Avstraliyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilir ki, 73 yaşlı pilot və bir kişi qəza nəticəsində həlak olub. Xilasetmə xidmətləri meşə yanğınının qarşısını almağa çalışır.
Təyyarənin qalıqları zərbə nəticəsində yerə düşüb və bu da uçuş-enmə zolağından təxminən 500 metr aralıda meşəlik ərazidə böyük bir yanğına səbəb olub.