• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır
Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
Strateji tərəfdaşdır - Moskva ABŞ-la danışıqlar barədə bu ölkəni məlumatlandırıb
Ağız xərçənginin gözə çarpmayan əlamətləri – DİQQƏTLİ OLUN
Almaniyada müdafiə planı ilə bağlı qalmaqal: Nazir sənədi geri istəyir
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Xəstə bağırsaqların 6 əlaməti
Dövlət bu şəxslərə min manat pul verəcək - RƏSMİ
İran Zəngəzura hücum edəcək? - Ermənistana göndərilən mesaj
Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İsti havalarda bu səhvləri etməyin! - Soyuducuda saxlanılan qidalar...

Gündəm / Araşdırma

20-07-2026, 15:52

İsti havalarda bu səhvləri etməyin! - Soyuducuda saxlanılan qidalar...


Yay aylarında havanın temperaturunun yüksəlməsi qida zəhərlənməsi riskini də artırır. Xüsusilə düzgün saxlanılmayan ət, balıq, süd məhsulları və digər tez xarab olan qidalar sağlamlıq üçün təhlükə yarada bilər. Bəs qida zəhərlənməsindən qorunmaq üçün hansı qaydalara əməl edilməlidir? İsti aylarda daha çox hansı qidalar zəhərlənmə riski daşıyır?

Yemək porsiyalarının azaldılması məqsədəuyğun sayılır

Həkim-terapevt Nərminə Abbasova deyir ki, yay aylarında köhnəlmiş və tez xarab olan məhsullardan istifadə edilməməli, porsiyalar nisbətən kiçildilməlidir. Çünki isti havalarda həzm sisteminin fəaliyyəti zəifləyə, qidaların həzm prosesi uzana bilər. Mütəxəssisin sözlərinə görə, bəzən insanlar zəhərlənməni yalnız kənardan alınan qidalarla əlaqələndirsələr də, bu hər zaman belə olmur: "Həzm prosesi ləngidikdə qida orqanizmdə daha uzun müddət qalır və toksiki təsir göstərir. Bu da qida zəhərlənməsinə bənzər əlamətlər yarada bilər".

Terapevt bildirir ki, yay aylarında ən yüksək risk daşıyan məhsullar balıq, ət və tez xarab olan süd məhsullarıdır. Tərəvəz və meyvələrin istehlakı tövsiyə olunsa da, onların yaxşı yuyulması və etibarlı mənbədən alınması vacibdir. Çünki bəzi hallarda kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələrin qalıqları da sağlamlığa mənfi təsir göstərir.
Həkim qeyd edir ki, qida məhsulları alındıqdan sonra vaxt itirmədən soyuducuya yerləşdirilməli, soyuducunun düzgün temperaturda işləməsinə və məhsulların qablaşdırılmasının sağlam olmasına diqqət yetirilməlidir.

Sağlam həyat tərzi və profilaktik tədbirlər daha effektivdir

N.Abbasovanın sözlərinə görə, yay aylarında orqanizmin toksinlərdən təmizlənməsinə dəstək olmaq üçün kifayət qədər maye qəbul etmək böyük əhəmiyyət daşıyır. O, qazlı və tərkibində çoxlu kimyəvi əlavələr olan içkilərin əvəzinə ilıq su və təbii mayelərə üstünlük verilməsini tövsiyə edir.

Həkim əlavə edir ki, nanə, bağayarpağı kimi bitkilərdən hazırlanan dəmləmələrdən profilaktik məqsədlə istifadə etmək də faydalıdır. Onun fikrincə, sağlam həyat tərzi və profilaktik tədbirlər qida zəhərlənməsinin qarşısını almaqda sonradan aparılan müalicədən daha effektivdir.

“Zəhərlənmənin səbəbi hər zaman keyfiyyətsiz məhsul olmur”

Qida təhlükəsizliyi üzrə mütəxəssis Məhsəti Hüseynova isə hesab edir ki, yay mövsümündə yüksək risk qrupuna daxil olan qidaların saxlanma qaydalarına xüsusi diqqət yetirilməlidir. Onun sözlərinə görə, heyvan mənşəli məhsullar, xüsusilə ət və ət məhsulları zülal tərkibli olduqları üçün daha tez xarab olur. Buna görə də həm çiy, həm də bişmiş ət məhsulları soyuq qida zənciri qorunmaqla saxlanılmalı, yalnız istehlak ediləcək qədər bişirilməlidir.

M.Hüseynovanın sözlərinə görə, süd və süd məhsulları, balıq və dəniz məhsulları da yay aylarında daha tez xarab olan qidalar sırasındadır. Bu məhsullar etibarlı satış məntəqələrindən alınmalı, soyuducuda saxlanılmalı və mümkün qədər təzə halda istehlak edilməlidir. Yumurta, yumurtadan hazırlanan souslar, mayonez, həmçinin tiramisu, çizkeyk və müxtəlif kremli şirniyyatlar da riskli məhsullar hesab olunur.

Mütəxəssis mövsümdənkənar meyvə və tərəvəzlərin istehlakı zamanı da diqqətli olmağı tövsiyə edir. Onun sözlərinə görə, bu məhsulların yetişdirilməsi zamanı istifadə olunan kimyəvi maddələr, gübrələr və hormonlar xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəliyi olan şəxslər, hamilə və uşağa süd verən qadınlar üçün əlavə risk yarada bilər.


Ekspert qeyd edir ki, qida zəhərlənməsinin səbəbi hər zaman keyfiyyətsiz məhsul olmur. Keyfiyyətli məhsul belə düzgün saxlanılmadıqda onun tərkibində bakteriyalar sürətlə çoxalaraq sağlamlıq üçün təhlükə yarada bilər. Yay aylarında bişmiş yeməklərin otaq temperaturunda saxlanma müddəti minimuma endirilməlidir. Əgər qışda bu müddət iki saata qədər hesab olunursa, yayda yeməklər mümkün qədər yarım saat ərzində soyuducuya yerləşdirilməlidir.

İsti havalarda bakteriyalar daha sürətlə çoxalır

Həkim-infeksionist Mərdan Əliyev deyir ki, yay aylarında qida zəhərlənməsi hallarının artmasına əsas səbəb bakteriyaların sürətlə çoxalması üçün əlverişli şəraitin yaranmasıdır. Onun sözlərinə görə, otaq temperaturunda saxlanılan qidalar qısa müddətdə mikroorqanizmlərlə çirklənir və həmin qidaların istehlakı qida zəhərlənməsinə səbəb olur. "Hazır mikroblarla çirklənmiş qidalar mədə-bağırsaq sisteminə daxil olduqda ürəkbulanma, qusma, ishal, qarın ağrısı kimi əlamətlər yaranır. Daha ağır hallarda yüksək hərarət, orqanizmdə maye itkisi və halsızlıq da müşahidə edilir", – deyə həkim bildirir.
M.Əliyev yay mövsümündə qarpızın istifadəsi zamanı da diqqətli olmağı tövsiyə edir. O bildirir ki, bostan məhsullarının yetişdirilməsi zamanı istifadə olunan dərman və gübrələrin qalıqları xüsusilə qabıq hissəsində qala bilər. Buna görə də qarpız kəsilməzdən əvvəl mütləq axar su altında yaxşı yuyulmalıdır.

Soyuducuda saxlanılan qidalar uzun müddət gözlədilməməlidir

İnfeksionistin sözlərinə görə, qidaların düzgün saxlanılması zəhərlənmələrin qarşısının alınmasında əsas şərtlərdən biridir. Qidalar uyğun temperatur rejimində işləyən soyuducuda saxlanılmalı, bişmiş yeməklər isə hazır olduqdan qısa müddət sonra soyuducuya yerləşdirilməlidir. M.Əliyev qeyd edir ki, soyuducuda saxlanılan qidaları da uzun müddət gözlətmək düzgün deyil. Bişmiş yeməklərin bir-iki gündən artıq saxlanılması mikroorqanizmlərin çoxalma ehtimalını artırır və nəticədə qida zəhərlənməsi riski yüksəlir.

Mütəxəssis günəş altında saxlanılan plastik butulkalardakı suların alınmasını və istehlakını da məqsədəuyğun hesab etmədiyini bildirir. Onun sözlərinə görə, yüksək temperaturun təsiri altında uzun müddət günəşdə qalan plastik qablar sağlamlıq üçün əlavə risk yarada bilər.("Kasp" qəzeti)

Oxunub: 216
Paylaş:
Digər xəbərlər

Gündəm / Araşdırma

7-07-2025, 12:42

Yay aylarında xəstəliklərin əsas səbəbləri nədir?

Gündəm / Araşdırma

1-01-2025, 11:15

Qışda bu qidalar yeyilməlidir

Gündəm / Araşdırma

31-12-2024, 14:30

Qışda bu qidalar yeyilməlidir

Maraqlı

18-01-2022, 08:26

Bir xörəyi neçə dəfə qızdırmaq olar? - SİYAHI

Araşdırma

2-07-2020, 14:16

Bu qidalar hamilələrdə zəhərlənmə yarada bilər

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır
Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
Son xəbərlər
  • Dünən, 22:29
    BMT-dən süni intellektlə bağlı qorxunc xəbərdarlıq: Gec olmadan qarşısını alın!
  • Dünən, 21:34
    Piylənməyə meyllilik bu yaşdan formalaşmağa başlayır
  • Dünən, 20:54
    Türkiyə və Pakistan bu ölkəni vuracaq - İrana müharibə xəbərdarlığı
  • Dünən, 19:17
    DİM 2027-ci ilin qəbul və buraxılış imtahanlarının proqramlarını elan etdi
  • Dünən, 18:24
    Epilepsiya tutması olan birinə necə kömək etmək olar? - Mütəxəssislər izah edirlər
  • Dünən, 17:35
    Ağ Evdən xəbərdarlıq: İranla müharibə bu vaxta qədər davam edəcək
  • Dünən, 16:22
    Strateji tərəfdaşdır - Moskva ABŞ-la danışıqlar barədə bu ölkəni məlumatlandırıb
  • Dünən, 15:44
    Ağız xərçənginin gözə çarpmayan əlamətləri – DİQQƏTLİ OLUN
  • Dünən, 14:24
    Almaniyada müdafiə planı ilə bağlı qalmaqal: Nazir sənədi geri istəyir
  • Dünən, 13:06
    Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
  • Dünən, 12:35
    Xəstə bağırsaqların 6 əlaməti
  • Dünən, 11:17
    Dövlət bu şəxslərə min manat pul verəcək - RƏSMİ
  • Dünən, 10:31
    İran Zəngəzura hücum edəcək? - Ermənistana göndərilən mesaj
  • Dünən, 09:03
    Səhər bir stəkan içən yerində dayana bilmir! Günə enerjili başlamağın sirridir
  • 9-09-2026, 22:24
    Sentyabr ayının ən şanslı 5 bürcü - Sizi bu fürsətlər gözləyir
  • 9-09-2026, 21:43
    Həkimdən sümük şişi xəbərdarlığı: Davamlı ağrılara diqqət!
  • 9-09-2026, 18:30
    Zəhərlənməni ciddi bağırsaq infeksiyasından necə ayırd etməli?
  • 9-09-2026, 17:55
    Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
  • 9-09-2026, 16:37
    Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya
  • 9-09-2026, 15:18
    Düyü, kartof və makaronu soyuq yeyin - Səbəb
  • 9-09-2026, 14:53
    Zelenski bu tarixdə Trampla görüşəcək: Nələr müzakirə ediləcək?
  • 9-09-2026, 13:12
    Pentaqon NATO-ya xəbərdarlıq etdi: Ukraynada müharibə…
  • 9-09-2026, 12:26
    Üzdəki bu əlamətə diqqət! Ağciyər xərçənginin xəbərçisi ola bilər
  • 9-09-2026, 11:48
    Dəhşətli bir qış gəlir - Havalar...
  • 9-09-2026, 10:42
    Rusiya-Ukrayna müharibəsində yeni sülh düsturu: Moskva indi nə tələb edir?
  • 9-09-2026, 09:08
    Davamlı şişkinlik günahsız deyil – bu simptomlara diqqət yetirin!
  • 8-09-2026, 21:54
    İnfarktdan sonrakı kritik 60 dəqiqə: “Qızıl Saat” niyə həyati əhəmiyyət daşıyır?
  • 8-09-2026, 20:19
    ABŞ qadağan etdi, Azərbaycan qoşulmadı – Vensin İran iddiasının pərdəarxası
  • 8-09-2026, 19:21
    Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər? - Sirlər açılır
  • 8-09-2026, 18:08
    Qaraciyərdə ləkə: Həkimlər səbəbləri və riskləri açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə