• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
ABŞ-ın Hörmüzlə bağlı sensasion planı bəlli oldu: Rüsum alacaq
Bu 5 əlamət varsa, ürəyin gücdən düşüb
Qitə ölkələri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıldı
Nə İsrailə, nə də ABŞ-a - HƏMAS silahları yalnız onlara təhvil verəcək
Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
Britaniyadan Rusiyaya yeni zərbə: "Qara siyahı"ya 43 ad əlavə olundu
İnsan bədəni ölüm yaxınlaşdıqca, necə davranır?
ABŞ-İran razılaşmasının görünməyən tərəfləri – Gerçəklər üzə çıxdı
ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
Yumurtanı belə yesək – ürəyə, beyinə faydalı olar
Kainatın sirləri açılacaq - NASA kosmosa yeni teleskop göndərir
Araşdırmalar şok etdi - Əqli geriliyə səbəb olur
İran ABŞ-dan elə bir mesaj verdi ki… – Dünya bu kadrlardan danışır
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
Ana südü körpənin cinsiyyətinə görə fərqlənir?
İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
Müharibə qaçılmazdır: Bu ölkədə rus əsirlərin saxlanması üçün düşərgə yaradılır
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Cinayət cəzalandırılır: Azərbaycanın bərpa etdiyi ədalətin təntənəsi

Xəbərlər

5-02-2026, 14:12

Cinayət cəzalandırılır: Azərbaycanın bərpa etdiyi ədalətin təntənəsi


Torpaqlarımız azad olunacaq, Şuşada dalğalanan üçrəngli bayrağımız Azadlıq meydanında Zəfər paradında nümayiş etdiriləcək, xalqımıza qarşı cinayətlər törətmiş cinayətkarlar layiqli cəzalarını alacaq, ədalət bərpa ediləcək.

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən öncə çıxışlarında dəfələrlə bu barədə danışmış, torpaqlarımızın azad olunacağı, ədalətin bərpa ediləcəyini bildirmişdi. Və bu sözlərinə əməl etdi.

44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin torpaqlarımızın azad ediləcəyi sözlərinin reallığa çevrilməsi idi. Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdi. Lakin hər şey bununla bitmədi. Dövlət başçısı xalqımıza qarşı insanlıq əleyhinə olan cinayətlər törədənləri qanun qarşısına çıxarmaqla ədaləti də bərpa etdi və xalqa verdiyi bütün sözləri gerçəkləşdirdi.

2025-ci ilin yanvar ayından başlanan və bu gün davam etdirilən Ermənistan vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi bunun bariz nümunəsidir. 44 günlük müharibədən sonra bəziləri qazandığımız Zəfərə kölgə salır və iddia edirdi ki, suverenliyimizi bərpa etmək mümkün olmayacaq, ermənilərin qaldığı ərazilərdə qondarma rejim mövcudluğunu saxlayacaq və s. Xankəndinin, Xocalının, Xocavəndin əldə getdiyi iddiaları/ittihamları belə demək mümkünsə, “havada uçuşurdu”. Bu məsələdən siyasi ambisiyaları naminə istifadə edənlər də vardı. Lakin Prezident İlham Əliyev 27 sentyabr 2020-ci ildə başlanan müqəddəs missiyasını sona qədər tamamlandı.

- Ərazi bütövlüyümüzdən sonra suverenliyimiz də təmin olundu;
- Üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Xocavəndə də ucaldıldı;
- Ərazimizdə xarici ölkələrə məxsus ola hərbi birləşmələrin mövcudluğuna imkan verilmədi;
- Və xalqımıza qarşı cinayət törətmiş şəxslər qolu qandallı şəkildə Bakıya gətirilərək, qanun qarşısına çıxarıldı;

Bu, Prezident İlham Əliyevin verdiyi sözlərə əməl etməsi, Azərbaycan dövlətinin ədaləti bərpa etməsi idi. Azərbaycana qarşı müharibə cinayətləri, o cümlədən, təcavüzkar müharibənin hazırlanması, soyqırımı, terrorçuluq, terrorçuluğun maliyyələşməsi, hakiiyyəti zorla ələ keçirmə və digər cinayətlər törətməkdə ittiham olunan şəxslər ədalət qarşısında cavab verirlər.

Ədalət məhkəməsi torpaqlarımızın azad olunmasına, suverenliyimizin bərpa edilməsinə qarşı çıxan xarici qüvvələrin təzyiqinə rəğmən keçirilir. Axı Ermənistan və havadarları düşünürdülər ki, Azərbaycan heç vaxt torpaqlarını azad edə bilməyəcək, hətta danışıqlarda rəsmi Bakıya Qarabağda işğala əsaslanan status-kvo ilə barışmaq çağırışları edilirdi. Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə bizə diktə etməyə çalışdıqları status-kvonu alt-üst etdi. Nəinki ərazi bütövlüyümüz bərpa olundu, bütün təzyiqlərə rəğmən Xankəndiyə, Xocalıya bayrağımız sancıldı, suverenliyimiz təmin edildi, eyni zamanda, xalqımıza qarşı hərbi cinayətlər törətmiş şəxslər məhkəmə qarşısına çıxarıldı. Müasir tariximizdə bu, nadir hallarda yaşanır: həm ərazi bütövlüyünü və tam suverenliyini bərpa etmək, həm də təkbaşına bütün təzyiqləri dəf edərək, müharibə cinayətləri törətməkdə ittiham olunan şəxsləri məhkəmə qarşısına çıxarmaq. Azərbaycan bunu bacaran nadir ölkədir.

Azərbaycan 44 günlük müharibə və sonrasında olduğu kimi, müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin məhkəmə prosesində də təzyiqlərin qarşısında geri çəkilmədi, qanunun aliliyini üstün tutdu və ədalətin bərpasına nail oldu. Ötən ilin yanvar ayından başlanan məhkəmə prosesində xaricdə şəbəkələşmiş anti-Azərbaycan dairələri Bakıya qarşı müxtəli təzyiq üsullarına əl atır, hətta qarayaxma kampaniyası da aparırdılar. Lakin Prezident İlham Əliyev qətiyyətli mövqeyindən geri çəkilmədi və bu gün Azərbaycan xalqı məhz bu qətiyyətli siyasətin nəticəsində əldə etdiyimiz ədalətin təntənəsinə şahidlik edir.

Birinci və İkinci Qarabağ müharibələrində hərbi cinayətlər törətməkdə ittiham olunan şəxslər qanun qarşısında cavab verirlər. Bu, ədalətin təmin edilməsi ilə yanaşı, post-münaqişə və post-müharibə dövrünün inşası üçün də vacibdir, çünki müharibə cinayətləri törətmiş şəxslər layiqli cəzalarını almadan müharibənin ağır təcrübəsini geridə qoymaq çətindir.

Bu, dünya təcrübəsində də mövcuddur. İndiyə qədər müharibələr və münaqişələr bitsə də, hərbi cinayətlər törətmiş şəxslərin layiqli cəza almaqdan yayına bildikləri halları baş verib. Misal üçün, İsrail təcrübəsi bunun ən bariz nümunəsidir. Milyonlarla yəhudinin qətlində əli olan nasist rejiminin ən qəddar simaları müharibə bitəndən xeyli sonra müxtəlif ölkələrdə cəzalandırıldı. Bununla belə yenə də gizlənə və məsuliyyətdən yayınanlar oldu. Keçmiş Yuqoslaviyada münaqişələr bitdikdən sonra müharibə cinayətkarlarının hamısı yox, bəziləri ədalət qarşısında cavab verdilər. Lakin bu, beynəlxalq birliyin ümumi səyləri nəticəsində mümkün oldu. Azərbaycan isə ədaləti təkbaşına, beynəlxalq ictimaiyyətin dəstəyi olmadan bərpa etməyi bacardı. Əksinə bu prosesdə xarici təzyiqlərlə də üzləşdi, buna rəğmən, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində buna nail ola bildik.

İndiyə qədər keçirilən məhkəmə prosesində müttəhimlərin etirafları mühüm gerçəkləri də ortaya çıxardı. Etiraflar və faktlar təsdiq etdi ki, Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin arxasında Ermənistan hakimiyyəti dayanıb. Torpaqlarımızın işğalına, törədilən cinayətlərə, soyqırımına, urbisid və ekosidə görə məsuliyyəti Ermənista dövləti və ordusu daşıyır. Açıq keçən məhkəmədə faktiki dəlil, faktlar, zərərçəkmişlərin ifadələri, təqsirləndirilən şəxslərin dedikləri də işğalda Ermənistan silahlı qüvvələrinin məsuliyyət daşıdığını üzə çıxartdı.

Levon Mnatsakanyan açıq etirafı bu kontekstdə əhəmiyyətlidir. O bildirib ki, tarixdə qalmış qondarma rejim ordusu müstəqil qüvvə deyildi və Ermənistan ordusunun ən böyük hərbi birləşməsi olub, qondarma rejim ordusunda yuxarı vəzifələrə təyinat İrəvanda təsdiqlənirdi, ordunun təminatı Ermənistan Ordusunun daxilində təşkil edilirdi. Əslində bu faktlar bəlli idi, lakin Ermənistan bunu qəbul etmir, həmçinin, xaricdəki havadarları faktların üzərini ört-basdır etməyə çalışırdı. Məhkəmə prosesi isə bütün bu faktları ortaya çıxardı və Ermənistan dövlətini ifşa etdi. Sübut olundu ki, Ermənistan işğalçılıq siyasətini ört-basdır etmək üçün qondarma rejim yaradıb, bu rejimə rəhbərlik edən şəxslər də Qarabağda işğal siyasətini icra ediblər.

Məhkəmə prosesi ədalətin bərpa edilməsi ilə yanaşı, Ermənistan dövlətinin müharibə cinayətləri törətdiyinin, işğal siyasəti yürütdüyünün də isbatıdır. Bütün bunlara görə məsuliyyət daşıyan Ermənistan cavab verməlidir, post-müharibə dövrünün reallıqları və davamlı sülhün əldə olunması üçün bu, əhəmiyyətli amildir.

Asif Nərimanlı

Oxunub: 121
Paylaş:
Digər xəbərlər

Xəbərlər

18-01-2026, 13:59

Prezident 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO

Xəbərlər

27-09-2024, 11:38

44 günə zəfər belə qazanıldı: Əsas strategiya bu istiqamətdə idi

Xəbərlər

26-09-2023, 11:18

Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi - Prezident

Xəbərlər

18-03-2023, 13:20

"Biz bunu heç vaxt unutmamalıyıq” - İlham Əliyev

Xəbərlər

26-09-2022, 23:24

Sabah Azərbaycanda Anım Günüdür

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
ABŞ-ın Hörmüzlə bağlı sensasion planı bəlli oldu: Rüsum alacaq
Bu 5 əlamət varsa, ürəyin gücdən düşüb
Qitə ölkələri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıldı
Nə İsrailə, nə də ABŞ-a - HƏMAS silahları yalnız onlara təhvil verəcək
Son xəbərlər
  • Dünən, 21:44
    Gecə yeyə biləcəyiniz yeganə meyvə: Rahat yatacaqsınız
  • Dünən, 20:54
    Almaniya-Polşa sazişində gözlənilməz qərar: Varşava bunları rədd etdi
  • Dünən, 19:26
    ABŞ-ın Hörmüzlə bağlı sensasion planı bəlli oldu: Rüsum alacaq
  • Dünən, 18:11
    Bu 5 əlamət varsa, ürəyin gücdən düşüb
  • Dünən, 17:40
    Qitə ölkələri Rusiya ilə müharibəyə hazırlaşmağa çağırıldı
  • Dünən, 16:35
    Nə İsrailə, nə də ABŞ-a - HƏMAS silahları yalnız onlara təhvil verəcək
  • Dünən, 15:03
    Evdə pilates: Doğru başlamaq üçün bilməli olduğunuz məqamlar
  • Dünən, 14:29
    Paşinyan: Artıq bunu gizlətmək istəmirəm
  • Dünən, 13:00
    Britaniyadan Rusiyaya yeni zərbə: "Qara siyahı"ya 43 ad əlavə olundu
  • Dünən, 12:40
    İnsan bədəni ölüm yaxınlaşdıqca, necə davranır?
  • Dünən, 11:42
    ABŞ-İran razılaşmasının görünməyən tərəfləri – Gerçəklər üzə çıxdı
  • Dünən, 10:21
    ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
  • Dünən, 09:08
    Yumurtanı belə yesək – ürəyə, beyinə faydalı olar
  • 16-06-2026, 22:09
    Kainatın sirləri açılacaq - NASA kosmosa yeni teleskop göndərir
  • 16-06-2026, 21:40
    Araşdırmalar şok etdi - Əqli geriliyə səbəb olur
  • 16-06-2026, 20:23
    İran ABŞ-dan elə bir mesaj verdi ki… – Dünya bu kadrlardan danışır
  • 16-06-2026, 19:45
    Tramp, Vens və Qalibaf sazişi imzaladılar
  • 16-06-2026, 18:12
    Ana südü körpənin cinsiyyətinə görə fərqlənir?
  • 16-06-2026, 17:00
    İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
  • 16-06-2026, 16:48
    Müharibə qaçılmazdır: Bu ölkədə rus əsirlərin saxlanması üçün düşərgə yaradılır
  • 16-06-2026, 15:08
    Hansı ət bədəndə ağrını artırır?
  • 16-06-2026, 14:43
    Ərdoğandan NATO açıqlaması: Berlin divarının yıxılması…
  • 16-06-2026, 13:25
    İran Hörmüzdən keçid üçün pul alacaq? - Tramp
  • 16-06-2026, 12:22
    Qaraciyər xəstəliyinin gizli əlamətləri - professor açıqladı
  • 16-06-2026, 11:19
    Azərbaycandan Ermənistana növbəti jest – Bakı yenə İrəvana yardım etdi
  • 16-06-2026, 10:20
    17 ölkə İranla bağlı razılığa gəldi
  • 16-06-2026, 09:06
    Gicitkən çayı - kimlər içməlidir?
  • 15-06-2026, 22:51
    Xoruldayan kişilərin beyni təhlükədədir
  • 15-06-2026, 21:31
    Alma sirkəsi şəkər xəstələrini sağaldır?
  • 15-06-2026, 20:39
    Yunanlar Türkiyənin “dünya liderliyi”ndən narahatdır: Görün neçə ölkəyə silah ixrac edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə