“İsrail Dəməşqin cənubundakı ərazidə demilitarizasiya siyasətini davam etdirəcək, Suriya hakimiyyəti və qruplarının yerli druzlara zərər vurmasına imkan verməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
O bildirib ki, demilitarizasiya zonası Qolan təpələrindən Druz dağlarına qədər olan ərazini əhatə edəcək.
“Biz aydın siyasət hazırlamışıq. Birincisi, Qolan təpələrindən Druz dağlarına qədər ərazinin demilitarizasiyasını həyata keçirəcəik. İkincisi, druz qardaşlarımızın müdafiəsini təmin edəcəyik. İsrail Suriyaya zərbələr endirməyə başlayıb, çünki ölkə hakimiyyəti bu prinsiplərin hər ikisini pozub”, – Netanyahu vurğulayıb.