ABŞ Prezidenti Co Bayden İsraillə HƏMAS arasındakı humanitar atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanı alqışlayıb.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yayılıb.
Bayden razılaşmanın əldə edilməsində göstərdikləri vacib liderliyə görə Qətər və Misir liderlərinə, humanitar yardımın çatdırılması üçün Qəzzada döyüşlərdə uzun fasiləyə razılıq verdiyinə görə İsrailə təşəkkür edib.