• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Moskva narahatdır: Ankara və Vaşinqton izahat tələb edildi
Çiy kələm bu şəxslərə olmaz
Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
Qətər 3 iranlı pilotu əsir götürüb
Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
BƏƏ-dən SEPAH-a: Hədə-qorxu tətbiq etmək...
Özbəkistan və Qazaxıstan hərəkətə keçdi: Azərbaycan da qoşulacaq?
Avropanın əsas çaylarından birində böhran: gəmilər hərəkət edə bilmir
Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Bakı ilə bağlı məxfi plan deşifrə olundu – Savaş sərhədi İrəvan və Tiflisdən keçdi

Xəbərlər

30-05-2024, 14:44

Bakı ilə bağlı məxfi plan deşifrə olundu – Savaş sərhədi İrəvan və Tiflisdən keçdi


Cənubi Qafqazın iki ölkəsi qarışır. Gürcüstan və Ermənistanda meydanlar qaynayır. Hər iki respublikanın paytaxtında hakimiyyətə qarşı ciddi basqı var.

İki supergücün – ABŞ-la Rusiyanın nüfuz və mövqe savaşının sərhədləri indi Ermənistanla Gürcüstanın paytaxtlarının düz mərkəzindən keçir. Geopolitik delimitasiya və demarkasiya prosesi gedir sözün əsl mənasında. Sərhəd xətti uğrunda xalqları, onların saf duyğularını sömürür, istismar edir bu iki qütb. Böyük siyasi teatrlarda hər zaman belə olur: qlobal güclər savaşır, xalqlar bunun bədələni ödəyir.

Hakimiyyətləri meydanlarda formalaşdırılan, iqtidar komandası küçələrdə yaradılan ölkələr gözümüzün qarşısında bədbəxtlik girdabından qurtula bilmirlər. 10 il öncə Yanukoviçi devirib, Kiyevdə növbəti Maydan hərəkatına start verən Qərb bu gün Ukrayna xarabazarlıqları altında çürüyən sadə ukraynalıların cəsədləri üzərindən siyasət yürüdür.

2003-cü ildə əllərində çiçək tutan Saakaşvili hakimiyyətə gəldi, iki müddət ölkənin birinci kreslosunda əyləşdi. Amma özü ilə bərabər ölkəsini də çıxmaza saldı. Çünki o, yad mərkəzlərin layihəsi olaraq gürcü xalqına sırınmışdı. Gürcüstanı böyük risklərə, lazımsız təcrübələrə soxdu. Saakaşvilinin 2008-ci ilin avqust ayındakı avantürist davranışının yaralarını gürcülər hələ də sağalda bilmir. Məhz Qərbin diktəsi nəticəsində Rusiya ilə toqquşdu. O Rusiya ilə ki, həmin vaxt indikindən 10 qat daha güclü idi.

2018-ci ilin bu günlərində Nikol Paşinyan da qəfil, heç kimin gözləmədiyi şəkildə iqtidara gəldi. Meydanlardan idarəetməyə atlandı. Ölkəsini böyük savaşa sürüklədi; İkinci Qarabağ müharibəsində məğlub oldu, kapituliyasiya sənədi imzaladı, Ermənistanı uçurumun kənarına gətirdi. Halbuki zamanında lazımi addımları atsaydı, ölkəsi bu cür acınacaqlı duruma düşməzdi. İndi keçmiş prezident Serj Sərkisyan onun haqqında “Paşinyan sülh dilənir” deyir. Guya Serjik Paşinyanın yerində olsaydı, bu cür biabırçı, layiq olduğu məğlubiyyətlə üzləşsəydi, Azərbaycana yalvarmayacaqdı?

Artıq Azadlıq meydanları xalqlara xoşbəxtlik, müstəqillik, demokratiya gətirmir. Bunu son 36 ildə keçmiş sovet məkanında baş verən proseslər sayəsində gördük, bildik. Azərbaycan da daxil olmaqla 1988-93-cü illərdə postsovet ölkələrinin baş meydanlarında Xalq Cəbhəsi adı altında xüsusi xidmət orqanlarının yaradıb küçələrə buraxdığı xaotik hərəkat bir ölkəni, xalqı xoşbəxt etmədi.

Nə yazıq ki, hələ də bəzi cəmiyyətləri meydan nağılına inandıra bilirlər. Etiraz gözəldir. Hökumətə narazılıq bildirilməlidir. Bir şərtlə ki, bu, təbii proses kimi meydana çıxsın. Daha Moskvanın, Vaşinqtonun, Tehranın, Brüsselin və digər paytaxtların hazırlayıb yaydığı süni proses kimi yox. Bu cür siyasi-geopolitik pandemiyalar ölkələri bədbəxt edir, onillərlə problem girdabına yuvarlayır.

Çox şükür ki, Azərbaycan hazırda geopitik pandemiyanı ölkə sərhədlərindən kənarda tuta bilir. Xaosun Bakı küçələrinə yansımasının qarşısı alınır. Prezident İlham Əliyev bu qarışıqlığı Azərbaycana yaxın buraxmır. Ermənistan və Gürcüstandan əvvəl Bakıda iğtişaş yaradıb, ölkəni xaosa sürükləmək istədi kənar güclər. Vaxtında verilən qərar Qərbin Azərbaycandakı agentura şəbəkəsinə nöqtə zərbəsi endirmiş oldu. Mediada, siyasətdə, QHT sektorunda kamuflyaj olmuş təsir agentləri ətrafında keçirilən əməliyyatlar olmasaydı, bu gün Bakı Tiflis və İrəvanın gününə düşə bilərdi. Bura İran agenturasının da zərərsizləşdirilməsi əməliyyatlarını daxil etsək, ölkəmizin üzərində necə böyük və qorxunc oyunlar oynanıldığını təsəvvür etməkdə çətinlik çəkmərik.

Agentura şəbəkəsinin bəslənməsinin səbəbləri, hədəfləri var. Bu cür qruplar lazımi anda onminlərlə insanı yönəldib, küçələrə çıxarır. Əsas silahları da sosial şəbəkələrdir. Yeri gəlmişkən, deyilənə görə, son illər ABŞ-da, eləcə də bir sıra Avropa ölkələrində xeyli sayda azərbaycanlı aktivist sosial şəbəkələrdə kütlələrin yönləndirilməsi üzrə xüsusi təlim keçib. Bu adamlar xaotik vəziyyətlərdə kütlələrin idarə olunmasında peşəkarlaşıblar. Ötən yazılarda bu mövzuya toxunarkən bildirmişdik ki, aidiyyəti qurumlar bu şəxsləri tam olaraq təsbit edə bilməyib. Məxfilik yüksək səviyyədə təmin olunub.

Ermənistanın müstəqillik günündə bu ölkədə baş verənlərə baxaq: orda keşiş hökuməti devirməklə hədələyir. Gürcüstanda minlərlə insan hakimiyyətin istefasını tələb edir. Moskva və Qərb tərəfdarları arasında qarşıdurma pik həddə çatıb.

Azərbaycanda isə dünən – mayın 28-də, Müstəqillik Günündə Prezident İlham Əliyev Qarabağ torpaqlarında Azərbaycanın növbəti mərhələsinin təməlini qoyurdu. Xocalıda sakinlərlə görüşüb, onlara yeni evlərinin açarlarını təqdim etdi. Bu, həm də Xocalının timsalında ölkənin növbəti mərhələsinin açarı idi. Xocalıda 1992-ci ilin 26 fevralı günü baş verən dəhşətli hadisələr bizim ölkə və xalq olaraq məğlubiyyətimizin, Vətənsizliyimizin, Qarabağsızlığımızın əsasını qoymuşdu. O şəhərə qayıtmaq isə əks prosesin – qələbənin möhkəmləndirilməsinin, Böyük Qayıdışın geridönməz olduğunu bildirdi.

Azər Ayxan

Oxunub: 326
Paylaş:
Digər xəbərlər

Xəbərlər

17-11-2023, 19:22

İrəvan və Tbilisinin yeni anlaşması: Bakıya qarşı plan qurulur?

Xəbərlər

15-04-2023, 00:12

Ya razılaşın, ya da ordu danışacaq... - Bakı 8 kəndin qaytarılacağını ELAN ETDİ

Xəbərlər

3-12-2022, 12:16

Rusiyanın SINAQ MÜDDƏTİ bitir - Dəhşətli savaş hələ İNDİ BAŞLAYIR

Xəbərlər

10-09-2022, 16:20

Hansı xəritə ilə sərhəd çəkiləcək: 1921-ci il? – Paşinyan

Xəbərlər

13-01-2021, 13:51

SON DƏQİQƏ: Gürcüstan Ermənistanla sərhədləri BAĞLADI - Giriş-çıxış QADAĞAN EDİLDİ

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Moskva narahatdır: Ankara və Vaşinqton izahat tələb edildi
Çiy kələm bu şəxslərə olmaz
Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
Son xəbərlər
  • Bu gün, 11:23
    Moskva narahatdır: Ankara və Vaşinqton izahat tələb edildi
  • Bu gün, 09:06
    Çiy kələm bu şəxslərə olmaz
  • Dünən, 21:42
    Qastrit sadəcə mədə ağrısı deyil: İnteqrativ yanaşma ilə düzgün müalicə
  • Dünən, 20:20
    İsrail ordusu Livanı vurub - 11 nəfər öldü
  • Dünən, 19:21
    60 il əvvəl İranla İsraili birləşdirən plan – Bakının taktikası nəyi dəyişdi?
  • Dünən, 18:38
    Autizmin artmasının ən böyük səbəbi - Professor açıqladı
  • Dünən, 16:26
    Ukraynanın HHM problemi - NATO niyə riskə getmək istəmir?
  • Dünən, 14:57
    Qətər 3 iranlı pilotu əsir götürüb
  • Dünən, 13:16
    Dollar bolluğu - Azərbaycanın valyuta bazarında nə baş verir?
  • Dünən, 11:33
    BƏƏ-dən SEPAH-a: Hədə-qorxu tətbiq etmək...
  • Dünən, 10:31
    Özbəkistan və Qazaxıstan hərəkətə keçdi: Azərbaycan da qoşulacaq?
  • Dünən, 10:11
    Avropanın əsas çaylarından birində böhran: gəmilər hərəkət edə bilmir
  • 14-08-2026, 20:24
    Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir
  • 14-08-2026, 19:00
    Putinin Qərblə bağlı dəhşətli planı: NATO və Aİ-ni dağıtmaq əmrini verdi
  • 14-08-2026, 17:02
    Rusiyada gecə kabusu: 553 Ukrayna PUA-sı vuruldu
  • 14-08-2026, 15:41
    Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir
  • 14-08-2026, 14:33
    Lavrovdan KRİTİK MESAJ - “Avropa İttifaqı çox təhlükəli yol seçib”
  • 14-08-2026, 13:16
    ABŞ Yaxın Şərqə nəhəng hərbi güc göndərir: İrana yeni zərbə endiriləcək?
  • 14-08-2026, 12:50
    Qarayara xəstəliyi nədir? - Əlamətləri, qorunma yolları
  • 14-08-2026, 11:09
    İranlı general: Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib
  • 14-08-2026, 10:28
    Şimali Koreya Putinə belə dəstək verir
  • 14-08-2026, 00:56
    Çox çörək yedikdən sonra bu içki şişkinliyi azalda bilər
  • 13-08-2026, 22:43
    Bir gecədə hər şeyi dəyişdirən qərar: 65 il əvvəl Berlində nə baş verdi? – FOTOLAR
  • 13-08-2026, 20:26
    Britaniya İsrailə təzyiqi artırır: Hərbi ixrac risk altındadır
  • 13-08-2026, 19:37
    Trampın İran açıqlaması narahatlıq yaratdı – Azərbaycana risk varmı?
  • 13-08-2026, 18:55
    Ayaqyalın gəzmək böyrək xəstəliklərinə səbəb olur? - Pediatrdan cavab
  • 13-08-2026, 17:53
    Türkiyədən gözlənilməz həmlə: “düşməni” ilə yaxınlaşır – İkinci Əsəd ssenarisi
  • 13-08-2026, 16:39
    Gürcüstan Rusiya ilə sərhədi bağladı
  • 13-08-2026, 14:20
    Azərbaycanlılar Ermənistanda araşdırma aparır... - Paşinyan Əliyevin sözlərini təsdiqlədi
  • 13-08-2026, 13:30
    Gərginliyin arxasında İran dayanır - Yəmən
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə