Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə telefon danışığı həyata keçirib.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “TRT Haber” yayıb.
Danışıq zamanı Hələbdə baş verən son hadisələr müzakirə olunub.
Qeyd edək ki, Suriya ordusu ilə Suriya Demokratik Qüvvələri arasında Hələbdə bəzi ərazilər uğrunda döyüşlər gedir. Bir qədər əvvəl müvəqqəti atəşkəs elan edilib.