İranın şərqində İsrail PUA-larının hücumunun qarşısı alınıb.
Axar.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
“ETTELAAT və Talibanın iki ölkə sərhədindəki dağlıq ərazilərdə keçirilən birgə əməliyyat zamanı İran vətəndaşı olan 3 MOSSAD casusu saxlanılıb. Casuslar Əfqanıstan sərhədindən İrandakı hədəflərə qarşı kamikadze pilotsuz təyyarələr buraxmağı planlaşdırırdı”, - məlumatda qeyd olunub.
Bildirilib ki, casusların sorğu-sual edilməsi üçün İrana gətiriləcəyi gözlənilir.