• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Azərbaycan Ermənistana neft göndərir: Gürcüstan pul almayacaq
Türkiyəyə “yox” desə, müharibə başlayacaq: Orduya tapşırıq verildi – Detallar
Gözlərdə quruluq niyə yaranır və necə aradan qaldırmaq olar?
Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...
Bakıya 6 gün qar yağacaq - TARİX BİLİNDİ
Soyuq havalarda bədəni isidən qidalar
Rıjenkov: Litva AB-dən pul almaq üçün...
İrəvan təklifdən imtina etdi – Nazir
Dodaqlarda herpes üçün praktik məsləhətlər
Ərzaq məhsulları kəskin bahalaşır - İqtisadçılardan xəbərdarlıq
Luvr Muzeyini su basdı: 400 kitaba zərər dəydi
Maqnezium çatışmazlığı: Səbəblər, simptomlar və düzgün əlavələr
Uzun müddət oturmaq insult riskini artırır
Mədə yanmasına qarşı vasitələr: hansılar həqiqətən kömək edir?
Qəzzada Almaniya və Yaponiya modelləri tətbiq oluna bilər
Azərbaycanda bu sahə vergidən azad olunacaq – TARİX
Qastroenteroloq ən faydalı 7 dənli bitkini açıqladı
Aİ-Ermənistan sənədi: ABŞ-ın regiondakı sülh planına qarşı təxribat
Afinada polislə etirazçılar arasında toqquşma: Onlarla insan saxlanıldı
Doğum və günəş ləkələri üçün mükəmməl vasitə - Banan qabığı
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Türkiyəyə “yox” desə, müharibə başlayacaq: Orduya tapşırıq verildi – Detallar

Xəbərlər

Bu gün, 19:40

Türkiyəyə “yox” desə, müharibə başlayacaq: Orduya tapşırıq verildi – Detallar


Türkiyə Silahlı Qüvvələri üç istiqamətdən – Afrin, Rasulayn və Hələbin şimalından Suriyaya daxil olub. Hərbçilər xüsusilə Menbiç xəttinə doğru irəliləyirlər. Eyni zamanda, Dəməşq hökuməti Suriya Demokratik Qüvvələrinin (SDQ) nəzarətində olan Deyr əz-Zor bölgəsinə artilleriya və PUA ilə dəstəklənən əlavə qüvvələr göndərib.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinə məxsus konvoylardan birinin Deyr-Ballut sərhəd qapısından Hələb bölgəsinə, digərinin isə gecə saatlarında Ədvaniyyə sərhəd qapısından Suriyaya daxil olduğu bildirilir. Konvoylarda zirehli texnika ilə yanaşı bir sıra logistik elementlərin də olduğu qeyd edilir.

Nə baş verir?

Türk ordusunun gecə saatlarında Suriyaya üç istiqamətdən daxil olması geniş müzakirələrə səbəb olub. Türkiyə KİV hərbi dəstələrin Dəməşq hökumətinə dəstək məqsədilə göndərildiyini, lakin həm də Suriya Demokratik Qüvvələrinə (SDQ) gözdağı olduğunu yazır.

Məlumata görə, SDQ-nin baş komandanı Mazlum Abdi bir müddət əvvəl “100 min nəfərlik ordumuz var, Türkiyəni Vyetnama çevirərik”, – deyə təhdidlər səsləndirib. Hakim Ədalət və İnkişaf Partiyasının üzvlərindən Şamil Təyyar isə Türk ordusunun Suriyaya göndərilməsinin təşkilata və Abdinin sözlərinə açıq cavab olduğunu bildirib.

Təyyar təşkilatın liderinə müraciət edərək, “10 mart razılaşmasına əməl etməyəcəkləri təqdirdə, haranın Vyetnama çevriləcəyini görəcəklər. 100 minlik orduları yoxdur, sadəcə 20 minə yaxın adamları var. Muzdluları çıxsaq, cəmi 7 minlik qüvvələri qalır”, – deyib.

KİV-lər isə yazır ki, SDQ Suriya hökumətində təmsil olunmaq istəsə də, nə Ankara, nə də Dəməşq bunu qəbul edir. Hazırda təşkilatın özünü ləğv etməsi gözlənilir. Bu addım atılmasa, Suriya və Türkiyə birlikdə SDQ-nə qarşı əməliyyat keçirəcəklər. Mövcud vəziyyətdə bu istiqamətdə hazırlıqlar görülür.

Abdinin “Mazlum” planı

Aydın məsələdir ki, SDQ-nin gücü Abdi iddia etdiyi qədər deyil. Türk ordusunun mövcud imkanları ilə müqayisədə təşkilatın uzunmüddətli müqavimət göstərməsi real görünmür. Lakin buna baxmayaraq, Mazlum Abdinin belə cəsarətli addım atması səbəbsiz deyil:

Birincisi, Mazlum Abdi və SDQ kimi qurumlar reallıqda öz güclərinin məhdud olduğunu çox yaxşı bilirlər. Amma açıq şəkildə zəiflik göstərmək onlar üçün təhlükəlidir. Həm öz döyüşçüləri, həm də onları dəstəkləyən xarici tərəflər qarşısında “güclü görünmək” bir növ zərurətə çevrilir. Əgər lider “biz zəifik” desə, təşkilatın içində motivasiya çökər, kənardan dəstək azalar, siyasi mövqeləri tamamilə sıradan çıxar.

İkincisi, bu kimi açıqlamaların məqsədi bir çox halda qarşı tərəfə psixoloji təzyiq göstərməkdir. Siyasətdə tez-tez belə olur. Tərəflər öz imkanlarını şişirdir, güc balansını olduğundan fərqli göstərməyə çalışırlar ki, qarşı tərəf addım atmazdan əvvəl iki dəfə düşünsün. Bu, “gərginlik yaradan sözlərlə vaxt qazanmaq” taktikasıdır.

Üçüncüsü, belə bəyanatlar beynəlxalq ictimaiyyətə də mesajdır. Əslində, elə ən böyük səbəb məhz budur. SDQ, “bizi vurmaq asan olmayacaq”, – deməklə həm Qərb dövlətlərinə, həm də bölgədəki digər oyunçulara, “bizim arxamızda durmasanız, böyük müharibə başlayar”, – siqnalı ötürmək istəyir. Yəni bu, daha çox siyasi manipulyasiyadır.

Ankara hara qədər irəliləyəcək?

Həm Ankara, həm də Dəməşqin SDQ-ni siyasi prosesə buraxmaq istəməməsi başa düşülən və yerində qərardır. Sözügedən məsələ təşkilatın gələcəyini daha da qeyri-müəyyən edir. Ona görə də təşkilatın özünü ləğv edəcəyi ehtimalı artıq açıq şəkildə müzakirə olunur. Əgər belə bir hal yaşanmasa, Türkiyə və Suriya ordularının birlikdə əməliyyata başlaması real ssenari kimi gündəmə gəlir. Lakin bu, elə də asan bir şey deyil.

Ankara üçün əsas problem SDQ-nin ABŞ və İsrailin dəstəyi altında olmasıdır. Ona görə də, Türkiyə açıq əməliyyat aparmazdan əvvəl çox diqqətli davranmalıdır. Ankaranın mövqeyi belədir ki, SDQ razılaşmalara əməl etmir və təhlükə yaradırsa, hərbi variant mümkün ola bilər. Amma real vəziyyət Türkiyənin bunu yalnız son çarə kimi istifadə edəcəyini göstərir.

Müdaxilənin baş verməsi halında, Ankaranın həm beynəlxalq reaksiyalar, həm də bölgədəki digər güclərin mövqeyi ilə qarşı-qarşıya gəlməsi mümkündür. Belə bir vəziyyət ölkəyə əlavə problemlər yaradacaq. Digər tərəfdən, həmin güclər elə SDQ-nə dəstəyi artırıb daha da gücləndirə bilər.

Hesab edirəm ki, Türkiyə hər şeyə hazırdır və ehtiyat planı var, amma hələlik sözlə xəbərdarlıq edir. Müdaxilə qərarı isə yalnız SDQ ciddi təhdid yaratdığı halda veriləcək.

Oxunub: 8
Paylaş:
Digər xəbərlər

Xəbərlər

17-10-2025, 20:31

Türkiyə Suriyaya hərbi texnika göndərir

Xəbərlər

30-11-2024, 16:18

Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusunun həmləsi nə olacaq?

Manşet / Gündəm / Xəbərlər

17-04-2018, 08:30

Suriyaya yeni hücum

Xəbərlər

2-06-2019, 14:00

SON DƏQİQƏ: İsrail qırıcıları Suriyaya HÜCUM ETDİ: Ölənlər var

Xəbərlər

9-07-2022, 01:08

Rusiyadan Türkiyə ilə bağlı ŞOK QƏRAR

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Azərbaycan Ermənistana neft göndərir: Gürcüstan pul almayacaq
Türkiyəyə “yox” desə, müharibə başlayacaq: Orduya tapşırıq verildi – Detallar
Gözlərdə quruluq niyə yaranır və necə aradan qaldırmaq olar?
Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...
Bakıya 6 gün qar yağacaq - TARİX BİLİNDİ
Soyuq havalarda bədəni isidən qidalar
Son xəbərlər
  • Bu gün, 20:24
    Azərbaycan Ermənistana neft göndərir: Gürcüstan pul almayacaq
  • Bu gün, 19:40
    Türkiyəyə “yox” desə, müharibə başlayacaq: Orduya tapşırıq verildi – Detallar
  • Bu gün, 18:20
    Gözlərdə quruluq niyə yaranır və necə aradan qaldırmaq olar?
  • Bu gün, 17:48
    Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...
  • Bu gün, 16:17
    Bakıya 6 gün qar yağacaq - TARİX BİLİNDİ
  • Bu gün, 15:29
    Soyuq havalarda bədəni isidən qidalar
  • Bu gün, 14:53
    Rıjenkov: Litva AB-dən pul almaq üçün...
  • Bu gün, 13:30
    İrəvan təklifdən imtina etdi – Nazir
  • Bu gün, 12:42
    Dodaqlarda herpes üçün praktik məsləhətlər
  • Bu gün, 11:09
    Ərzaq məhsulları kəskin bahalaşır - İqtisadçılardan xəbərdarlıq
  • Bu gün, 10:28
    Luvr Muzeyini su basdı: 400 kitaba zərər dəydi
  • Bu gün, 09:04
    Maqnezium çatışmazlığı: Səbəblər, simptomlar və düzgün əlavələr
  • Dünən, 22:08
    Uzun müddət oturmaq insult riskini artırır
  • Dünən, 21:33
    Mədə yanmasına qarşı vasitələr: hansılar həqiqətən kömək edir?
  • Dünən, 20:12
    Qəzzada Almaniya və Yaponiya modelləri tətbiq oluna bilər
  • Dünən, 19:23
    Azərbaycanda bu sahə vergidən azad olunacaq – TARİX
  • Dünən, 18:07
    Qastroenteroloq ən faydalı 7 dənli bitkini açıqladı
  • Dünən, 17:41
    Aİ-Ermənistan sənədi: ABŞ-ın regiondakı sülh planına qarşı təxribat
  • Dünən, 16:34
    Afinada polislə etirazçılar arasında toqquşma: Onlarla insan saxlanıldı
  • Dünən, 15:09
    Doğum və günəş ləkələri üçün mükəmməl vasitə - Banan qabığı
  • Dünən, 14:07
    Trampdan sonra prezident o olacaq - Hazırlıqlar gedir
  • Dünən, 13:19
    İran 4 istiqamətdən “hücuma keçdi” – İsraildən cavab gözlənilir
  • Dünən, 12:21
    Angina nədir və hansı hallarda təhlükəlidir?
  • Dünən, 11:36
    Biləsuvarda faciəvi qəza: ölən 5 nəfərdən ikisi qardaşdır – Yeni təfərrüatlar
  • Dünən, 10:29
    Yeni toqquşma riski: Ordu əhaliyə təxliyə əmri verdi
  • Dünən, 09:00
    Omeqa-3-ün ürək üçün 5 əsas faydası
  • 6-12-2025, 22:53
    Beyni 90 yaşa qədər gənc saxlayan vərdiş
  • 6-12-2025, 21:04
    Əsnəyəndə bədəninizdə nə baş verdiyini eşidəndə heyran qalacaqsınız
  • 6-12-2025, 20:42
    Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
  • 6-12-2025, 19:23
    Azərbaycan iqtisadiyyatında dedollarlaşma: Gələcəyimiz nədən asılıdır?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə