• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Qulaq içində qaşınma nədən yaranır?
İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
“Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
Diş əti qanamasının qarşısını belə alın
Prezidentdən Naxçıvanla bağlı qərar
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
Dildə yanma hissi xərçəng əlaməti olub
Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
Putin referendumu soruşub? - Nikoldan sərt cavab
Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
İnsan beyninin tutumu neçə giqabaytdır?
Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

SEPAH İranda hərbi çevriliş edə bilər?

Xəbərlər

8-07-2025, 20:27

SEPAH İranda hərbi çevriliş edə bilər?



Son İsrail–İran müharibəsindən sonra ekspertlər xəbərdarlıq edirlər ki, İslam Respublikası uzunmüddətli strateji təhlükə olaraq qalır. Təkcə nüvə ambisiyalarına görə yox, bəzilərinin fikrincə, İranda yalnız gücə hörmət edən bir rejim formalaşıb.

Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun iranlı baş tədqiqatçısı Beni Sabti “The Times of Israel”ə deyib: “Bu, rejimin mahiyyəti ilə bağlı problemdir. Əgər siz yalnız diplomatiya ilə gəlsəniz və onlar sizin əlinizdə yekə bir çomaq görmürlərsə, həmən sizin zəif olduğunuzu düşünəcəklər”.

Sabti ABŞ-ın keçmiş prezidenti Teodor Ruzveltin danışıqlar zamanı “Yumşaq danışın, ancaq əlinizdə yekə bir çomaq tutun” fikrinin arxasında dayanan həqiqətə işarə edir. Onun fikrincə, etibarlı güc təhdidi olmasa, tək diplomatiya çətin ki, Tehranın ambisiyalarına mane olsun.

ABŞ-ın İranın nüvə obyektlərinə avia-zərbələri ilə nəticələnən 12 günlük münaqişə əsas obyektlərə ziyan vurub. Nəticədə nüvə silahı istehsalını gecikdirmiş ola bilər, lakin Sabti bunun təhlükənin mahiyyətini kökündən dəyişmədiyini iddia edir.

“Rejim yerindədir. Biz onları yer üzündən silməmişik”.

Corciya Texnologiya İnstitutunun nüvə mühəndisliyi üzrə professoru Dr.Anna Erikson qeyd edib ki, İran hücumdan əvvəl təxminən 400 kiloqram yüksək zənginləşdirilmiş uran ehtiyatına sahib olub, bu da on nüvə bombası hazırlamaq üçün kifayətdir.

Beni Sabti deyir ki, söhbət təkcə raket və nüvə proqramından getmir. Söhbət rejimin sabitliyindən gedir. ABŞ və İsrailin hücumları zamanı SEPAH generalları, qərargahı və hətta bədnam Evin həbsxanası hədəf alınmışdı: “Əgər İsrail daha bir neçə gün öz hücumlarını davam etsəydi, kim bilir, bəlkə də indi İranın molla rejimi artıq sıradan çıxmışdı”.

“The Times of Israel” qəzetinə danışan İvrit Universitetinin Harri S. Truman adına Sülhün İnkişafı İnstitutunun əməkdaşı Menahem Merhavy deyib ki, İran indi həmişəkindən daha çox təcrid olunmuş vəziyyətdədir: “İranın heç bir müttəfiqi yoxdur. Son hadisələr İranın nə qədər tək olduğunu sübut etdi”.

O, İraq, Yəmən, Suriya, Qəzza və Livandakı terrorçu vəkil güclər də daxil olmaqla, “müqavimət oxu”nun ciddi şəkildə zəiflədiyini və yaxın illərdə onların yenidən güclənəcəyinə ümid qalmadığını vurğulayıb.

Menahem Merhavy deyir ki, növbəti beş ildə biz daha zəif, əgər o da qalsa, müqavimət cəbhəsi görəcəyik.

İsrail qəzeti yazır ki, HƏMAS 2023-cü il oktyabrın 7-də İsrailin cənubuna hücuma keçəndən sonra ciddi itkilər verib. Hazırda İsrail ilə zəifləmiş HƏMAS arasında potensial atəşkəs və girovların azad edilməsi barədə razılaşmanın müzakirələri davam edir.

Livanda bir vaxtlar İranın ən güclü tərəfdarı olan Hizbullah da ağır itkilərlə üzləşib. Səudiyyə mediası bu yaxınlarda bildirib ki, qrupun İsraillə 2024-cü ilin noyabrında atəşkəslə başa çatan müharibəsi zamanı təxminən 4000 Hizbullah döyüşçüsü, həmçinin komandirlər və yüksək səviyyəli liderlər öldürülüb.

12 günlük İsrail-İran müharibəsi zamanı İranın bütün vəkil gücləri prosesdən kənarda qalıb. İranın Yaxın Şərqdəki terror şəbəkəsinin zəifləməsi rejimin özünün vəziyyətinə də açıq şəkildə sirayət edib.

“İran rejimi zəifdir. Biz çomağı onların başının üstündə saxlamalıyıq”, – Beni Sabti deyir.

Son iğtişaşlara və artan təzyiqlərə baxmayaraq, həm Merhavy, həm də Sabti İranın rejim dəyişikliyi astanasında olduğuna şübhə ilə yanaşır.

“Rejim dəyişiklikləri adətən hava bombardmanı şəklində gəlmir”, – Merhavy deyir. 86 yaşı olan Ali Lider Əli Xameneinin yaxın gələcəkdə əvəz olunacağı gözlənilir, lakin onun potensial varislərinin əksəriyyəti ideoloji baxımdan radikaldır. Namizədlər arasında onun oğlu Müctəba Xamenei, rejimin yüksək səviyyəli üzvləri Sadiq Laricani və Möhsün Araki və İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyni də var.

Merhavynin fikrincə, bu namizədlər rejimin ideoloji kursunu qoruyub saxlasalar da, daha ehtiyatlı davrana bilərlər. İddiaçılar ali liderin yolunu davam etdirəcəklər, lakin Xamneyinin yolu ilə getmək İrana çox baha başa gələ bilər.

“İranda inqilab təəccüblü şəkildə baş verə bilər. Ola bilər ki, iki saatdan sonra, bəlkə də iki aydan sonra İranda üsyanlar olacaq. Biz inqilabın hansı səbəbdən olacağını bilmirik, bildiyimiz odur ki, İranda qəzəb və iğtişaşlar üçün ciddi zəmin var və bu, uzun illərdir ki belədir”.

Sabti hesab edir ki, hərbi çevriliş İran üçün daha məqbuldur: “Bu, yalnız yuxarıdan ola bilər. Bəzi generallar – SEPAH və ya ordudan kimlərsə iqtidara nəzarəti ələ keçirsə, bu rejimi daha mötədil edə bilər … Əgər bu, çevriliş cəhdi xalqdan gəlirsə, bu aşırı zorakılıqla müşahidə olunacaq”.

Qəzet bildirir ki, İsrail Baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edib. Bildirib ki, biz İran xalqı ilə yox, İran rejimi ilə düşmənik. İsrail İran xalqına azadlıq arzulayır. Oxşar müraciətlə Donald Tramp da çıxış etməlidir. Amerika prezidentinin belə bir çıxışı İran xalqına ciddi təsir göstərmək gücündədir.

Oxunub: 194
Paylaş:
Digər xəbərlər

Xəbərlər

3-04-2025, 13:27

İranda müharibə hazırlığı başladı: Hava məkanı bağlanır, ordu…

Xəbərlər

13-12-2024, 16:19

Əsəd devrildi, növbə İrana çatdı - Hücumun anonsu verildi

Xəbərlər

9-10-2024, 11:28

İranın nüvə obyektlərinə zərbə bəşəriyyətə hədiyyə olacaq

Xəbərlər

16-04-2024, 10:50

İranda nüvə silahı varmı? - MAQATE-nin cavabı

Xəbərlər

12-10-2021, 08:56

İranın əlindəki nüvə silahı dünyanı dəyişəcək - İsraildən ŞOK AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Qulaq içində qaşınma nədən yaranır?
İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
“Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
Diş əti qanamasının qarşısını belə alın
Prezidentdən Naxçıvanla bağlı qərar
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
Son xəbərlər
  • Bu gün, 18:21
    Qulaq içində qaşınma nədən yaranır?
  • Bu gün, 17:04
    İraqdakı şiə silahlı qruplaşmaları Bağdada vaxt verdi: Əgər bunu etməsəniz…
  • Bu gün, 16:23
    “Buzlar əriyir” – ABŞ-dan qayıdan Zelenski Polşaya səfər etdi
  • Bu gün, 15:42
    Diş əti qanamasının qarşısını belə alın
  • Bu gün, 14:09
    Prezidentdən Naxçıvanla bağlı qərar
  • Bu gün, 13:27
    Netanyahu Zelenski ilə görüşdən imtina etdi
  • Bu gün, 12:38
    Dildə yanma hissi xərçəng əlaməti olub
  • Bu gün, 11:45
    Putin iki türk ölkəsi ilə bağlı əmr verdi
  • Bu gün, 10:29
    Türkiyə ilə İraq arasında TARİXİ SÖVDƏLƏŞMƏ - Ərdoğan vəd verdi
  • Bu gün, 09:12
    İsti hava 4 xəstəliyi ağırlaşdıra bilər
  • Dünən, 22:56
    Artıq hər kəs bundan danışır – 2030-cu ildə dünyada nə baş verəcək?
  • Dünən, 21:31
    Xolesterin yüksəkliyi – Nə vaxt təhlükəli sayılır?
  • Dünən, 20:18
    Putin referendumu soruşub? - Nikoldan sərt cavab
  • Dünən, 19:36
    Sosial büdcədə rekord: maaş və pensiyalar artır?
  • Dünən, 18:28
    Şirniyyata qarşısıalınmaz istək nədən yaranır? - Dietoloq səbəbləri açıqladı
  • Dünən, 17:24
    ABŞ və Səudiyyə Ərəbistanı İraqı vurdu - Hədəf nə olub?
  • Dünən, 16:08
    Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?
  • Dünən, 15:22
    İnsan beyninin tutumu neçə giqabaytdır?
  • Dünən, 14:35
    Ali məktəblərə ixtisas seçimi nə vaxt başlanacaq?
  • Dünən, 13:51
    Lavrov Mertsə meydan oxudu: Belə cəsarətlisənsə, hazır ol!
  • Dünən, 12:20
    İnsulin dirənci gələcəkdə xərçəngə yol açırmı?
  • Dünən, 11:22
    İran Odessanı vura bilər - Hərbi ekspertdən sensasion iddia
  • Dünən, 10:12
    Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...
  • Dünən, 09:09
    Bu bitki yağı bədəndə iltihabı azaldır
  • 28-07-2026, 22:46
    İnsanlar artıq Marsda da yaşaya biləcək – Yeni sistem hazırlandı
  • 28-07-2026, 21:50
    Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar
  • 28-07-2026, 20:23
    İranın Ukraynaya zərbəsi: Azərbaycan buna göz yumarmı?
  • 28-07-2026, 19:40
    Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi?
  • 28-07-2026, 18:19
    Ağır infarkt keçirmiş xəstələrin qanında təəccüblü nəticə
  • 28-07-2026, 17:54
    SDQ özünü buraxmağa və Suriyadan çıxmağa hazırlaşır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə