Müdafiə Qüvvələrinin bölmələrinin mühasirəyə alınması ilə bağlı xəbərlər dorğu deyil.
Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Pokrovskda ordunun mühasirəyə düşməsi ilə bağlı yayılan xəbərlərə münasibətində bildirib.
Rəsmi bəyanatda Ukrayna qoşunlarının Pokrovsk-Mirnoqrad aqlomerasiyası ətrafında rus işğalçıları saxlamağa davam etdiyi və komandanlığın bu istiqamətdə müdafiənin sabitliyini gücləndirmək üçün tədbirlər gördüyü vurğulanıb:
“Düşmən hazırda Pokrovskdan şimal-şərqdə hücum əməliyyatları aparır, Ukrayna qoşunlarının maddi-texniki təchizatını kəsməyə çalışır. Lakin əhəmiyyətli səylərə və davamlı hücumlara baxmayaraq, düşmən uğur qazana bilmir. Rus əsgərlər Pokrovsk ətrafında yalnız öz ölümlərini görürlər”.