Belarus Prezidenti Aleksandr Lukaşenko İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında ölməsində ABŞ-ı ittiham edib.
Axar.az xəbər verir ki, bu barədə Lukaşenko Putinlə görüşdə danışıb.
"Prezident kimi yox, bir sıravi şəxs kimi deyəcəyəm: ABŞ-ın rəzil, iyrənc mövqeyi buna gətirib çıxardı. Mən ilk növbədə sanksiyaları nəzərdə tuturam. Bu əclafların gəmilərə, təyyarələrə, helikopterlərə və insanları daşıyan digər vasitələrə qarşı sanksiya tətbiq etmək hüququ yox idi", - Lukaşenko qeyd edib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.