Rusiya Federasiyasının Karakasdakı səfiri Sergey Melik-Bağdasarov Venesuela Prezidenti Nikolas Maduronun respublikanın təhlükəsizlik qüvvələrinin ayrı-ayrı üzvləri tərəfindən xəyanətə məruz qalmış ola biləcəyini deyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, Karakasda təhlükəsizlik qüvvələri mövcud imkanlardan tam istifadə etməyib və adam oğurluğundan əvvəl baş verən hadisələr xəyanət əlamətləri daşıyır.
Melik-Bağdasarov qeyd edib ki, ABŞ kəşfiyyat orqanları ilə əməkdaşlıq edən şəxslərin kimliyi məlumdur və həmin şəxslər Venesuelanı tərk ediblər.
Xatırladaq ki, Venesuela Prezidenti Nikolas Maduro yanvarın 3-nə keçən gecə həyat yoldaşı ilə birlikdə narkoterrorizmlə bağlı ittihamlar əsasında saxlanılıb.