• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
Ayaq şişkinliyini aradan qaldıran təbii üsullar
Moskvaya böyük hücum: Şəhərin neft strukturu məhv edildi
Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
Səhər beynin dumanlı olmasının əsas səbəbləri
Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

Paris İrəvanı kimə qarşı silahlandırır? – Diqqətdən qaçan məqam

Xəbərlər

16-11-2023, 14:04

Paris İrəvanı kimə qarşı silahlandırır? – Diqqətdən qaçan məqam



Son zamanlarda Ermənistanın Fransa və Hindistanla hərbi sahədə əməkdaşlığı gücləndirməsi, yeni imzalanan müqavilələr əsasında İrəvana silah və müdafiə sistemlərinin göndərilməsi regionun əsas gündəmindədir.

Globalinfo.az bu mövzuda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, Milli Təhlükəsizlik və Hərbi-Humanitar elmlər üzrə professor Tahirə Allahyarova ilə müsahibəni təqdim edir.

– Ermənistanın Fransa tərəfindən silahlandırılması hansı məqsədlərə xidmət edir?

– Bir müddətdir ki, yerli və xarici mediada Fransa və Ermənistan arasında hərbi texnika tədarükünə dair razılaşmalarla bağlı məlumatlar yer alırdı. Ötən ay, oktyabrın 22-23-də iki ölkənin hərbi struktur rəhbərləri arasında “Mistral” zenit-raket kompleksləri(ZRK) hava hücumundan müdafiə sistemləri, xüsusən də radar və zenit sistemləri, zirehli texnika, gecə müşahidə cihazları və s.-lə bağlı razılaşmanın olduğunu açıqladı. Noyabrın 11-12-də “Acmat” (Fransa) şirkətinin istehsalı olan “Bastion” çoxməqsədli zirehli maşınları Gürcüstanın Poti limanı üzərindən İrəvana göndərilməsi mediada gündəm başlığı oldu. Bu isə təsadüfi deyil.

Əvvəla, regionda on illərlə davam edən münaqişə Azərbaycanın qələbəsi ilə başa çatıb, bütün dünyanın təsdiq etdiyi torpaqlardan işğalçılar çıxarılıb. Azərbaycan son 3 ildə sülh proseslərinin inkişaf etdirilməsinə ardıcıl olaraq səy göstərir.

İkincisi, Ermənistan nə qədər revanşizm isterikasına yoluxsa da, artıq özünün heç zaman olmayan hərbi gücünü yaratmağa qadir deyil. Regionun ən güclü ordusu Azərbaycan Ordusudur. Paradoksal olan daha bir məqam: sülh proseslərinin vasitəçisi olan Avropa Birliyinə üzv ölkənin – Fransanın riyakarcasına silahlanma və bölgədə hərbi balansı pozmaq səyləri fonunda bu məkanda demək olar ki, tam susqunluq hökm sürür.

-Fransa Moskva və Tehranın müttəfiqi olan Ermənistanı silahlandırmaq riskini necə gözə alır?

-Absurd sayılacaq daha bir arqument ondan ibarətdir ki, silah verən və alan tərəfin məntiqinə görə, bu silahlar guya Azərbaycanın növbəti hərbi əməliyyatlarına qarşı Ermənistanın sırf özünü müdafiə etməsi üçün verilir. Nəhayət, ərazisində Rusiyanın iki hərbi bazası olan, hava məkanını və sərhədlərini Rusiyanın qoruduğu, son 30 ildə hərbi silahların 90 faizini yalnız Rusiyadan alan bir ölkədə Fransa nə etmək istəyir, daha doğrusu nə edə bilər? Bu sual da açıq qalır.

Hərbi texnikanın Fransa banklarından alınan kreditlə əldə edilməsinə dair hərbi analitiklərin açıqlamaları da diqqət çəkir. Ermənistan hazırda dörd bir tərəfdən bu ölkəyə edilən humanitar məqsədli maliyyə yardımlarını hərbi məqsədlər üçün istifadə edə bilər.

– Gürcüstan Fransa silahlarının Ermənistana daşınması məsələsinə münasibət bildirərək, hər iki region ölkəsinin özünün müdafiə sistemi qurmağa haqqının olduğunu bildirib. Sadəcə tranzit rolunda çıxış etdiyini, İrəvana qarşı sanksiyanın olmadığını əsas gətirib. Bəs əvvəllər uzun müddət Ermənistana silah tədarükündə tranzit ölkə olmaqdan imtina edən Tbilisi niyə bu dəfə razılaşdı?

– Görünür, uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina edən Gürcüstan son vaxtlar Avropa Birliyi ilə arasında yaranan soyuqluğu aradan qaldırmaq üçün bu addımı atıb. Beləliklə, Avropanın Ermənistanın tərəfini tutan siyasətini dəstəkləməyi özü üçün bir şans kimi görür.

Burada daha maraqlı məqamlardan biri odur ki, Fransanın Ermənistana göndərdiyi “Bastion” zirehli maşınları əvvəllər Ukrayna üçün nəzərdə tutulub. “Arquus” şirkətinin istehsalı olan “Bastion” çoxməqsədli hücum zirehli maşınların əvvəllər Ukraynaya göndərilməsi planlanıb. Lakin rəsmi Kiyev 12,5 tonluq maşınları artilleriya atəşindən və tank əleyhinə raketlərdən zəif qoruması səbəbilə onları almaqdan imtina edib. Bu barədə “Ouest France” internet portalı yazıb.

Bütün hallarda reallıq budur ki, Fransa Ermənistan ordusunu aşkar şəkildə silahlandırmağa başlayıb. Sayı açıqlanmasa da, adi gözlə 20-dən çox “Bastion” çoxməqsədli zirehli texnikalarının Gürcüstanın Poti liman yolu ilə Ermənistana getdiyi açıq faktdır. Onların sayının cəmi 50 olacağı qeyd edilir.

Fransanın niyyətləri ilə bağlı yekunda onu demək olar ki, Ermənistan Fransa silahlarını (Fransanın Milan tank əleyhinə sistemləri) 2020-ci ildə baş verən müharibədən əvvəl Yunanıstan vasitəsi ilə almışdı. Lakin məlum olduğu kimi, Ermənistanın ordusu darmadağın edildi, hazırda hərbi gücü sıfırlanmış vəziyyətdədir.


Tahirə Allahyarova

– Ermənistanı fəal silahlandıran daha bir ölkə Hindistandır. Nə üçün məhz Hindistan?

– Məlumdur ki, Vətən müharibəsində Azərbaycanın ən çox dəstəkləyənlərdən biri dost ölkə – Pakistan idi. Hindistan məhz bu dostluğu özünə düşmən birlik kimi qəbul edərək, Ermənistanı dəstəkləyən, silahlandıran əsas ölkəyə çevrilib. Artıq İrəvanın Dehli ilə bir milyard dollarlıq müdafiə razılaşmaları ilə bağlı müqavilələri var. Hər iki ölkə – Fransa və Hindistan Ermənistanı silahlandırmaq səylərinin geosiyasi nəticələrini hesablamır, göz altına almır. Belə ki, Fransa özünün xeyir-duası ilə Hindistanın İrəvanı özüyeriyən “Trayan” silahları ilə təmin edəcəyini bildirir. Lakin, unudur ki, Hindistanın bu silahları Fransanın Nexter Systems hərbi-sənaye kompleksinin iştirakı ilə istehsal olunan Sezar silahlarının ekvivalentidir. Bu silahların çatdırılması qapalı-dənizə çıxışı olmayan Ermənistana ya İrandan, ya da Türkiyədən keçib gələ bilər. Silah tədarükü isə risk və təhdidlərlə bağlı məsələdir. Bu silahlar İranın, yaxud üçüncü qüvvələrin əlinə keçə bilər və s.

Yeri gəlmişkən, qaranlıq qalan daha bir sual Gürcüstana silahların yalnız Türkiyədən gələ bilməsi ilə bağlıdır. Boğazlardan keçən silah gəmilərinə necə nəzarət olunması məsələsi ilə bağlı suallar cavabsız qalır.

– Bir Avropa ölkəsinin – Moskvanın iqtisadi orbitində, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan ölkəni silahlandırması geosiyasi vəziyyət üçün necə nəticə verə bilər?

– Burada söhbət hərbi əməkdaşlığın ikitərəfli münasibətlər çərçivəsindən çıxaraq, regional güclərin toqquşma məkanına çevirməyə, yeni münaqişə ocağının yaranmasına xidmət edən pozucu siyasətdən gedir. Bütün hallarda regionda Ermənistanın birtərəfli silahlandırılmasını həyata keçirən ölkələrin fəaliyyəti birmənalı şəkildə pislənməli olduğu halda, hələlik bunun əksini görürük.

Proseslər əsasən Azərbaycanın Cənubi Qafqazda on illərlə davam edən münaqişə və gərginlik vəziyyətinə son qoymağa, sülh sazişi imzalamağa yönəlik fəaliyyətinə, bütövlükdə regionda və dünyada gərginliyin daha da artırılmasında maraqlı olan, bölgədə tarixən formalaşmış güc balansına müdaxilə səylərinə işarə edir.

Ayşən Mustafa
Globalinfo.az

Oxunub: 393
Paylaş:
Digər xəbərlər

Xəbərlər

24-10-2023, 15:59

Fransa ordusu Ermənistana yerləşir: Əlvida KTMT

Xəbərlər

23-10-2023, 13:39

Zəngəzur “qorxusu”: Fransa hərəkətə keçdi

Xəbərlər

3-10-2023, 21:24

Fransa Ermənistana hərbi texnika GÖNDƏRƏCƏK

Xəbərlər

19-11-2022, 17:15

Ukrayna ağır silah və hərbi texnika istehsal edəcək: NATO ölkələri ilə birlikdə

Xəbərlər

22-12-2019, 09:53

Ermənistan yeni zenit raket sistemləri alır FOTO

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
Son xəbərlər
  • Bu gün, 12:34
    Histamin intoleransı və psevdoallergiya: Allergiyaya bənzəyən, amma fərqli bir vəziyyət
  • Bu gün, 11:23
    Bütün Livan yanmalıdır, məhv etmək lazımdır – Ben-Qvir
  • Bu gün, 10:28
    Rusiyanın Moldovadakı səfiri də Ermənistanı hədələdi: Biz heç nə itirmədik
  • Bu gün, 09:06
    Səhərlər bir qaşıq zeytun yağı – 3 orqana faydalıdır
  • Dünən, 22:11
    Ölümsüzlüyə yaxınlaşırıq? - Uzunömürlülüyün açarı bu kiçik canlıdaymış...
  • Dünən, 21:26
    Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"
  • Dünən, 20:29
    Qərbi Azərbaycanla bağlı mühüm gəlişmə – Bakıda nələr yaşanır?
  • Dünən, 19:44
    Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
  • Dünən, 18:40
    Göz qapağının dartılması nə deməkdir? - Həkimdən xəbərdarlıq
  • Dünən, 17:45
    Vens təkzib etdi - Sanksiyaları qüvvədə qalır
  • Dünən, 16:23
    Çin Avropanın hədəfində - Sammitdə nə təklif edilib?
  • Dünən, 15:36
    Hər kəs üçün faydalı olmayan meyvə - Mütəxəssisdən vacib xəbərdarlıq
  • Dünən, 14:54
    Ukraynanın AB-yə üzvlüyü uzun çəkəcək - Merz
  • Dünən, 13:30
    60 gün sonra hər şey dəyişə bilər – Regionumuzu nələr gözləyir?
  • Dünən, 12:39
    Ayaq şişkinliyini aradan qaldıran təbii üsullar
  • Dünən, 11:35
    Moskvaya böyük hücum: Şəhərin neft strukturu məhv edildi
  • Dünən, 10:22
    Almaniya və Polşa müqavilə imzaladı: Hərbi əməkdaşlıq...
  • Dünən, 09:00
    Səhər beynin dumanlı olmasının əsas səbəbləri
  • 18-06-2026, 22:28
    Yola gedilməsi ən çətin olan 5 bürcün kişisi
  • 18-06-2026, 21:17
    Qatığa 1 qaşıq əlavə edin - Qarın piylərindən xilas olun
  • 18-06-2026, 20:44
    ABŞ-İran sazişindəki 5 bənd müzakirə yaratdı: Tehrana qarşı gizli plan hazırlanır?
  • 18-06-2026, 19:13
    Vətəndaş həyətindəki quyuya görə pul ödəyəcək? - Rəsmi
  • 18-06-2026, 18:07
    Siqaret çəkməyənlər də risk altındadır - Bu zəhərli maddə orqanizmə yığılır
  • 18-06-2026, 17:52
    Bakıya qarşı yeni müharibə... - Paşinyan planları açıqladı
  • 18-06-2026, 16:31
    Bu, tarixi sənəddir və güclü İrandan bir mesajdır!
  • 18-06-2026, 15:32
    Zehni rahatlıq üçün bu qaydalara əməl edin
  • 18-06-2026, 14:27
    ABŞ, yoxsa İran: Trampla Pezeşkianın imzaladığı anlaşma kimi qalib etdi?
  • 18-06-2026, 14:20
    Paşinyan kölgə iqtisadiyyatı ilə “müharibə”yə başlayır: Əmr verdi ki...
  • 18-06-2026, 13:02
    Faktlar sübut edib ki, İrana güc tətbiqi... - Çin
  • 18-06-2026, 12:29
    Miqrenə çarə tapıldı - Həkimdən açıqlama
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə