İran və Oman Hörmüz boğazı üzrə yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar. Yaxın günlərdə bununla bağlı birgə açıqlama yayımlana bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə İran XİN-in nümayəndəsi İsmail Bəqayi məlumat verib.
“Tərəflərin müzakirə etdiyi marşrutun coğrafi koordinatları razılaşdırılıb və əgər bəzi üçüncü tərəflər bu məsələ ilə bağlı hər hansı bir maneə yaratmağa çalışmasalar, yaxın zamanda son hazırlıq mərhələsində olan razılaşmanın əsas hissələri iki ölkənin birgə bəyanatı ilə açıqlana bilər”, – o deyib.
Xatırladaq ki, daha əvvəl İran dövlət televiziyası mənbəyə istinadla bildirib ki, Oman və İran arasında razılaşma Hörmüz boğazının açılmasını nəzərdə tutmur. Bu məsələ ABŞ-ın addımlarından asılı olacaq.