2026-cı il Belarusda Qadınlar İli olacaq.
Publika.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko fərman imzalayıb.
Fərmana əsasən 2026-cı il "Belarus Qadını İli" elan edilib.
Qeyd edilir ki, sənəd işləyən qadınların milli imicini formalaşdırmaq, eləcə də qadınların cəmiyyətin qorunması və inkişafındakı rolunu populyarlaşdırmaq məqsədi ilə qəbul edilib.