Ağcabədidə 7 yaşlı uşağı bıçaqlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***12:57
Ağcabədidə 7 yaşlı oğlan uşağı bıçaqlanıb.
Globalinfo.az bildirir ki, “Report”un Qarabağ bürosunun xəbərinə görə, 2019-cu il təvəllüdlü azyaşlı bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Tibb müəssisəsindən sorğuya cavab olaraq bildirilib ki, ötən gün saat 18:00 radələrində 2019-cu il təvəllüdlü azyaşlı xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospilitasiya olunub.
Qeyd olunub ki, yaralı dərhal əməliyyat blokuna alınıb. Əməliyyat icra edildikdən sonra pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Hazırda faktla bağlı araşdırma aparılır.