İsrail ordusu ilk dəfə özünün milli “Roem” haubitsasını silahlanmaya qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
İsrailin “Elbit” şirkətinin istehsalı olan haubitsa dəqiqədə 8 atışa malikdir, manevrlidir. Haubitsa tamamilə avtomatik doldurulur ki, bu da onun xidməti heyətinin sayını digər haubitsalardan fərqli olaraq 7-dən 3-ə endirir.
“Roem” atəş imkanlarına görə hazırda ÇAXAL-ın da silahlanmasında olan ABŞ-ın M109AL özüyeriyən haubitsasından 2-4 dəfə güclüdür.