• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Pentaqonun arxivində iki mindən çox UNO hadisəsi var: Alimlər niyə bu mövzudan çəkinirlər?
Yatmazdan əvvəl yeyilən bu qida möcüzələr yaradır
İran ABŞ-dan atəşkəs istəyib? - Açıqlama
ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir - Quru əməliyyatı baş tuta bilər
Bu sadə addımlarla xəstəliklərdən qoruna bilərsiniz
İranla münaqişə bir neçə həftəyə başa çatacaq - Rayt
Pakistan hücuma keçdi: hədəflərə zərbələr endirildi
Saçların tez yağlanmasının qarşısını necə almaq olar?
Müharibəyə görə Tramp və Netanyahu günahkar deyil – Əraqçi
Bakıda müşahidə olunan dronlar - Nə baş verir?
Gözlərdə bulanıqlaşma nədən xəbər verir?
İran savaşı: Bu, Avropa və Ukrayna üçün fəlakətdir
Rusiyanın yaz hücumu iflasa uğradı - Zelenski
Təşviş pozuntusunun açıq simptomu necə görünür?
Gecə yemək yeyənlərin nəzərinə - Bu xəstəliyə səbəb olur
Canan Karatayın tövsiyəsi: Qan dövranını tənzimləyir, yaddaşı gücləndirir
ABŞ və İsrailin İrana zərbələrini çəkənlər həbs edildilər
İtaliya 40 il sonra nüvə enerjisinə qayıdır
Nişan üzüyü niyə sol ələ taxılır?
Husilər ABŞ-ı hədələdi: Bu boğazı bağlaya bilərik
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Xəbərlər

28-12-2025, 13:39

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...


“Turan” ideyası uzun müddət mədəni romantika kimi təqdim olunsa da, son illərdə bu anlayış real geosiyasi prosesə çevrilməkdədir. Artıq əsas sual “Turan olacaqmı?” deyil, “Turan hansı formatda və kimin mərkəzində formalaşacaq?” sualıdır. Mövcud reallıq göstərir ki, bu prosesin təbii mərkəzi Türkiyə, açar ölkəsi isə Azərbaycandır.

Axar.az xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

O, Türkiyəni “liderlik üçün yeganə real namizəd” adlandırıb:

“Turan ideyasının mərkəzi yalnız mədəni yaxınlıqla deyil, həm də siyasi güc, hərbi imkan, diplomatik manevr və qlobal əlaqələrlə müəyyən olunur. Bu baxımdan Türkiyənin alternativi yoxdur. Türkiyə NATO üzvü, G20 ölkəsi, regional hərbi güc və eyni zamanda Qərb, Rusiya, Çin və İslam dünyası ilə paralel dialoq qura bilən nadir aktordur.

Orta Asiya dövlətlərinin heç biri bu səviyyədə strateji muxtariyyətə malik deyil. Buna görə də böyük güclər Turanı vahid dövlət kimi yox, Türkiyə mərkəzli inteqrasiya platforması kimi qiymətləndirir. Türk Dövlətləri Təşkilatı (TDT) Turanın “embrion forması”dır. Bu embrion hər gün böyüyür, yeni şəkil alır və formalaşmaqda davam edir”, - o bildirib.

Onun fikrincə, Azərbaycan xəritəni birləşdirən geosiyasi körpüdür:

“Əgər Türkiyə Turanın siyasi mərkəzidirsə, Azərbaycan onun coğrafi və strateji kilid nöqtəsidir. Orta Asiyanı Avropa ilə birləşdirən Orta Dəhliz Xəzərsiz mümkün deyil, Xəzər keçidi isə Bakısız təsəvvür olunmur. Buna görə Orta Asiya resursları və logistika xətləri Qərbə Azərbaycan üzərindən çıxır.

44 günlük müharibədən sonra Azərbaycan regionda status-kvonu dəyişən aktora çevrildi və Türkiyə ilə strateji ittifaqın real nəticə verdiyini sübut etdi. Bu, türk dünyası üçün mühüm presedent oldu: Azərbaycan Turanın “siyasi cəsarət testi”ni keçdi. 44 günlük müharibə göstərdi ki, Azərbaycan status-kvonun məhbusu deyil və Türkiyə ilə tandemi real gücə çevrilə bilir. Bu, bütün türk dünyasına açıq mesaj idi: Türkiyə ilə strateji ittifaq risk yox, nəticə gətirən seçimdir. Eyni zamanda, bu nümunə Orta Asiya liderləri üçün psixoloji baryeri qırdı”.

Zəngəzur dəhlizi ideyasını Turanı abstrakt anlayışdan fiziki reallığa çevirən əsas layihə kimi qiymətləndirən E.Həsənlinin sözlərinə görə, bu dəhliz Türkiyə–Azərbaycan birliyini möhkəmləndirir, Orta Asiyanı Aralıq dənizi ilə bağlayır, Rusiyanın tranzit monopoliyasını zəiflədir və İranı prosesdən kənarda qoyur. Məhz buna görə İran narahatdır, Rusiya ehtiyatlı davranır, Qərb isə prosesi dəstəkləyir.

Bu ox artıq hərbi, siyasi və diplomatik sahələrdə özünü sübut edib. Ən vacibi isə bu tandem imperial ambisiya deyil, funksional inteqrasiya modeli təqdim edir. Böyük güclər də məhz bu səbəbdən prosesə qarşı açıq çıxmır, onu diqqətlə izləyir.

Turan vahid dövlət kimi yaxın perspektivdə mümkün olmasa da, iqtisadi, logistika və siyasi koordinasiya prosesi artıq başlamışdır. Bu prosesdə Türkiyə liderlik edir, Azərbaycan isə açar rol oynayır. Hər bir türk dövləti bu prosesdə öz yerini tutur”, - o vurğulayıb.

Oxunub: 50
Paylaş:
Digər xəbərlər

Xəbərlər

2-09-2025, 19:21

Paşinyan “Böyük Turan”a razılaşdı, dəhlizin adını dəyişdi

Xəbərlər

9-11-2024, 17:36

Ərdoğandan mühüm anonslar – Turan ordusu yaradılır?

Xəbərlər

3-02-2022, 10:32

“Ermənilər bizi “Böyük Turan”la qorxudurlar, özləri isə...” - Korotçenko

Xəbərlər

8-01-2022, 00:54

SON DƏQİQƏ: Turan Birliyinin çöküşünə sevinənlərə TƏRS SİLLƏ

Xəbərlər

6-02-2020, 17:46

"Azərbaycan xalqı çox yaxşı yaşayır..." - Turan İbrahimov / VİDEO

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Pentaqonun arxivində iki mindən çox UNO hadisəsi var: Alimlər niyə bu mövzudan çəkinirlər?
Yatmazdan əvvəl yeyilən bu qida möcüzələr yaradır
İran ABŞ-dan atəşkəs istəyib? - Açıqlama
ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir - Quru əməliyyatı baş tuta bilər
Bu sadə addımlarla xəstəliklərdən qoruna bilərsiniz
İranla münaqişə bir neçə həftəyə başa çatacaq - Rayt
Son xəbərlər
  • Dünən, 22:38
    Pentaqonun arxivində iki mindən çox UNO hadisəsi var: Alimlər niyə bu mövzudan çəkinirlər?
  • Dünən, 21:34
    Yatmazdan əvvəl yeyilən bu qida möcüzələr yaradır
  • Dünən, 20:30
    İran ABŞ-dan atəşkəs istəyib? - Açıqlama
  • Dünən, 19:04
    ABŞ İranın neft obyektlərini ələ keçirmək istəyir - Quru əməliyyatı baş tuta bilər
  • Dünən, 18:25
    Bu sadə addımlarla xəstəliklərdən qoruna bilərsiniz
  • Dünən, 17:11
    İranla münaqişə bir neçə həftəyə başa çatacaq - Rayt
  • Dünən, 16:39
    Pakistan hücuma keçdi: hədəflərə zərbələr endirildi
  • Dünən, 15:32
    Saçların tez yağlanmasının qarşısını necə almaq olar?
  • Dünən, 14:55
    Müharibəyə görə Tramp və Netanyahu günahkar deyil – Əraqçi
  • Dünən, 13:24
    Bakıda müşahidə olunan dronlar - Nə baş verir?
  • Dünən, 12:50
    Gözlərdə bulanıqlaşma nədən xəbər verir?
  • Dünən, 11:43
    İran savaşı: Bu, Avropa və Ukrayna üçün fəlakətdir
  • Dünən, 10:22
    Rusiyanın yaz hücumu iflasa uğradı - Zelenski
  • Dünən, 09:07
    Təşviş pozuntusunun açıq simptomu necə görünür?
  • 15-03-2026, 22:33
    Gecə yemək yeyənlərin nəzərinə - Bu xəstəliyə səbəb olur
  • 15-03-2026, 21:44
    Canan Karatayın tövsiyəsi: Qan dövranını tənzimləyir, yaddaşı gücləndirir
  • 15-03-2026, 20:37
    ABŞ və İsrailin İrana zərbələrini çəkənlər həbs edildilər
  • 15-03-2026, 19:15
    İtaliya 40 il sonra nüvə enerjisinə qayıdır
  • 15-03-2026, 18:41
    Nişan üzüyü niyə sol ələ taxılır?
  • 15-03-2026, 17:05
    Husilər ABŞ-ı hədələdi: Bu boğazı bağlaya bilərik
  • 15-03-2026, 16:26
    Rusiyaya ən pis siqnal - Qonşu ölkə “taleyüklü səhvə” yol verə bilər
  • 15-03-2026, 15:49
    Dünyada 300 milyon insan nadir xəstəliklərlə mübarizə aparır
  • 15-03-2026, 14:28
    Avropadan Ukraynaya təklif: Müharibəni 2 il də uzat, əvəzində...
  • 15-03-2026, 13:03
    ABŞ-İran müharibəsinin taleyi bu adadan asılıdır – Qreham nəyə eyham etdi?
  • 15-03-2026, 12:51
    İki gün ərzində xolesterolu aşağı salmağın yolu müəyyən edilib
  • 15-03-2026, 11:49
    İran “Abraham Linkoln"u sıradan çıxarıb?
  • 15-03-2026, 10:17
    Əliyev Koşta ilə, Hacıyev Stiprays ilə görüşdü: TRIPP layihəsi gecikir?
  • 15-03-2026, 09:03
    A Vitamini Hansı Qidalarda Var? Faydaları və Çatışmazlığı
  • 14-03-2026, 22:10
    “Bu insanlar ömrünüzü qısaldır...”
  • 14-03-2026, 21:26
    Oynaqlarda xırıltı nə vaxt təhlükəlidir? - Travmatoloq açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə