Xəbərlər



SON ANDA! Şamaxıda güclü zəlzələ: İnsanlar küçələrə axışdı - Yaralananlar var (VİDEO)
SON ANDA! Şamaxıda güclü zəlzələ: İnsanlar küçələrə axışdı - Yaralananlar var (VİDEO)

Bu gecə Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub.

Moderator.az -ın "Report"-a istinadən məlumatına görə, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.

Zəlzələnin ardınca Şamaxı rayonunda insanlar küçələrə axışıb. Bundan əlavə Şamaxı rayonunda bir evə ciddi ziyan da dəyib.

Həmin görüntüləri sizə təqdim edirik:
Baxış sayı: 1 834