• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
İnsanlar yuxuda buna görə dişlərini qıcayırlar - Qnatoloqdan XƏBƏRDARLIQ
Təhlükəli ağcaqanad sancmasının əlamətləri müəyyən edilib
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
Gicitkən bu şəxslərə zərərlidir
Putindən Ermənistanla bağlı gözlənilməz açıqlama
ABŞ-dan sonra Türkiyənin adı çəkildi – Azərbaycan 35 illik qərarını dəyişə bilər
Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
Netanyahu bəyan etdi: Ancaq bu halda sülh olacaq
Əhalinin NƏZƏRİNƏ: Antibiotiklər pulsuz veriləcək? – AÇIQLAMA
Yaz halsızlığı ilə mübarizə aparmağın 3 qızıl qaydası
Putin G20 sammitinə qatıla bilər - Peskov
İran ABŞ və İsrail gəmilərini saxlayıb? - Heqset
Ürəyi qoruyub, stressi azaldan ÇAY
Qadınlar 10 il daha gənc görünməyin qeyri-adi yolunu tapıblar
Ən riskli süd məhsulları
Çin-ABŞ müharibəsi başlayır, Pekin hərbi gəmiləri Hörmüzə göndərdi - “Qırmızı xətt” keçildi
Bu ixtisaslar tarixə qovuşur - Gələcəyi olmayan peşələri açıqladı
Xərçəng şübhəsində, hansı analizlər verilməlidir?
Yeni qərar: Çoxmənzilli binalarda fərdi istilik sistemləri...
İran Rusiyanı Hörmüzdən keçid üçün rüsumdan azad etdi
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Azərbaycanın pulu hesabına aparılan tədqiqatlar: Ondan hansı ölkələr yararlanır?

Xəbərlər

1-06-2024, 11:17

Azərbaycanın pulu hesabına aparılan tədqiqatlar: Ondan hansı ölkələr yararlanır?


“Biz ən yaxşı halda mütəxəssis hazırlaya bilirik, tədqiqatçı yox. Azərbaycanda ali təhsil müəssisələrində elmi-tədqiqat komponenti aşağıdır”. Elm və təhsil naziri Emin Əmrullayevin bu yaxınlarda səsləndirdiyi bu fikirlər ölkədə elmi-tədqiqat institutlarının sayının həddən artıq çox olması, real nəticələrin isə görünmədiyi faktını da gündəmə gətirib. Belə ki, 130-dan çox sahəni əhatə edən elmi-tədqiqat institutları mövcud olsa da, ortada gözəçarpan nəticə yoxdur. Kəmiyyətin keyfiyyəti üstələməsi narahatlıq doğurur.
Təhsilin tədqiqat əsasında qurulması, keyfiyyətin artırılması, interaktivliyin təmin olunması üçün vəziyyətdən çıxış yolu tapmaq isə asan görünmür.

Eyni istiqamətli institutlar varsa...

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, əsas məsələ institutların sayının çoxluğu və ya azlığı deyil: “İnstitutlar çox da, az da ola bilər. Əsas hədəf və yanaşma düzgün strategiyanın olması və konkret olaraq hansı istiqamətlərdə işin aparılmasıdır. Burada iş konkret proqram üzrə getməlidir”. Millət vəkilinin fikrincə, gələcəkdə institutların bir qisminin və ya hamsının universitetlərə verilməsi məsələsinə baxılmalıdır: “Tədqiqat institutları gələcəyə doğru ali təhsil müəssisələrinə verilərsə, biz o zaman konkret hədəf və vəzifələr müəyyən edib daha yaxşı nəticələr əldə edə bilərik. İlk növbədə bizim daha çox hansı sahələrdə araşdırmalara ehtiyacımızın olduğu müəyyən olunmalıdır. Əgər eyni istiqamətdə fəaliyyət göstərən institutlar varsa, hesab edirəm ki, tənzimlənmə nəzərdən keçirilə bilər”.

Sadə həlli olmayan problem

Kembric Universitetinin professoru Qərib Mürşüdov Azərbaycanın təhsil müəssisələrində elmi-tədqiqatların zəif olmasının müxtəlif səbəblərinin olduğunu bildirir: “Bunlar arasında ola bilər ki, ən vacibi təhsil işinin təşkilidir. Müəllimlər həddən artıq çox dərs deyir – bizdə 400-500 saat dərs demək qeyri-adi sayılmır. Müqayisə üçün Böyük Britaniyada 150 saat dərs həddən artıq çox sayılır. Ola bilər ki, təhsilin tədqiqat əsasında qurulması bu problemi qismən həll edə bilər. Hazırkı şərait belədir ki, müasir elmi-tədqiqatla məşğul olan müəllimlər azdır, olanlar da həddən artıq dərs dediklərindən vaxtları qalmır”.

Professor hesab edir ki, Azərbaycandakı tədqiqat institutlarının sayı azaldılmalıdır. Belə ki, bütün tədqiqat institutlarının eyni dövlət qurumuna tabe olması vacib deyil, onlar ya müxtəlif nazirliklərə, ya universitetlərə və ya xeyriyyə cəmiyyətlərinə tabe olmalıdırlar: “Britaniyada əsas tədqiqatlar universitetlərdə həyata keçirilir. Ancaq dövlətin strateji məqsədlərinə uyğun istiqamətlərdə fəaliyyət göstərən bir neçə institut da var. Onlar isə strategiya dəyişəndə və ya məhsuldar olmayanda bağlanırlar. İkinci tip tədqiqat institutları xeyriyyə cəmiyyətləri tərəfindən yaradılır və maliyyələşdirilir”. Q.Mürşüdov ümumiyyətlə bu sahədə hərtərəfli islahatlara ehtiyac olduğunu bildirir: “Maliyyə artırmaqla, institut bağlamaqla bu problem həll olunmayacaq”.

Dərs verə biləcək müəllim heyətinə ehtiyac var

ADA Universitetinin professoru Gülməmməd Məmmədov isə ölkəmizdə elmi-tədqiqat institutlarının çox olmasını kəmiyyət göstəricisi hesab edir: “Onların say baxımından azaldılması və ya ləğvi yox, birləşdirilməsi və daha səmərəli idarə olunması ilə bağlı addımlar atıla bilər. Elə bir struktur yaradılmalıdır ki, elmi-tədqiqat müəssisələri ölkə üçün daha əhəmiyyətli olsun və az sayda istiqamət üzrə fəaliyyət aparsın. Belə olanda resursların idarə olunması da, tədqiqat müəssisələrinin ortaya qoyduğu tədqiqat keyfiyyətlərinin nəticələri də daha yüksək ola bilər. Sayın çox olması keyfiyyətin qaçılmaz olaraq aşağı düşməsinə səbəb olur”.

Azərbaycanın pulu hesabına aparılmış tədqiqat...

G.Məmmədov hesab edir ki, əgər elmi-tədqiqat institutları universitetlərin balansına verilsə, bu, effektiv olmayacaq: “Dünyanın aparıcı jurnallarında bizim alimlərin tədqiqatlarının nəticələri çıxır. O tədqiqatlar Azərbaycan dövlətinin pulu hesabına aparılır. Onların dərcindən Azərbaycan dövləti nə fayda götürə bilər? İlk növbədə bu məsələ müəyyən edilməlidir. Yadda saxlanmalıdır ki, elmi yeniliklərin önündə gedən bir kəşf edilsə, bunu birinci Azərbaycan kimi balaca dövlət yox, böyük dövlətlər məhsula çevirib qazanc əldə edəcəklər. Təkcə məqalələrin dünyanın aparıcı jurnallarında çap olunmasını hədəf kimi müəyyən etməyin özündə böyük bir yanlışlıq var. Azərbaycan dövlətinin pulu hesabına aparılmış tədqiqat nəticəsi niyə ayrı bir yerdə çıxmalıdır? Belə çıxır ki, Azərbaycan dövlətinin pulu ilə biz tədqiqatı başqa dövlətlər üçün aparırıq. Ona görə də öz ölkəmizin iqtisadiyyatına fayda verəcək tədqiqatlar aparmalıyıq”.

Elmi mühiti sağlamlaşdırmalıyıq

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun fikrincə, ölkəmizdə çox sayda yaxın profilli tədqiqat institutları var ki, onları birləşdirmək vacibdir: “Bu, administrativ xərclərin azaldılmasına gətirib çıxaracaq. Bir ara kimdən xoşları gəlirdisə, onun üçün institut açıblar. Eyni zamanda, oxşar və yaxın laboratoriyalar var ki, onları birləşdirmək olar”. Təşkilat rəhbəri “Azərbaycanda tədqiqatçı yoxdur” fikri ilə razılaşmır: “Bu, ağır ittihamdır. Bəlkə də nazir fikrini belə sərt ifadə etmək istəməyib. Azərbaycanda az da olsa yaxşı tədqiqatçılar var. Sayın az olmasının da səbəbi var. Biz elmi mühiti sağlamlaşdırmalıyıq. Sağlam rəqabət, düzgün qiymətləndirmə olmalıdır”. ("Kaspi" qəzeti)

Oxunub: 314
Paylaş:
Digər xəbərlər

Xəbərlər

11-09-2023, 19:36

Emin Əmrullayev 2023/24-cü tədris ili ilə bağlı əmr imzalayıb

Xəbərlər

10-01-2023, 22:21

Tələbələr niyə universitetlərini dəyişdirirlər? - SORĞU

Xəbərlər

1-01-2023, 13:14

Bu gündən bəzi tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarılıb

Xəbərlər

4-08-2021, 13:09

"Sentyabrın 15-də ənənəvi təhsil bərpa olunacaq" - AÇIQLAMA

Manşet / Gündəm / Xəbərlər

23-05-2018, 07:54

Azərbaycanda yeni qurum yaradılır

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
İnsanlar yuxuda buna görə dişlərini qıcayırlar - Qnatoloqdan XƏBƏRDARLIQ
Təhlükəli ağcaqanad sancmasının əlamətləri müəyyən edilib
Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
Gicitkən bu şəxslərə zərərlidir
Putindən Ermənistanla bağlı gözlənilməz açıqlama
ABŞ-dan sonra Türkiyənin adı çəkildi – Azərbaycan 35 illik qərarını dəyişə bilər
Son xəbərlər
  • Bu gün, 09:06
    İnsanlar yuxuda buna görə dişlərini qıcayırlar - Qnatoloqdan XƏBƏRDARLIQ
  • Dünən, 22:25
    Təhlükəli ağcaqanad sancmasının əlamətləri müəyyən edilib
  • Dünən, 21:41
    Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər
  • Dünən, 18:12
    Gicitkən bu şəxslərə zərərlidir
  • Dünən, 17:01
    Putindən Ermənistanla bağlı gözlənilməz açıqlama
  • Dünən, 16:36
    ABŞ-dan sonra Türkiyənin adı çəkildi – Azərbaycan 35 illik qərarını dəyişə bilər
  • Dünən, 15:13
    Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq
  • Dünən, 14:31
    Netanyahu bəyan etdi: Ancaq bu halda sülh olacaq
  • Dünən, 13:55
    Əhalinin NƏZƏRİNƏ: Antibiotiklər pulsuz veriləcək? – AÇIQLAMA
  • Dünən, 12:19
    Yaz halsızlığı ilə mübarizə aparmağın 3 qızıl qaydası
  • Dünən, 11:26
    Putin G20 sammitinə qatıla bilər - Peskov
  • Dünən, 10:47
    İran ABŞ və İsrail gəmilərini saxlayıb? - Heqset
  • Dünən, 09:05
    Ürəyi qoruyub, stressi azaldan ÇAY
  • 24-04-2026, 22:09
    Qadınlar 10 il daha gənc görünməyin qeyri-adi yolunu tapıblar
  • 24-04-2026, 21:00
    Ən riskli süd məhsulları
  • 24-04-2026, 20:12
    Çin-ABŞ müharibəsi başlayır, Pekin hərbi gəmiləri Hörmüzə göndərdi - “Qırmızı xətt” keçildi
  • 24-04-2026, 19:23
    Bu ixtisaslar tarixə qovuşur - Gələcəyi olmayan peşələri açıqladı
  • 24-04-2026, 18:48
    Xərçəng şübhəsində, hansı analizlər verilməlidir?
  • 24-04-2026, 17:37
    Yeni qərar: Çoxmənzilli binalarda fərdi istilik sistemləri...
  • 24-04-2026, 16:02
    İran Rusiyanı Hörmüzdən keçid üçün rüsumdan azad etdi
  • 24-04-2026, 15:56
    Bu vərdişlər qan damarlarını zədələyir
  • 24-04-2026, 14:02
    “Putinin “üçbaşlı müharibə koalisiyası” Azərbaycanla münaqişəyə səbəb ola bilər”
  • 24-04-2026, 13:21
    Nino Tsilosani: Gürcüstan müharibə ilə hədələnir
  • 24-04-2026, 12:17
    Kardioloq infarktın gizli bir əlamətini açıqladı
  • 24-04-2026, 11:25
    İranın dəhşətli silahı: istifadə etsə, dünya iflic olacaq – Kontr-admiral
  • 24-04-2026, 10:46
    Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb
  • 24-04-2026, 09:06
    Qanda hemoqlobini artıran 5 içki
  • 23-04-2026, 22:27
    Göz dəymə həqiqətən mövcuddurmu? - Tibbi izah
  • 23-04-2026, 21:53
    Həkim yaddaşı "yeyən" ədviyyat barədə xəbərdarlıq etdi
  • 23-04-2026, 20:49
    İsrailin müdafiə naziri: ABŞ-nin icazə verəcəyi təqdirdə İranla müharibəyə hazırıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə