Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana humanitar yardım üçün təşəkkür edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-in "Twitter" hesabındakı paylaşımda bildirib.
"Ukrayna şəhərlərini generator və transformatorlarla təmin etdiyi üçün Azərbaycana minnətdarıq. Bu, Ukraynanın zərər görmüş kritik infrastrukturunun bərpası üçün çox vacibdir", - deyə paylaşımda qeyd olunub.