Xəbərlər
ailehekimiklinikasi.az » Gündəm » Xəbərlər » Xankəndidə təxribat: partlayışı kim və niyə törədib?
Xankəndidə təxribat: partlayışı kim və niyə törədib?
Xankəndidə yanacaq məntəqəsində baş verən partlayış nəticəsində yaralıların sayının 200-dən çox olduğu iddia edilir. Və əsas tələb kimi hava məkanının açılmasını, yaralıların helikopterlərlə Ermənistana daşınmasını irəli sürürlər.
Axar.az xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib.
O bildirib ki, əgər partlayış hazırlanmış təxribatın nəticəsidirsə, bunu hava məkanının açılmasını istəyənlər edə bilər:
“Hava məkanının açılmasında ən çox maraqlı olanlar isə separatçılardır - həm keçmiş, həm hazırki “rəhbərlər”:
- keçmiş “rəhbərləri” təhvil-təslim prosesinin sonunda həbs edilmək təhlükəsi ilə yaşayır: onlar Laçın yolundan çıxmağa risk etmədikləri üçün helikopterlə getməkdə maraqlıdır;
- hazırki “rəhbərlər”in əsas missiyası Azərbaycanın əlinə keçməsini istəmədikləri sənədləri, yaxud hansısa daşına bilən əşyaları “təhlükəsiz” şəraitdə bölgədən çıxarmaq ola bilər.
Benzin çəninin dolu olub-olmaması da hadisə ilə bağlı ehtimalların yönünü dəyişə bilər: əgər çən dolu olubsa, bu partlayış ermənilərin Ermənistana getməsini səngidəcək”.
Foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
ARAŞDIRMA
Yorğunluq, əzələ spazmları, depressiya... - Bu maddənin azlığının əlamətləridir
4-12-2023, 23:20
/
1 198