• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
ABŞ-ın Hörmüzlə bağlı sensasion planı bəlli oldu: Rüsum alacaq
Bu 5 əlamət varsa, ürəyin gücdən düşüb
Qitə ölkələri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıldı
Nə İsrailə, nə də ABŞ-a - HƏMAS silahları yalnız onlara təhvil verəcək
Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
Britaniyadan Rusiyaya yeni zərbə: "Qara siyahı"ya 43 ad əlavə olundu
İnsan bədəni ölüm yaxınlaşdıqca, necə davranır?
ABŞ-İran razılaşmasının görünməyən tərəfləri – Gerçəklər üzə çıxdı
ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
Yumurtanı belə yesək – ürəyə, beyinə faydalı olar
Kainatın sirləri açılacaq - NASA kosmosa yeni teleskop göndərir
Araşdırmalar şok etdi - Əqli geriliyə səbəb olur
İran ABŞ-dan elə bir mesaj verdi ki… – Dünya bu kadrlardan danışır
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
Ana südü körpənin cinsiyyətinə görə fərqlənir?
İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
Müharibə qaçılmazdır: Bu ölkədə rus əsirlərin saxlanması üçün düşərgə yaradılır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Epşteyn cinayətlərinin arxasında onlar dayanır – Britaniyalı ekspertdən SENSASİYA

Xəbərlər

11-02-2026, 19:01

Epşteyn cinayətlərinin arxasında onlar dayanır – Britaniyalı ekspertdən SENSASİYA


Globalinfo.az irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolşla müsahibəni təqdim edir:

– Cənab Uolş, hazırda beynəlxalq medianın əsas gündəmi “Epşteyn işi” qalmaqalıdır. Bu sənədlər nə üçün indi açıqlandı?

– Sənədlər Konqres üzvləri tərəfindən ABŞ Ədliyyə Nazirliyinə edilən təzyiqlər səbəbindən açıqlanır. Prezident Tramp seçkilərdən əvvəl onların açıqlanacağına söz vermişdi, lakin bunu əhəmiyyətsiz hesab edərək ötüşdürməyə çalışmışdı. Trampın tərəfdarlarının əksəriyyəti, yəni MAGA dosyelərin açıqlanmasını istəyirdi və Konqresə ictimai təzyiq göstərilib.

– Dünyanın qabaqcıl kəşfiyyat xidmətlərinin həmin adada baş verənlər haqqında məlumatsız olması inandırıcı deyil. Nə üçün bunlar indiyədək açıqlanmayıb? Məsələnin arxasında İsrail və bəzən də Rusiya kəşfiyyatının durması barədə iddialar var. Xüsusilə də dünya siyasi elitasının “Mossad” tərəfindən şantaj yolu ilə idarə olunması iddiası səsləndirilir. Trampın İrana hücumu üçün “Mossad”ın bundan təzyiq aləti kimi istifadə etdiyi barədə şayiələr var. Bu, həqiqət ola bilərmi?

– Bəli, burada “Mossad” və Rusiyanın iştirakı ilə bağlı iddialar var. Rusiya iddiaları bu yaxınlarda ortaya çıxdı, ancaq bu, görünür, diqqəti yayındırmaq məqsədi daşıyır. Epşteyn Rusiyaya getmək istəyib və Britaniyanın rüsvay edilmiş siyasətçisi və ABŞ-dakı səfiri Peter Mandelson vasitəsilə viza almağa çalışıb, lakin bu, uğursuz olub. Epşteynin Rusiyaya marağı ya varlı oliqarxlarla əlaqə qurmaq, ya da rus qızlar axtarıb tapmaq idi. İsrailə qarşı iddialar daha əhəmiyyətlidir.

Bəzi insanlar işin arxasında gizli yəhudi təşkilatının olduğunu iddia edir. Lakin Epşteynin fəaliyyətini maliyyələşdirməsi üçün Qərbdəki tanış yəhudi şirkətlərdən istifadə etdiyi daha çox ehtimal olunur. Görünür, o, bu şirkətlər vasitəsilə gəlirlərini üstələyən külli miqdarda pul əldə edə bilib. Toplanan sənədlərin və fotoşəkillərin çoxluğu bunun kəşfiyyat əməliyyatı olduğunu göstərir. Mərkəzi Kəşfiyyat İdarəsinin bəzi keçmiş üzvləri “Mossad”ın bu məsələdə iştirakını iddia edirlər. Əməliyyatı onlarmı təşviq edib, yoxsa Epşteynin Qərb elitaları haqqında məlumatlarından faydalanmaq imkanını görüblər – bu, sual altındadır.

patrik uolsh
Patrik Uolş

– Ən ciddi siyasi nəticələr Avropada, xüsusilə Britaniyada baş verib. Kraliçanın oğlu Endryu Vindzor, Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Peter Mandelson, Fransanın keçmiş xarici işlər naziri Cek Lanq tituldan məhrum edilib, vəzifələrini itiriblər. Britaniyanın Baş naziri Kir Starmerin Mandelsonu Vaşinqtona təyin etməsi onun üçün böyük siyasi böhran yaradıb. Bu barədə nə deyə bilərsiniz?

– Mandelsonun ABŞ-a səfir təyin edilməsi ciddi səhv idi. O, əvvəllər Toni Bleyr tərəfindən iki dəfə vəzifəsindən kənarlaşdırılmış, etibarsız şəxs kimi mənfi imic formalaşdırmışdı. Məlum oldu ki, o, 2008-ci ildə Qordon Braun hökumətinin biznes əlaqələri üzrə katibi olarkən ABŞ bankirlərinə gizli maliyyə məlumatlarını sızdırıb. Starmer indi güclü təzyiq altındadır, çünki Epşteynin uşaq alveri ittihamı ilə həbs olunduqdan sonra Mandelsonla dostluğunu davam etdirdiyini bilirdi. Starmerə Mandelsonun təyinatı ilə bağlı məsləhət verən aparat rəhbəri bu yaxınlarda istefa verib. İndi Starmerin özünü xilas etmək üçün qurban verəcəyi başqa kimsə yoxdur. Sorğulara görə, Starmerin çox aşağı reytinqi var və aydındır ki, Leyborist millət vəkilləri yerli seçki nəticələrindən sonra may ayında onu vəzifəsindən kənarlaşdıracaqdılar. Düşünürəm ki, onlar bu məsələlərə görə yeni bir liderin məsuliyyət daşımasındansa, Starmerin zərbəni öz üzərinə götürməsi üçün o vaxtadək qalmasını üstün tutarlar.

– Bu qalmaqalda Trampın da adı hallanır. Bu, noyabr ayında aralıq seçkilərinə necə təsir edəcək? Onun impiçmenti gözlənilirmi?

– Tramp yalnız Senatdakı respublikaçıların əksəriyyəti onun vəzifədən getməsini istədikdə impiçment edilə bilər. Bu, bir sıra açıqlanmalardan və noyabr ayında səsvermədə respublikaçıların uğursuz olmasından asılıdır.

– “Epşteyn adası”nda, həmçinin, müəyyən ayin və ritualların icra olunduğu barədə şayiələr dolaşır. Bu cinayətlərin arxasında həqiqətən də gizli təşkilat durur? Epşteyn cinayətləri məsələsində konspirologiya və reallıq arasındakı cizgi haradan keçir? Uşaqların qurban edilməsi və s. kimi dəhşətli, qeyri-insani cinayətlər həqiqət ola bilərmi?

– Bu məsələlər ətrafında həmişə ağlasığmaz iddialar və gizli təşkilat nəzəriyyələri mövcuddur. Bu iddialar, adətən, iştirakçılar tərəfindən müsbət qarşılanır, çünki bunlar rədd edilə və insanların diqqəti əsl problemlərdən yayındırıla bilər.

– Bütün dünyanı sarsıdan bu hadisə Qərb dəyərlərinin aşınması, mənəvi çöküş kimi xarakterizə olunur. Görünür, dünya artıq əvvəlki tək olmayacaq. Beynəlxalq siyasətdə zəlzələ şoku yaradan bu hadisə dünya siyasəti və tarixində necə bir iz buraxacaq?

– Bəli, dünyanın qalan hissəsi anqlosakson elitaların mənəvi deqradasiyasına degenerasiya əlaməti kimi baxmalıdır. Bu, hazırkı vəziyyət üçün ədalətli yanaşmadır. Lakin bu, yalnız uşaqların istismarı və qadınlara qarşı zorakılıq kimi qanun pozuntuları ilə bağlı deyil. Bu, həm də ekrandakı rəqəmlərdən ibarət olan və kiçik bir azlığı zənginləşdirmək üçün bir yerdən başqa yerə, heç bəlkə də mövcud olmayan pulların hərəkət etdiyi Qərb kapitalizminin təbiəti ilə əlaqədardır. Burada fırıldaqçıların və oğruların fəaliyyəti kimi görünən köhnə üslublu kapitalizm ilə Çin kimi dövlətlərin sənaye qabiliyyəti arasında fərq yaranır. Qərbin sərvəti və təsiri əsasən bu cür çirkin və səthi fəaliyyətlərdən ibarətdirsə, artıq iqtisadi sabitlik üçün möhkəm təməl kimi qəbul edilə bilməz. Avrasiyanın inkişafında real, maddi və əhəmiyyətli olan əməliyyatlar, formalaşmaqda olan Qlobal Cənub və Qərbin düşmənləri və rəqibləri üçün daha cəlbedici olacaq.

Oxunub: 115
Paylaş:
Digər xəbərlər

Xəbərlər

8-02-2026, 16:31

"Epşteyn işi"ndəki 86 səhifəlik sənəd silindi: İçində nə var idi?

Xəbərlər

6-02-2026, 11:16

Epşteyn Bakıya səfər edib? - Sənədlərdə Azərbaycanla bağlı bütün detallar

Xəbərlər

3-02-2026, 14:48

ABŞ İrana qarşı “ildırımsürətli müharibə” planı həyata keçirəcək – Tarix açıqlandı

Xəbərlər

31-01-2026, 19:38

Ukrayna müharibəsinin qalibi Çindir – Britaniyalı politoloqdan SENSASİYA

Xəbərlər

15-05-2025, 16:23

Ağrılı güzəştlər gəlir: türklər cəbhədə olacaq, muxtariyyət istəyi var – Patrik Uolşdan sensasiya

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
ABŞ-ın Hörmüzlə bağlı sensasion planı bəlli oldu: Rüsum alacaq
Bu 5 əlamət varsa, ürəyin gücdən düşüb
Qitə ölkələri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıldı
Nə İsrailə, nə də ABŞ-a - HƏMAS silahları yalnız onlara təhvil verəcək
Son xəbərlər
  • Dünən, 21:44
    Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
  • Dünən, 20:54
    Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
  • Dünən, 19:26
    ABŞ-ın Hörmüzlə bağlı sensasion planı bəlli oldu: Rüsum alacaq
  • Dünən, 18:11
    Bu 5 əlamət varsa, ürəyin gücdən düşüb
  • Dünən, 17:40
    Qitə ölkələri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıldı
  • Dünən, 16:35
    Nə İsrailə, nə də ABŞ-a - HƏMAS silahları yalnız onlara təhvil verəcək
  • Dünən, 15:03
    Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
  • Dünən, 14:29
    Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
  • Dünən, 13:00
    Britaniyadan Rusiyaya yeni zərbə: "Qara siyahı"ya 43 ad əlavə olundu
  • Dünən, 12:40
    İnsan bədəni ölüm yaxınlaşdıqca, necə davranır?
  • Dünən, 11:42
    ABŞ-İran razılaşmasının görünməyən tərəfləri – Gerçəklər üzə çıxdı
  • Dünən, 10:21
    ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
  • Dünən, 09:08
    Yumurtanı belə yesək – ürəyə, beyinə faydalı olar
  • 16-06-2026, 22:09
    Kainatın sirləri açılacaq - NASA kosmosa yeni teleskop göndərir
  • 16-06-2026, 21:40
    Araşdırmalar şok etdi - Əqli geriliyə səbəb olur
  • 16-06-2026, 20:23
    İran ABŞ-dan elə bir mesaj verdi ki… – Dünya bu kadrlardan danışır
  • 16-06-2026, 19:45
    Tramp, Vens və Qalibaf sazişi imzaladılar
  • 16-06-2026, 18:12
    Ana südü körpənin cinsiyyətinə görə fərqlənir?
  • 16-06-2026, 17:00
    İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
  • 16-06-2026, 16:48
    Müharibə qaçılmazdır: Bu ölkədə rus əsirlərin saxlanması üçün düşərgə yaradılır
  • 16-06-2026, 15:08
    Hansı ət bədəndə ağrını artırır?
  • 16-06-2026, 14:43
    Ərdoğandan NATO açıqlaması: Berlin divarının yıxılması…
  • 16-06-2026, 13:25
    İran Hörmüzdən keçid üçün pul alacaq? - Tramp
  • 16-06-2026, 12:22
    Qaraciyər xəstəliyinin gizli əlamətləri - professor açıqladı
  • 16-06-2026, 11:19
    Azərbaycandan Ermənistana növbəti jest – Bakı yenə İrəvana yardım etdi
  • 16-06-2026, 10:20
    17 ölkə İranla bağlı razılığa gəldi
  • 16-06-2026, 09:06
    Gicitkən çayı - kimlər içməlidir?
  • 15-06-2026, 22:51
    Xoruldayan kişilərin beyni təhlükədədir
  • 15-06-2026, 21:31
    Alma sirkəsi şəkər xəstələrini sağaldır?
  • 15-06-2026, 20:39
    Yunanlar Türkiyənin “dünya liderliyi”ndən narahatdır: Görün neçə ölkəyə silah ixrac edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə