa, xərçəng ola bilərsiniz
  • 16-10-2025, 22:28
    Plastik butulkadan su içənlər diqqət! Risk altındasınız
  • 16-10-2025, 21:06
    Bu tərəvəzlər şəkərin bədənə zərərli təsirini azaldır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə