Xəbərlər



Azərbaycanda güclü zəlzələ baş verdi
Azərbaycanda güclü zəlzələ baş verdi


















Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 21:11-də Lənkəran stansiyasından 10 km qərbdə Lənkəran ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,7 bal, dərinliyi isə 16 km olub.

Yeraltı təkanlar episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Baxış sayı: 1 134