İsveç rəsmi olaraq NATO alyansına üzv olub.
Publika.az xəbər verir ki, bu barədə krallığın hökumət idarəsinin yaydığı bəyanatda bildirilir .
“Baş nazir Ulf Kristersson İsveçin Şimali Atlantika Müqaviləsi üzrə depozitari adlandırılan ABŞ hökumətinə qoşulma sənədini təhvil verdi. Beləliklə, İsveç NATO-ya üzv oldu”, - deyə mətbuat xidməti qeyd edib.
Yerli vaxtla saat 19:00-da Kristersson xalqa müraciət edəcək.
Bundan əvvəl ABŞ Dövlət Departamenti İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun Vaşinqtonun ratifikasiya sənədlərini almasından sonra qüvvəyə mindiyini bildirmişdi.
İsveç Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin başlanması ilə əlaqədar 2022-ci ildə NATO-ya üzv olmaq üçün ərizə təqdim edib. Bununla yanaşı, Finlandiya 2023-cü ilin aprelində alyansa qoşulmaq üçün ərizə təqdim edib.
Hüseyn İbadlı