• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
Bu vərdiş narahatlıq riskini artırır
ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
Başgicəllənmə bu xəstəliyin əlamətidir
Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia
Nahardan sonra yuxu gəlirsə, bunları edin
Türkiyə 23 il əvvəl ABŞ-ın təklifini niyə rədd etdi? – Metyu Brayza detalları açır
Vuçiç Üçüncü Dünya müharibəsinin başladığını ELAN ETDİ
Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
Kiyev seçkilərlə bağlı nöqtəni qoydu – RƏSMİ AÇIQLAMA
İranla müharibədən indi çıxa bilərik, amma... - Tramp
Dəmir Qübbəni idarə edən hərbçi İrana casusluq edirmiş
Yeni maaş modeli: Bəs pensiyalarda vəziyyət necə olacaq?
Əlləriniz və ayaqlarınız isinmirsə... - Xroniki üşümə hansı xəstəlikləri göstərir?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Gecənin inanılmaz BƏD XƏBƏRİ: Axır ki, bu da oldu... - SON ANDA!

Xəbərlər

19-02-2019, 00:27

Gecənin inanılmaz BƏD XƏBƏRİ: Axır ki, bu da oldu... -  SON ANDA!

Ölkədə unun son bir neçə ayda davam edən tədricən bahalaşması prosesi artıq çörək istehsalçılarını, o cümlədən əhalini narahat etməyə başlayıb. Belə ki, son aylarda 50 kiloqramlıq kisələrin qiymətində unun növündən asılı olaraq 2-5 manat arasında artım qeydə alınıb. Ötən ay isə 1 manat bahalaşma olub. İstehlakçılar isə bu səbəbdən çörəyin çəkisində müəyyən azalmaların olduğunu bildirirlər.

Unikal.org xəbər verir ki, unun qiymətinin artmasını "Yeni Müsavat”a danışan çörək istehsalçıları da təsdiqləyiblər.

Təndir çörəyi satışı ilə məşğul olan kiçik sahibkar bir ay öncə 27 manata aldığı un kisəsini indi 28.50 manata aldığını bildirdi: "50 kiloqramlıq ”Mehriban" unu 27 manatdan 28.50 manata qalxdı, "Sarı Sünbül” ununun 50 kiloqramlıq kisəsi əvvəl 26 manat idi, sonra 26.50-yə qalxdı, indi də 27.50 manatdır. "Karmen” unu 25.40 manatdan 27 manata qalxdı. Öncəki aylarda 30-40 qəpiklik cüzi artım baş verirdisə, son bir ayda 1 manat bahalaşma oldu".

"Gilan Holdinq №1" çörək zavodunun satış departamentinin müdiri Ramin Qədirov da təsdiqlədi ki, unun qiymətində son aylar bahalaşma var: ”Bu da bizim işimizə birbaşa təsir edir, unun qiyməti qalxırsa, çörəyin maya dəyəri də artır. Hələ ki çörəyin çəkisini azaltmamışıq. Hazırda ziyanla işləyirik. Unun qiymətinin tənzimlənməyini istəyirik. Son 6 ayda unun qiyməti orta hesabla 40 faizə qədər qalxıb. Əvvəllər kiloqramını 39 qəpiyə alırdıq, indi isə 53-55 qəpiyə qalxıb. Fikrimcə, səbəb xarici amillərlə bağlıdır. Biz unu, buğdanı xaricdən idxal edirik. Rusiyada məhsul az olub, qıtlıq olduğu üçün qiymətin qalxdığını düşünürük".

Ekspertlər isə unun bahalaşmasına səbəb kimi dünya bazarında baş verən qiymət artımı göstərirlər. Çünki Azərbaycana ərzaq buğdası xaricdən idxal olunur. Unun qiyməti ilə bağlı market və mağazalarda apardığımız müşahidə zamanı bahalaşmanın şahidi olduq. Çəki ilə satılan unun qiymətində 4-5 qəpik, bəzi kağız bağlamalardakı unun qiymətində isə 10 qəpik civarında artım var.

İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov açıqlamasında bildirdi ki, bu, dünya bazarında taxılın qiymətində baş verən dəyişikliyə daxili bazarın reaksiyasıdır: "Bu daha çox informativ təsirlərdir. Ticarətlə məşğul olan insanlar hər fürsətdən məharətlə istifadə edirlər. Bundan öncə baş verən qiymət artımlarında da biz bunun şahidi olduq. Qiymət artımında hazırda əsas faktor manatın məzənnəsi ola bilərdi ki, o da hələ ki sabitdir və yaxın zamanlarda dəyişəcəyi gözlənilmir”.

İqtisadçı onu da vurğuladı ki, bu cür problemlərin yaşanmaması üçün xaricdən asılılığı azaltmaq və idxalı yerli istehsalla əvəzləmək lazımdır: "Azərbaycanın taxılla bağlı əsas problemlərindən biri də budur ki, əlavə növ taxıl buğdasını xaricdən idxal edirik. Yüksək keyfiyyətli un üçün lazım olan taxılı istehsal edə bilmirik. Ona görə də bizim taxılın keyfiyyəti o səviyyədə deyil ki, bazarın tələbatı onunla ödənilsin. Gərək məhsulun əkininin strukturunda müəyyən dəyişikliklər edilsin. Mən bu mövzuda mütəxəssislərlə də söhbət eləmişəm. Yerli şəraitin də müəyyən təsirləri var. Ancaq bunu təkcə şəraitlə bağlamaq düzgün deyil. İndi müasir texnologiyalar imkan verir ki, hətta şoran torpaqda belə istədiyiniz məhsulu əldə edəsiniz. Bu mərhələni adlamaq mümkündür. Hazırda bazarlarda satılan yüksək keyfiyyətli unun taxılı xaricdən gətirilir. Ona görə də buğda idxalı çox böyük rəqəmlərlə ifadə olunur. Əsasən Rusiya və Qazaxıstandan idxal olunur”.

F.Yusifovun sözlərinə görə, dövlət başçısının aqrar sektorun inkişafı ilə bağlı çıxışlarında bu məsələ çox ciddi şəkildə qoyulub: "Kənd Təsərrüfatı Nazirliyinin qarşısında tələb qoyulub ki, taxıl balansında olan vəziyyəti düzəltmək üçün tədbirlər görülsün. Ancaq o proqramların reallaşması nə zaman baş verəcək, bunu demək çətindir. Digər bir məsələ isə odur ki, çox ciddi investisiya tələb edən bu sahədə iş adamlarının vəsaiti sığortalanmır. Çünki aqrar sığorta məsələsi tam reallaşmayıb. Məsələyə kompleks yanaşmaq lazımdır. Bu işi görən sahibkar öz yatırımını sığortalamaq istəyir. Biz bu sahənin problemlərini həll edib idxaldan asılılığımızı azaltmaq istəyiriksə yüksək keyfiyyətli taxıl əkini üçün hər şəraiti yaratmalıyıq”.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında yer alan son statistik məlumata əsasən, ötən ilin 11 ayında ölkəmizə 992 353.87 ton buğda idxal olunub və bunun üçün 187 milyon 540 min 920 min ABŞ dolları vəsait xərclənib. Bu rəqəmləri nəzərə alsaq, deyə bilərik ki, bir ton ərzaq buğdası 188 dollara, yəni təxminən 320 manata başa gəlir.

Ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, 2017-ci ilin 11 ayında 1 milyon 120 min 804.47 ton buğda idxal edilib və bunun üçün 200 milyon 631min 780 ABŞ dolları vəsait xərclənib. Belə olan halda, buğdanın 1 tonu 179 dollara başa gəlib və bu da manat ifadəsində 304 manata bərabərdir. Buğdanın hər tonuna görə 16 manatlıq bahalaşma sonda unun qiymətində də öz əksini tapır.

Artımın səbəbi ötən il dünyada taxıl istehsalının aşağı düşməsidir. Belə ki, Beynəlxalq Taxıl Şurasının məlumatına görə, ötən il avqustun 2-dək dünya üzrə 737 milyon ton buğda istehsal edilib. Ötən ilin eyni dövründə istehsal 758 milyon ton idi. Əsas taxıl ixracatçılarından olan Rusiyada da taxıl istehsalında geriləmənin olduğu bildirilir. Bütün bunlar həm birbaşa, həm də informativ olaraq unun qiymətinə təsir göstərir. Bunun çörəyin qiymətinə və ya çəkisinə necə təsir göstərəcəyini isə qarşıdakı dövrdə görə biləcəyik.

Oxunub: 3 709
Paylaş:
Digər xəbərlər

Xəbərlər

9-01-2019, 00:48

Gecənin inanılmaz BƏD XƏBƏRİ: - Millət hazır ol... - TƏCİLİ!

Xəbərlər

31-12-2018, 00:40

SON ANDA!!! Yeni il ərəfəsi BƏD XƏBƏR: Azərbaycanda un - cörək də bahalaşdı – Son qiymət

---

8-12-2018, 01:04

GECƏNİN İNANILMAZ BƏD XƏBƏRİ: - Millət hazır ol... - TƏCİLİ!

Xəbərlər

25-11-2018, 01:30

Təcili! İNANILMAZ DAHA BİR BƏD XƏBƏR: Döy başına ay millət...

---

16-10-2018, 02:14

GECƏNIN ŞAD XƏBƏRİ - Bu lap əla oldu... - SON ANDA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
Bu vərdiş narahatlıq riskini artırır
ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
Başgicəllənmə bu xəstəliyin əlamətidir
Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
Son xəbərlər
  • Dünən, 22:21
    3 bürc üçün 35 günlük "xaos" dövrü başladı
  • Dünən, 21:08
    Bu vərdiş narahatlıq riskini artırır
  • Dünən, 20:44
    ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?
  • Dünən, 19:22
    Türkiyədən Suriya açıqlaması: Şiddətlə qınayırıq!
  • Dünən, 18:41
    Başgicəllənmə bu xəstəliyin əlamətidir
  • Dünən, 17:34
    Ukrayna nümayəndə heyəti ABŞ-a gəldi – Səbəb
  • Dünən, 16:16
    Mükafatın ləğvi və vahid maaş modeli: Yeni sistemin hansı üstünlükləri var?
  • Dünən, 15:27
    Ən zərərli çörək növü açıqlandı: Almazdan əvvəl iki dəfə düşünün
  • Dünən, 14:49
    Uşaqların başlatdığı davaya ailələr də qoşuldu: 3 ölü, 22 yaralı
  • Dünən, 13:00
    Erməni arxiyepiskop KQB agenti olub - Şok iddia
  • Dünən, 12:37
    Nahardan sonra yuxu gəlirsə, bunları edin
  • Dünən, 11:57
    Türkiyə 23 il əvvəl ABŞ-ın təklifini niyə rədd etdi? – Metyu Brayza detalları açır
  • Dünən, 10:23
    Vuçiç Üçüncü Dünya müharibəsinin başladığını ELAN ETDİ
  • Dünən, 09:03
    Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır
  • 20-03-2026, 21:57
    Cəfəri suyu necə hazırlanır? - Ləzzət qatan 5 asan və fərqli resept
  • 20-03-2026, 20:45
    Kiyev seçkilərlə bağlı nöqtəni qoydu – RƏSMİ AÇIQLAMA
  • 20-03-2026, 19:29
    İranla müharibədən indi çıxa bilərik, amma... - Tramp
  • 20-03-2026, 17:23
    Dəmir Qübbəni idarə edən hərbçi İrana casusluq edirmiş
  • 20-03-2026, 16:04
    Yeni maaş modeli: Bəs pensiyalarda vəziyyət necə olacaq?
  • 20-03-2026, 15:36
    Əlləriniz və ayaqlarınız isinmirsə... - Xroniki üşümə hansı xəstəlikləri göstərir?
  • 20-03-2026, 14:43
    Nikol Paşinyan: Köçəryanın siyasəti Azərbaycanla müharibəni qaçılmaz edir
  • 20-03-2026, 12:37
    1 kiloqramlıq körpənin ürəyi əməliyyat olundu
  • 20-03-2026, 11:51
    Rəsmi Pekin: Tayvan məsələsi Çinin daxili işidir
  • 20-03-2026, 09:10
    Qışdan çıxan bədəndə nə çatışmır? – Orqanizmin gizli siqnalları
  • 19-03-2026, 22:18
    Niyə uşağı “2” qiymətinə görə danlamaq olmaz?
  • 19-03-2026, 21:53
    Əl və Ayaq Dərisi Niyə Quruyur? Onları Necə Nəmləndirmək Olar?
  • 19-03-2026, 20:50
    Sadə görünür, amma təhlükəlidir - Diş əti qanaması nəyin xəbəridir?
  • 19-03-2026, 19:05
    Nahardan sonra yuxu gəlirsə, bunları edin
  • 19-03-2026, 18:12
    Telefon və kompüter gözünüzü necə zədələyir? - Mavi işığın təhlükələri
  • 19-03-2026, 17:26
    Limitləri aşdı, satışı qadağan edildi - Nazirlikdən xəbərdarlıq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə