“AZAL təyyarəsinin vurulmasına, münasibətlərdə gərginliklərin olmasına baxmayaraq il ərzində Rusiya ilə Azərbaycan arasında müxtəlif dialoq baş tutub”.
Globalinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin 2025-ci ilin yekunlarına dair konfransda deyib.
Nazir qeyd edib ki, Gürcüstan və İranla, həmçinin Türkiyə ilə intensiv təmaslar davam edib.
“Prezident İlham Əliyev Türkiyəyə 3 işgüzar səfər edib, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın ölkəmizə 4 işgüzar səfəri olub”.