Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukraynada “qisas silahları”ndan istifadənin zəruri olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə özünün Teleqram kanalında paylaşım edib.
Volodinin sözlərinə görə, Dövlət Dumasında təmsil olunan deputatların demək olar ki, hamısı Ukrayna Silahlı Qüvvələrinə qarşı daha sərt və qəti tədbirlərin görülməsində israrlıdır.
Spiker qeyd edib ki, parlamentdə xüsusi hərbi əməliyyatın (XHƏ) məqsədlərinə mümkün qədər tez çatmaq məsələsi mütəmadi olaraq müzakirə olunur.
Volodin əlavə edib ki, Rusiya Silahlı Qüvvələri Ukraynadakı döyüş bölgələrində aktiv hücum əməliyyatlarını davam etdirir.