NATO-nun dağılması Avropada davamlı sülhü təmin edə bilər.
Publika.az xəbər verir ki, bunu Britaniya Sosial Elmlər Akademiyasının üzvü və Kembric Universitetinin Sosiologiya üzrə fəxri professoru Devid Leyn Lenta.ru-ya verdiyi müsahibədə deyib.
“Nəzəri olaraq, belə bir həll yolu NATO-nun ləğvi və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rolunun gücləndirilməsi ola bilər”, - deyə o izah edib.
Sosioloqun fikrincə, belə bir ehtimal “Soyuq müharibə”nin bitməsindən sonra da mövcud idi. Lakin NATO genişlənməyə davam etdi və Rusiya bunu təhlükə kimi qəbul etməyə başladı. Ekspert əlavə edib ki, eyni zamanda, Avropanın hələ də yalnız ABŞ-ın müttəfiqlərini deyil, bütün oyunçuları əhatə edən yeni bir təhlükəsizlik sistemi qurması lazımdır.