Hacıqabulda 9 yaşlı uşaq ölüb.
Ailehekimiklinikasi.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.
İlkin məlumata görə, bir neçə ay bundan öncə Bakıda ürək əməliyyatı keçirmiş rayonun Qubalı-Baloğlan kənd sakini, 2010-cu il təvəllüdlü Hüseynov Sərdar Musa oğlunun halı qəfil pisləşib. O, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda keçinib.
Faktla bağlı araşdırma aparılır.