• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu ölkədən Putinə zəng gəlsə, Ukraynada müharibə dərhal dayanacaq – ABŞ adını açıqladı
Naringi qabığının unikal xüsusiyyəti açıqlandı
Dünyanın ən qəddar 3 bürcü - Daş ürəklilər...
Keratopiqmentasiya Nədir?
Azərbaycan səhiyyəsinin böyük problemləri: Ehtiyac var, amma...
ABŞ indi də Qazaxıstanı hədəf aldı: Plan nədir?
Anemiya bir dəqiqədə aşkar edilə bilər: Həkimdən SADƏ EV TESTİ
Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək?
Ürək xəstəlikləri uşaqlara da təsir edir: Erkən əlamətlər
Azərbaycanda idarəetmə yenilənir – Prezidentdən mühüm tapşırıq
Paşinyandan Azərbaycan bağlı etiraf - “Hələ bu xəbəri həzm etməmişik”
Bel ağrıları üçün MRT mənasızdır – Məşhur həkim
Netanyahudan iki tələb, Trampdan təcili çağırış – İranla bağlı müəmma yarandı
ABŞ özəl hərbi şirkəti Ermənistana göndərilir?
Qışda immuniteti gücləndirən yeməklər - Mütəxəssisdən tövsiyələr
4 bürcə pul axını olacaq
Mədə xərçəngi riskini artıran amillər nələrdir?
Bu Avropa ölkəsində əmr verildi: Böyük müharibəyə hazırlıq başladı
Moskvadan etiraf: Azərbaycanla Ermənistan əldən çıxır
Diş itkisi yalnız estetik problem deyil - Sağlamlıq üçün təhlükədir
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Günahkar tapılacaq, ya təyin ediləcək? – Moskvadakı teraktla bağlı ŞOK DETALLAR

Xəbərlər

23-03-2024, 11:47

Günahkar tapılacaq, ya təyin ediləcək? – Moskvadakı teraktla bağlı ŞOK DETALLAR



Moskvada baş verən hadisə teraktdır. Kimin hansı niyyətlə törətməsindən, hədəfində kimlər və nələr olmasından asılı olmayaraq lənətlənməlidir.

Amma baş verənləri dəyərləndirmək üçün bir neçə fərqli aspekti nəzərdən keçirmək lazım gəlir:

1)Nə baş verdi?

2)Niyə indi?

3)Hədəfdə kimlər və nələr var?

4)Kim törətdi?

5)Baş verənlərə görə kim günahlandırılacaq?

6)Baş verənlərdən kim faydalanacaq?

Suallar bir-birinə üzvi bağlıdır, bəzən birinin cavabı digərlərinə də cavab kimi başa düşülə bilər.

Nə baş verdiyi aydındır-bu, birmənalı olaraq terrordur. Lakin məqsədləri, nəticələri, obyekti və subyektləri haqda belə əminliklə birmənalı cavab vermək çətindir, bəlkə də mümkün deyil. Teraktın kimə lazım olduğu və kim tərəfindən törədildiyi nəticələrindən faydalanacaq ünvanlar aşkarlandıqdan sonra bilinəcək. Hələlik yalnız ehtimallar səslənmdirmək olar.

İlkin versiyalarda Qərb qurumları İŞİD-i , Rusiya tərəfi isə Qərb və Ukrayna xüsusi xidmətlərinı ünvan verirlər. Bəzi ehtimallarda Rusiya xüsusi xidmət orqanlarının təxribatı olması da nəzərdən keçirilir.

İŞİD edə bilərdimi? Söhbət İŞİD-in “Vilayəti-Xorasan” qanadı deyilən təşkilatdan gedir. Son günlər bu qurumun adı Əfqanıstanda, Orta Asiyada da hansısa teraktlarda hallandırılır. Moskva isə Orta Asiyadakı QHT-lərin anti-Rusiya fəaliyyəti haqda rəsmi açıqlama vermiş, bundan sonra Qərb KİV-lərində xəbər verilirdi ki, Orta Asiyada Rusiya əleyhdarı kimi tanının QHT-lərə qarşı “ovlama” kampaniyası başladılıb. Yeni tranzit yollarının (Şəqr-Qərb, Lazurit, Transxəzər) bu bölgədən keçməsi, Rusiyaya qarşı sanksiyaların dəlinməsində regionun xüsusi rolu, Çin və ABŞ-ın, eləcə də regional oyunçuların (Türkiyə, Körfəz ölkələri və İran) bölgəyə marağının hədsiz artması, C5+1 (regionda beş ölkə, üstəgəl ABŞ), hətta SC3+2 çərçivəsi (Orta Asiya və Cənubi Qafqaz dövlətləri +ABŞ +Avropa İttifaqı) kimi regional layihələrin yenidən aktuallaşdırılması nəzərdən qaçırıla bilməz. Görünür, Orta Asiya uğrunda mübarizənin indi qanlı fazasına da start verməkdə maraqlı tərəflər var.

Ukrayna xüsusi xidmətlərinin işi olması ehtimalı azdır. Kiyev veriləcək cavabın miqyasını anlayır. Həm də Kiyev savaşda mümkün qədəri dünya ictimai rəyinin rəğbətinə oynayır, teraktlar ictimai rəyin onun əleyhinə dəyişməsinə səbəb olardı. Hərçənd ki, Rusiya məmnuniyyətlə bu ünvanda israr edir, bu, ona müharibənin məhz müharibə adı ilə aparmaq , üstəlik Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun dediyi kimi, qanunvericilikdə müvafiq dəyişiklik etmək, 300 minlik yeni səfərbərliyə haqq qazandırmaq üçün əla girəvə verir.

Elə isə bu terakt Rusiyanın, daha doğrusu, siyasi iradə sahibinin öz təxribatı ola bilərmi? Vladimir Putin hakimiyyət pillələri ilə sürətli yüksəlişə görə II Çeçen savaşı ərəfəsində baş verən mübhəm teraktlara borcludur. Moskvanın İçkeriya hökumətini faktiki müstəqil dövlət kimi tanıdığı sülh müqaviləsi o teraktlardan sonra əhəmiyyətsizləşdi. Rus telekanalları FTX-nin heç kimin tanımadığı yeni gənc rəhbərinin təyyarədə onun şərəfinə qaldırılan badələri içmədən yerə axıtdığını əks etdirən epizodu dönə- dönə fırladırdılar. Əla rejissor işi olan o epizodda gənc baş kəşfiyyatçı yalnız qisas alındıqdan, “düşmənin başı sortirdə isladıldıqan” (mocit budem ix v sortire) sonra qədəh toqquşduracağını deyirdi. “Rus mijiki” vəcdə gəlmişdi; başına ağa qoyulmuş şəxs, nəhayət ki, əsl kişi rəhbər obrazında idi, onun kimi düşünür, onun kimi qaradəməklərə nifrət edir, hələ onun kimi ağızdan da yava idi. Bu, russayağı “varis planı” idi.

O planda Qərb də iştirakçı idi: Berezovskidən- Qusinskiyə, Çubaysdan Xakamadayədək bütün qərbçi tanınmış rusiyalı ictimai siyasi xadimlər bu plana dəstək vermişdilər. Hətta Soros sonralar Berezovski- Putin çəkişməsinin ilkin vaxtlarında açıq şəkildə Putinin tərəfini tuturdu. Zaman gəldi - buynuz kəllədən önə çıxdı, planda rol almış hər kəs neytrallaşdı, həm də çox vaxt fiziki baxımdan. Varis heç kimə borclu qalmaq, şahid saxlamaq istəmirdi. Gah Yandarbiyevin, gah Raduyevin, gah Berezovskinin cəsədləri dünyanın dörd bir yanında tapılırdı.

Amma indi baş verənlər Rusiya xüsusi xidmət orqanlarının əməlindən daha çox, uğursuzluğuna bənzəyir. Belə bir təxribat təşkil edərkən yan fəsadları hesablamaq demək olar ki, qeyri-mümkündür: sosial partlayışlara, antimilitarist kütləvi kasiyalara da səbəb ola bilər. Demək, belə bir addıma cəsarətlənmək çoxlarının düşündüyü qədər asan deyil. Həm də dediyimiz kimi, bu təxribat Putinin işinə yaramayıb əleyhinə də işləyə bilər. Bir az irəli gedib terror aktının çoxdan başlamış bəzi proseslərin katalizatoru olacağını da proqnozlaşdırırlar: Rusiya terrora və vətəndaş müharibəsinə doğru daha çox yaxınlaşır. Bu qədər ifrat ssenarini bölüşmək çətindir, hərçənd istisna da deyil.

Bəs yenə xaricdəki və daxildəki hansısa qüvvələrin birləşərək yeni varis planı başlatdığını güman etmək olarmı? Bu versiyanı da rədd etməyə əsas var - seçkilər təzəcə başa çatıb. Bəlkə yeni “varis planı”na imkan vermədiyi üçün Putindən qisas alınır? Əgər yaxın günlərdə Rusiya hərbiyyəsinin və ya əmniyyəsinin hansısa fiqurunun, ya da rus siyasətindəki hansısa “qırğının” hədsiz fəallaşmasını görsəniz, bu versiyaya haqq qazandırmaq lazım gələcək.

Çeçen savaşları Xəzər neftinin haradan - ənənəvi Şimal (Novorossiysk) yoxsa Gürcüstan (BTC) marşrutu ilə daşınması haqda mübahisələrə son qoydu; ikinci marşrutun lehinə son qərar verilməsini sürətləndirdi. Ukraynaya qarşı başlatdığı savaş isə Rusiyanın Şərq-Qərb marşrutundakı rolunu minimallaşdırıb, indi Rusiyanın daxilində hansısa təbəddülatlar Rusiya marşrutunun birdəfəlik sıradan çıxması demək olardı.

Nəhayət, çeçen savaşlarının bir yekunu da Rusiyada həm biznesdə, həm də siyasətdə xeyli güclənmiş vaynax diasporunu da (Ruslan Xasbulatov, Xojaxmet Nuxayev və b.) sıradan çıxarmışdı. Xasbulatov Rusiyada birinci şəxs olmağa real iddiaçı idi, çeçenlərin Rusiya biznesində payı 20 faizdən çox idi və bunlar kiçik xalq üçün böyük uğur sayıla bilərdi.

İndi yenidən vaynax icmasının güclənməsinə qarşı bir dözümsüzlük müşahidə olunur-Kadırovun Ukrayna cəbhəsində fəallığı, özünə faktiki əlavə imtiyazlar əldə etməsi çoxlarına xoş gəlmir, onun zəhərləndiyi haqda məlumatlar verilir. Bəzilərinin yeni Xasbulatov kimi gördüyü Vladislav Surkov (çeçen əsillidir) hələ 2020-ci ildə vəzifəsindən azad edilib, bu günlər isə İnquşetiyada “islam fundamentalistləri” ilə rus xüsusi xidmətləri arasında ciddi toqquşmalar qeydə alınmışdı. İŞİD-Xorasanın Rusiya qolunun üzvlərinin inquş olduğu elan edilsə, təəccüblənməzdim. Onsuz da bu təxribatın gerçək səbəbləri və faillərini bilməyəcəyik. Günahkar tapılmayacaq. Günahkar təyin ediləcək. Bu təyinata yenə də vaynaxların “layiq” bilinməsi qəribə olmazdı.

Sonda “Crocus city”nin terakt hədəfi kimi seçilməsinin təsadüfi olduğuna inanmaq istərdik, əks halda Rusiyadakı azərbaycanlı icmasının uğurlu şəxslərinin də hədəfə alındığını təsbit etmək lazım gələcək. Leonid Kanevski demişkən, bu, artıq tam başqa tarixçədir...

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxunub: 286
Paylaş:
Digər xəbərlər

Xəbərlər

8-03-2024, 15:27

ABŞ və Böyük Britaniya “Rusiyada terror” xəbərdarlığı edir - ŞƏRH

Xəbərlər

29-08-2023, 10:56

Krıma görə Qərb də cavab verəcək – Rusiya hədələdi

Xəbərlər

29-04-2023, 18:37

İrəvan danışıqları niyə yubadır? - Erməni politoloqdan sensasion etiraf

Xəbərlər

17-05-2022, 18:25

Ukrayna heç kimə lazım deyil - Lavrov

Araşdırma

6-02-2020, 11:52

Koronavirusa görə kimlər maska taxmaya bilər? - ÜST cavab verdi

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu ölkədən Putinə zəng gəlsə, Ukraynada müharibə dərhal dayanacaq – ABŞ adını açıqladı
Naringi qabığının unikal xüsusiyyəti açıqlandı
Dünyanın ən qəddar 3 bürcü - Daş ürəklilər...
Keratopiqmentasiya Nədir?
Azərbaycan səhiyyəsinin böyük problemləri: Ehtiyac var, amma...
ABŞ indi də Qazaxıstanı hədəf aldı: Plan nədir?
Son xəbərlər
  • Bu gün, 10:23
    Bu ölkədən Putinə zəng gəlsə, Ukraynada müharibə dərhal dayanacaq – ABŞ adını açıqladı
  • Bu gün, 09:05
    Naringi qabığının unikal xüsusiyyəti açıqlandı
  • Dünən, 22:50
    Dünyanın ən qəddar 3 bürcü - Daş ürəklilər...
  • Dünən, 21:36
    Keratopiqmentasiya Nədir?
  • Dünən, 20:20
    Azərbaycan səhiyyəsinin böyük problemləri: Ehtiyac var, amma...
  • Dünən, 19:42
    ABŞ indi də Qazaxıstanı hədəf aldı: Plan nədir?
  • Dünən, 18:48
    Anemiya bir dəqiqədə aşkar edilə bilər: Həkimdən SADƏ EV TESTİ
  • Dünən, 16:16
    Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək?
  • Dünən, 15:22
    Ürək xəstəlikləri uşaqlara da təsir edir: Erkən əlamətlər
  • Dünən, 14:08
    Azərbaycanda idarəetmə yenilənir – Prezidentdən mühüm tapşırıq
  • Dünən, 13:29
    Paşinyandan Azərbaycan bağlı etiraf - “Hələ bu xəbəri həzm etməmişik”
  • Dünən, 12:50
    Bel ağrıları üçün MRT mənasızdır – Məşhur həkim
  • Dünən, 11:38
    Netanyahudan iki tələb, Trampdan təcili çağırış – İranla bağlı müəmma yarandı
  • Dünən, 10:48
    ABŞ özəl hərbi şirkəti Ermənistana göndərilir?
  • Dünən, 09:14
    Qışda immuniteti gücləndirən yeməklər - Mütəxəssisdən tövsiyələr
  • 13-02-2026, 22:25
    4 bürcə pul axını olacaq
  • 13-02-2026, 21:40
    Mədə xərçəngi riskini artıran amillər nələrdir?
  • 13-02-2026, 20:37
    Bu Avropa ölkəsində əmr verildi: Böyük müharibəyə hazırlıq başladı
  • 13-02-2026, 19:09
    Moskvadan etiraf: Azərbaycanla Ermənistan əldən çıxır
  • 13-02-2026, 18:47
    Diş itkisi yalnız estetik problem deyil - Sağlamlıq üçün təhlükədir
  • 13-02-2026, 17:50
    Azərbaycanda boşanmaq istəyənlər cərimə ödəyəcək? – Açıqlama
  • 13-02-2026, 16:26
    Azərbaycan sərhədinə bir ilk yaşandı – Tezliklə nəticələri bilinəcək
  • 13-02-2026, 15:34
    20 yaşlarda belə başlaya bilər: "Parkinson"un gizli əlamətləri
  • 13-02-2026, 14:40
    Müəyyən bir anlaşma var: Kremldən Ukrayna ilə bağlı nikbin mesaj
  • 13-02-2026, 13:27
    Paşinyan Bakı ilə bağlı planı açıqladı: “Seçkilərdən daha öndədir”
  • 13-02-2026, 12:21
    Hər gün şorba yemək vacibdir?
  • 13-02-2026, 11:32
    NATO rəhbərindən Putinə gözlənilməz jest: Makronun ideyasını dəstəklədi…
  • 13-02-2026, 10:22
    Fransaya müharibə elan edildi
  • 13-02-2026, 09:03
    Hibiskus çayı yüksək təzyiqi aşağı salır – Həkim
  • 12-02-2026, 22:10
    İnsan həyatının ən yorucu dövrü: On il davam edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə