• Ana səhifə
  • Haqqımızda
  • Klinika haqqında
  • Reklam
  • Əlaqə
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Son dəqiqə
Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
Gözdə narahatlıq yaradan giləmeyvələr
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
Gün ərzində nə qədər duz qəbul etmək olar?
Sizin Reklam Burada
Tel: (+99412) 452 97 17
Mob: (+99450) 386 38 02
E-mail: [email protected]

İlham Əliyev bunu öncədən bildirmişdi: İranın Ermənistanı satmasının ŞOK SƏBƏBLƏRİ

Xəbərlər

13-11-2023, 10:06

İlham Əliyev bunu öncədən bildirmişdi: İranın Ermənistanı satmasının ŞOK SƏBƏBLƏRİ


İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Daşkənddə keçirilmiş 16-cı zirvə toplantısının gündəliyində əsas müzakirə mövzuları ticari-iqtisadi, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı idi. Əsasən İran tərəfinin sammitdə İsrail-Fələstin problemini diqqət mərkəzinə gətirmək təşəbbüsləri isə ciddi nəticə vermədi.

Sammit çərçivəsində keçirilmiş ikitərəfli görüşlər daha yadda qaldı, xüsusən də Azərbaycan və İran prezidentləri arasında keçirilmiş görüş. “İran şirkətləri Qarabağın bərpasına və ümumiyyətlə, Azərbaycanın inkişafında kömək etməyə hazırdır”,- deyə İran Prezidenti İbrahim Rəisi azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə bildirib. O, Qarabağın azad olunmasına sevindiklərini qeyd edib.

Antiterror əməliyyatından əvvələ qədər “Xankəndi regionunda yaşayan erməni azlığının” qorunmasını öz qırmız cizgisi elan edən İranın ritorikasında müşahidə olunan belə pozitiv dəyişiklik nə ilə bağlıdır? Yada salaq ki, ötən illər iki prezident İƏT-in Düşənbə və Aşqabad sammitləri çərçivəsində də görüşlər keçirmişdilər. Azərbaycan tərəfinin o zamankı ritorikası ilə indiki arasında ciddi bir fərq yoxdur. Amma İran tərəfi görüşlər haqda yaydığı mətnləri “Rəisinin sərt xəbərdarlığı” kimi başlıqlarla təqdim edirdi.

Rəisinin çıxışının sonrakı hissələri dəyişikliyin səbəbinə aydınlıq gətirir –dəhliz maraqlarını reallaşdırmaq. Rəisi nəqliyyat və tranzit sahələrində vəziyyətin gündən-günə yaxşılaşdığının müşahidə edildiyini vurğulayıb: “Bu həm sizin, həm də bizim hədəflədiyimiz məsələdir. Araz çayı üzərindən keçən Ağbənd marşrutu və bir-birimizlə razılaşdıraraq həyata keçirdiyimiz layihələr hər iki ölkənin maraqlarına cavab verir. ...Rəqiblərimizin istəklərinin əksinə olaraq, münasibətlərimiz gündən-günə yaxşılaşır və əlaqələrimizə mane olmaq istəyən ölkələr öz planlarını həyata keçirə bilmir və məyus olur”. Rəisi dövlətlərimiz arasındakı münasibətləri siyasi və qonşuluq münasibətləri çərçivəsindən kənara çıxan, iki xalq arasında dərin və ayrılmaz əlaqələrə əsaslanan əlaqələr kimi qiymətləndirib (farsnews).

Prezident İlham Əliyev sentyabrda keçirilən hərbi əməliyyatları xatırladaraq bildirib ki, Azərbaycanda separatizmə son qoyulub: “Bu, Azərbaycanın daha fəal inkişafına şərait yaratmaqla yanaşı, həm də bütün regionda əlverişli mühit yaradır”. O, Ağbənd yaxınlığında körpülərin tikintisinə başlanmasını böyük perspektivi olan layihə adlandırıb. Bu, İranın ritorikasının dəyişməsinin səbəbini də açıqlayır əslində: Azərbaycanda separatizmə son qoyulması ölkəmizin inkişafı önündə yeni perspektivlər açır və bütün regionda əlverişli mühit yaradır. Hələ II Qarabağ savaşının gedişində Azərbaycan Prezidenti gələcəkdə bir çox ölkələrin azad olunmuş ərazilərimizn bərpasında iştirak etmək üçün müraciət edəcəklərini demiş, amma onları səmimi davranmağa dəvət etmişdi. Hesab etmək olar ki, Azərbaycan Prezidentinin ön gördüyü hal artıq baş verməkdədir.

İlham Əliyev deyib ki, Ermənistan öz öhdəliklərini yerinə yetirməkdən, Azərbaycanın əsas hissəsindən Naxçıvana gediş-gəlişi təmin etməkdən imtina etməklə böyük səhvə yol verib. “İran və Azərbaycan nümayəndələrinin birgə işi nəticəsində biz Araz çayının cənub sahili boyunca dəmir yolu və avtomobil xətti marşrutunun keçməsini razılaşdırdıq. Əminəm ki, bu layihə qısa müddətdə həyata keçiriləcək və Şimal-Cənub Nəqliyyat Dəhlizinin daha bir istiqamətinə çevriləcək. Yəni nəticədə bizim iki marşrutumuz olacaq: biri Astara çayı üzərindən, digəri Ağbənd ərazisindən”, – Əliyev qeyd edib. O, regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin nəticəsiz qaldığını, düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlarını deyib: “ İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəklər”. Azərbaycan Prezidenti regiondan kənar qüvvələr haqda əvvəlki çıxışlarında dəfələrlə ünvan verib, həmin qüvvələrin müstəmləkə irsinə dair beynəlxalq tədbirlərə də ev sahibliyi edib.

Amma nədənsə Prezidentin “regiondankənar qüvvə” ifadəsi ilə nəzərdə tutduğu ölkələr arasında Azərbaycanın müttəfiqi olan dövlətlərin də adını əlavə etmək istəyənlər tapılır. Bu günlər Tehranda keçirilən mitinqlərdə də Azərbaycan- İsrail əməkdaşlığının lənətlənməsi, SEPAH mediasının Azərbaycanı İsrailin Qəzzaya qarşı savaşda törətdiyi cinayətdə ortaq elan etməsi ilə həmin şəxslərin mövqeyi arasında qəribə sinxronluq var, onların hər dəfə öz iddialarını dövlətin diplomatik gedişləri ilə pərdələməyə çalışmaları da düşündürücüdür.

Xatırladaq ki, Rəisinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşündə də əsas müzakirə mövzusu nəqliyyat dəhlizləri ilə bağlı olub. IRNA xəbər verir ki, Ş. Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatı üzvlərinə müraciətində Özbəkistan-Türkmənistan-İran-Türkiyə yolunun inkişafı üçün kömək göstərilməsini xahiş edib. Özbəkistan Prezidenti əlavə edib ki, Asiya-Sakit okean regionu, Cənubi Asiya, Yaxın Şərq və Avropanın əsas bazarları ilə birləşdirilməsi İƏT üzvləri üçün çox vacibdir. Gələcəkdə Çin, Qırğızıstan və Özbəkistanda çoxməqsədli yolun, eləcə də transəfqan dəhlizinin yaradılması İƏT-ə üzv olan bütün ölkələrin xeyrinə olacaq.

Noyabrın 3-də isə Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında bildirmişdi ki, Özbəkistan Orta Dəhlizin genişləndirilməsi üzrə tədbirləri dəstəkləyir. "Qlobal logistika zəncirlərinin və nəqliyyat dəhlizlərinin diversifikasiyası, vahid tranzit şəbəkəsinin formalaşması məsələsi aktualdır". O, TDT ölkələrinin Dəmir Yolu İdarələri Şurasının təsis edilməsini və Şura Direksiyasının Özbəkistanda yerləşdirilməsini təklif etmişdi.

İbrahim Rəisi Daşkəndə səfərdən qayıdanda deyib ki, İƏT-in toplantısında əsas vurğu malların İran üzərindən daşınması olub.

Noyabrın 7- də Əfqanıstan (Taliban) hökumətinin baş nazir müavini Molla Əbdülqəni Bəradər Axund Tehrana rəsmi səfərində də dəhliz mövzusu əsas müzakirə predmeti olub. “Taliban” İran və Çin arasında birbaşa ticarət və iqtisadi əlaqələrin qurulması üçün Vahan vadisini (Əfqanıstanın Bədəxşan əyaləti, Çinlə həmsərhəd) açmağa hazır olduqlarını bəyan edib, tərəflər bu istiqamətdə əsas və praktiki işləri sürətləndirmək üçün birgə qruplar yaratmağa razılaşıblar.

“Taliban” həmçinin Əfqanıstan ərazisindən keçməklə İranı Özbəkistanla birləşdirməyə, həmçinin bu marşrut üzrə dəmir yolu layihəsini Vahan dəhlizinə qədər uzatmağa hazırdır. Göründüyü kimi , İran öz dəhlizlər siyasətini Özbəkistan və Əfqanıstanla uzlaşdırır, Ş. Mirziyoyev isə TDT-ni də bu siyasətin yerinə yetirlməsində köməyə dəvət edir.

Bu ara İran KİV-ləri Ermənistanı Zəngəzur dəhlizi ideyasından ümumən imtina etməyə çağırır. “Əgər Paşinyan Ermənistanın təcrid vəziyyətindən çıxmasında və regional iştirakda maraqlıdırsa, o zaman Şimal-Cənub və Bəsrə körfəzi-Qara dəniz dəhlizində ciddi iştirak etməli, eləcə də İranın “Araz yolu” planı ilə əməli əməkdaşlıq etməli, Bakıya yanlış mesajların verilməsini dayandırmalıdr”-deyə tanınmış ekspert Akef Kazemi yazır.

İranının bölgədə artan fəallığının Ermənistanı tranzit layihələrdən kənarda qoya biləcəyini Qərb müşahidəçiləri də qeyd edir. BBC bildirir ki, Ermənistan Zəngəzur dəhlizində Rusiyanın nəzarətini rədd edir, Bakı isə Tehranla yaxınlaşır. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib ki, Yerevan Azərbaycan ilə Naxçıvanı birləşdirən və Ermənistanın cənubundan keçən nəqliyyat xətlərinə Rusiyanın nəzarət etməsi fikri ilə razılaşmayacaq. O, rəsmi Yerevanın “Sülh qovşağı” layihəsini əsas gətirərək bildirib ki, burada əsas prinsip regional nəqliyyat xətlərinin açılacağı təqdirdə, Ermənistanın dövlət institutları tərəfindən gömrük və sərhəd məntəqələrində nəzarəti həyata keçirməkdən ibarətdir.

Qərbin və Rusiyanın da Orta Asiya və Cənubi Qafqazın dəhliz potensilana dair öz baxışları var. Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstana səfər edib. Bunun, Fransa Prezidenti Emmanuel Makronun Özbəkistan və Qazaxıstana səfərindən bir həftə sonraya təsadüf etməsini müşahidəçilər Rusiyanın öz nüfuzunu qorumaq üçün atdığı addım kimi dəyərləndirir.

CNBC qeyd edir ki, Rusiyanın rəqibi yalnız Qərb deyil, Çin artıq bəzi Orta Asiya dövlətlərinin iqtisadiyyatında aparıcı paya malikdir. Məsələn, Türkmənistanın hasil etdiyi bütün qaz demək olar ki, Çinə ixrac olunur. Amma Rusiya iqtisadi təcridə düşməmək üçün Orta Asiyanın əldə saxlamaqda maraqlıdır.

Ötən illər yaşanmış gərginlik İranın yalnız əleyhinə işləyirdi. Tehran-Moskva-Pekin ittifaqından bəhs etmələrinə rəğmən, həm Çin, həm Rusiya Körfəz ölkələri, xüsusən BƏƏ ilə ərazi mübahisələrində ərəb tərəfini müdafiə edir, Çin Küveytlə İran arasında enerji yataqları mübahisəsində də Küveytin tərəfindədir. Üstəlik, İran neftini İraq nefti ilə əvəzləməyə , eləcə də “Şimal -Cənub” dəhlizi üçün Çabahardan Astaraya İran yolu ideyasına alternativ olaraq İraqın Əl Fau limanında başlayaraq Türkiyəyə və Azərbaycana keçəcək yol ideyasına maraq göstərməyə başlamışdı. Hindistana gəlincə, onu Avropa ilə bağlayacaq İMEC layihəsinə tərəfdar çıxmaqla, son İsrail-Fələstin müharibəsində isə açıq şəkildə İsrail müdafiə etməklə İranda xeyli məyusluq yaradıb. İndiki halda Şimal-Cənub dəhlizinin reallaşması xeyli dərəcədə Azərbaycandan asılıdır . Ötən il yayında İran ekspertləri körfəz ölkələrinin Azərbaycandan keçən dəhlizlədə maraqlarından bəhs edirdirlər (sahebkhabar.ir 10.07.2022) . Yəni Şimal-Cənub layihəsində yenidən yersiz təşəbbüslər sadəcə Əl-Fau-Türkiyə-Azərbaycan xəttini yenidən gündəmə gətirə bilər.

Beləliklə, Azərbaycan və İran arasında müşahidə edilən normallaşma II Qarabağ savaşından sonrakı gərginləşmə ilə eyni motivlidir- hər bir ölkə Şimalı Cənuba, Qərbi Şərqə bağlayan dəhlizlərdə paya malik olmağa can atır. Azərbaycan bu zaman hər hansı ölkəni, o cümlədən Ermənistanı təcrid etməkdə maraqlı olmadığnı nümayiş etdirirsə, İran bu layihələrdə iştirakı mütləq regionun bu və ya digər ölkəsini özündən asılı vəziyyətə salmaq üçün istifadə etmək istəyir. Əvvəl Zəngəzur dəhlizinin istifadəyə verilməsini Türkiyə və Azərbaycanın ondan asılılığına son qoyması kimi qiymətləndirir və etiraz edirdisə, indi Türkiyə və Azərbaycanla uzlaşmaya hazırdır, amma bu dəfə də Ermənistanı özündən asılı vəziyyətdə saxlamağa can atır. Azərbaycan və İran eyni yoldan danışsalar da, eyni dəhlizdən də danışmırlar. Azərbaycan Ağbənd keçidini Şimal –Cənub dəhlizinin bir hissəsi kimi görür, Orta dəhlizlə bağlı müzakirələri qapanmamış saxlayır. İran isə Ermənistanı ümumən Mehri keçidi (Zəngəzur dəhlizi) ideyasından imtina etməyə çağırır. Rəsmi Bakının təşəbbüsü İranın Ermənistanı Nurdüz-Mehri keçidi vasitəsilə Şimal-Cənub dəhlizinə qoşmaq, Şimal- Cənub dəhlizini Azərbaycanın əleyhinə şaxələnməsinə qarşıdır; İran isə bütün yol və dəhlizlərin İrandan keçməsində, Ermənistanın Orta Asiya, Çin, Yaxın Şərq və Hindistanla əlaqələrində yeganə tranzit ölkə olmaqda, başqa sözlə, Ermənistanı özündən tam asılı vəziyyətə salmaqda maraqlıdır. İran Şimal -Cənub dəhlizi layihəsinin ikinci şaxəsi kimi Nurdüz- Mehri yolunun istifadəyə verilməsini istəyirdi və bunu Azərbaycanın Şimal-Cənub dəhlizindən sıxışdırmaq məqsədilə edildiyini gizlətmirdi.

Bundan sonra münasibətlər yalnız ortaq iqtisadi maraqlar zəminindəmi davam edəcək? İranla Azərbaycan yalnız ortaq iqtisadi maraqlar deyil, ortaq dini, dili və mədəniyyəti bölüşür. Odur ki, İran-Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün böyük potensial var. Bundan kimin hansı məqsədlə və necə istifadə edəcəyini yaxın gələcək göstərəcək.

Cəmaləddin Quliyev, siyasi ekspert

Oxunub: 174
Paylaş:
Digər xəbərlər

Xəbərlər

9-11-2023, 12:22

İlham Əliyev Daşkənddə mühüm sammitdə iştirak edir

Xəbərlər

5-03-2023, 12:34

İran yenidən çalxalanır - Rəisidən ŞOK AÇIQLAMA

Xəbərlər

5-09-2022, 13:31

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edir - FOTO

Xəbərlər

26-05-2022, 01:12

“Azərbaycanın təhlükəsizliyi BİZDƏN ASILIDIR” - İrandan MÜƏMMALI BƏYANAT

Xəbərlər

25-10-2019, 00:21

"İran hər zaman Azərbaycanın yanındadır..." - Ruhanidən AÇIQLAMA

Adınız:*
E-Mail:
Yorumunuz:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Kodu girin: *
yenilə, əgər kod görünmürsə
Gündəm
Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
Son xəbərlər
  • Bu gün, 15:56
    Bu insanlar ən az 90 il yaşayır - Sirri Nədir?
  • Bu gün, 14:34
    Putinə verdiyi sözü tutdu – “Ona demişdim ki…”
  • Bu gün, 13:53
    Bakı 4 böyük mərkəzlə bir arada – Yeni planın detalları
  • Bu gün, 12:10
    Ürək və beyin sağlamlığı üçün test – Evdə yoxla
  • Bu gün, 11:28
    Yeni Roma Papası niyə amerikalı oldu? – Vatikan kulislərində geosiyasi mübarizə
  • Bu gün, 09:16
    Qatı qanın orqanizmə verdiyi ZƏRƏR
  • Dünən, 22:45
    Planetdə həyatın sonu: Yerdə oksigenin nə vaxt yox olacağı açıqlandı
  • Dünən, 21:22
    Təzyiq dərmanını axşam, yoxsa səhər içməli? - Həkimdən AÇIQLAMA
  • Dünən, 20:52
    Bakıda mühüm görüş – Azərbaycan iki düşməni barışdıra biləcək?
  • Dünən, 19:29
    ABŞ BMT-də Aİ-nin Ukrayna ilə bağlı layihəsinə niyə "yox" deyib?
  • Dünən, 18:06
    SSRİ kosmik stansiyası Azərbaycana düşəcək? – Rəsmi xəbərdarlıq
  • Dünən, 17:34
    DTX və DSX-dən birgə əməliyyat: saxlanılan var
  • Dünən, 16:10
    Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
  • Dünən, 15:21
    Gözdə narahatlıq yaradan giləmeyvələr
  • Dünən, 14:24
    Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
  • Dünən, 13:41
    Avropa Parlamentinin Türkiyə hesabatına sərt reaksiya
  • Dünən, 12:28
    Tut yarpağının faydaları - Xolesteroldan şəkərə qədər...
  • Dünən, 11:14
    Bu gün Bakıda Türkiyə-İsrail danışıqları keçiriləcək
  • Dünən, 10:27
    Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…
  • Dünən, 09:03
    Gün ərzində nə qədər duz qəbul etmək olar?
  • 7-05-2025, 21:46
    Maskasız 4 bürc - Onların içi də çölü də birdir
  • 7-05-2025, 21:04
    Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri
  • 7-05-2025, 20:12
    ABŞ və İsrail İranla döyüş qaydalarını dəyişdirdi – Bölgədəki qalası yerlə-yeksan edilir
  • 7-05-2025, 19:39
    Pakistan Baş naziri: Qorxaqcasına hücum edən Hindistan layiqli cavab aldı
  • 7-05-2025, 18:17
    İnfarktdan sonra ürək niyə iltihablaşır?
  • 7-05-2025, 17:50
    Alimlər insanın ən xoşbəxt olduğu yaşı açıqladı
  • 7-05-2025, 16:34
    Almaniyada ŞOK ÇAĞIRIŞ: Kansler 9 May Qələbə Günündə Moskvada olmalıdır
  • 7-05-2025, 15:48
    Qlobal isinmə ölümcül göbələk xəstəliyini yaya bilər - Araşdırma
  • 7-05-2025, 14:31
    Quterreşdən HƏYƏCAN TƏBİLİ: "Dünya bu hərbi qarşıdurmaya dözə bilməz"
  • 7-05-2025, 13:26
    Sakinlərin nəzərinə: Bakıda bu binalar plana salına bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Direktor: Firəngiz Rüstəmova
  • E-mail: [email protected]
  • Telefon: (+99412) 452 25 37
  • Klinika haqqında
  • Xəbərlər
  • Araşdırma
  • Maraqlı
  • Səhiyyə
  • Gözəllik və təbabət
  • Əfsanələr və Mİflər
  • Foto və Video qalereya
  • Mədənİyyət
  • Bİoqrafİya
Müəllif hüquqları qorunur. ailehekimiklinikasi.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə