Rusiyanın Federal Penitensiar Xidməti (FPX) Volqoqrad vilayətindəki 19 saylı kaloniyada cəzaçəkmə müəssisəsinin əməkdaşlarının girov götürülməsi zamanı 3 koloniya əməkdaşının öldürüldüyünü açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Volqoqrad vilayətindəki 19 saylı koloniyada 4 məhkum cəzaçəkmə müəssisəsinin 8 əməkdaşını və 4 məhkumu girov götürüb.
Cinayətkarlar kaloniyanın 4 əməkdaşına müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib, onlardan 3-ü ölüb. Müqavimət göstərən digər 4 nəfər xəstəxanaya yerləşdirilib. 4 məhkum da xəsarət alıb.
Daha sonra Rusiya Milli Qvardiyası xüsusi əməliyyatla girov götürən məhkumları zərərsizləşdirib; onlar dəqiq snayper atışları ilə məhv ediliblər.